Icma.az
close
up
RU
Yayda sağlam qidalanmaqla bağlı mütəxəssisdən vacib MƏSƏHƏTLƏR

Yayda sağlam qidalanmaqla bağlı mütəxəssisdən vacib MƏSƏHƏTLƏR

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Yay aylarında temperaturun yüksəlməsi ilə bərabər qidalanma vərdişlərinə də diqqət yetirmək vacibdir. Xüsusilə bədənin maye itkisi sürətləndiyi üçün kifayət qədər maye qəbuluna üstünlük verilməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə qidalanma və diyeta üzrə müxtəxəssis  Hülya Yiğit jurnalistlərə açıqlamasında məlumat verir.

 Kafeinli içkilər suyun yerini tutmur. O deyir ki, su içmək çox vacibdir. Əgər sadə su içməyi sevmirsinizsə, suya meyvə dilimləri əlavə edərək həm dadını daha ləzzətli edə, həm də antioksidant qəbulunuzu artıra bilərsiniz.

Havanın isinməsi ilə bədən tərləmə və digər yollarla çoxlu maye itirir. Bu mayenin bərpası üçün su içmək zəruridir. Sadə su içmək çətindirsə, suyunuza meyvə dilimləri əlavə etməklə həm dadını yaxşılaşdıra, həm də antioksidantlar qəbul edə bilərsiniz. Soyuq qəhvə və soyuq çay kimi içkilər su ehtiyacını lazımi səviyyədə qarşılamır. Çay və qəhvə kimi kafeinli içkilərin gündəlik istehlakı Türkiyəyə Özgü Beslenme Rehberi (TÜBER) üzrə 800 ml ilə məhdudlaşdırılmalıdır.

Qidalanmada su tərkibi yüksək olan tərəvəzlər – kabak, xiyar, yaşıl bibər, semizotu kimi – daha çox istifadə olunmalıdır. Eyni zamanda A, C, E kimi antioksidant vitaminlərlə zəngin su tərkibli qarpız, yemiş, üzüm, şaftalı kimi meyvələr də menyuya daxil edilməlidir. Lakin bu meyvələrin şəkər səviyyəsi yüksək olduğundan istehlak miqdarına diqqət etmək lazımdır.

Susuzluğun artmaması və bədənin ödem tutmaması üçün duz istifadəsi məhdudlaşdırılmalıdır. Xüsusilə restoranlarda hazırlanan yeməklərin duz və yağ miqdarı evdə hazırlananlardan daha yüksək ola bilər. Buna görə də hazır souslar, mayonezli və kremli yeməklərin istifadəsi azaldılmalıdır.

Yay aylarının sevimli dadı olan dondurma da isti havalarda istehlak edilə bilər. Lakin dondurma seçərkən keyfiyyətli olanlar üstünlük verilməlidir. Keçi südü və salep ilə hazırlanan Maraş dondurması uyğun porsiyada seçilə bilər. Şəkərsiz, əlavə tatlandırıcı istifadə edilmədən hazırlanan meyvə sorbeleri və dondurulmuş meyvəli yoqurtlar həm mağazalarda asanlıqla tapılır, həm də evdə rahatlıqla hazırlana bilər. Bu cür məhsullar dondurma və soyudulmuş qəlyanaltı tələbatını qarşılamaq üçün yaxşı alternativdir.

Süd məhsulları, ət, toyuq, balıq kimi qidalar, xüsusilə yayda mikrobial çirklənmənin və qida zəhərlənməsinin qarşısını almaq üçün düzgün temperaturda saxlanmalı, uzun müddət açıqda qalmamalıdır. Pilav, makaron, ağ çörək kimi qlisemik indeksi yüksək karbohidratlar yerinə siyez bulquru, orqanik tam buğda çörəyi, noxud, yaşıl mərci kimi bişmiş paxlalılarla hazırlanan salatlar seçmək yay aylarında həyat keyfiyyətinizi artıracaq.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 İyun 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri