Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Yayda su, qışda qaz kəsilir

Yayda su, qışda qaz kəsilir

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Əfsuslar olsun ki, qışda qaz, yayda isə su kəsilir”. 

Bu sözləri AĞ Partiya başqanı Tural Abbaslı “Cümhuriyət”-ə açıqlamasında deyib.

O bildirib ki, qış aylarında qazın təzyiqi aşağı düşür, yayda isə günlərlə su kəsilir: 

“Üstəlik, rəsmi qurumlar bunun səbəbi olaraq tələbatın artmasını əsas gətirirlər. Ancaq bu, həmin dövlət qurumlarının öz işini icra edə bilməmələrindən irəli gəlir. Çünki həmin qurumların işi vətəndaşları qaz və su ilə təmin etməkdir. 

Hər kəs özünə təbii qaz və ya su tapacaqsa, bu dövlət qurumları nəyə lazımdır? Bütün bunlara ciddi nəzarət etmək lazımdır”. Siyasətçi müvafiq qurumların açıqlamalarını da tənqid edib: 

“Məsələn, “Azəriqaz” qışda qarın yağmasını gözlənilməz adlandırır və buna görə qaza tələbatın artdığını deyir. Bu səbəblərə görə də təbii qazın verilmə təzyiqinin düşdüyünü əsas gətirir. Amma onsuz da qışda qar yağar. Bu, son dərəcə normaldır və “Azəriqaz” da ona uyğun hazırlıq aparmalıdır. Bizim dövlət qurumları öz işlərinin mahiyyətini başa düşmürlər. 

“Azəriqaz” düşünmür ki, hər bir şəraitdə vətəndaşları keyfiyyətli qazla təmin etməlidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi isə vətəndaşları içməli və təmiz su ilə vaxtında təmin etməyi fikirləşmir. Halbuki bu, onların işidir. Onlar isə ancaq qazı, suyu açıb-bağlamağı və pul yığıb xərcləmək anlayışı ilə hərəkət edirlər. Heç bir yenilik və ya innovasiya yoxdur”. 

Tural Abbaslı diqqətə çatdırıb ki, bəzi qurumlar vətəndaşları razı salmağa çalışmırlar: 

“Hər kommunal xidmətdən istifadə edən milyonlarla abonent var. Hansısa abonent ödəniş etməyəndə kommunal xidmətlərin verilməsi dayandırılır. Bəs yaxşı qarşı tərəfin öhdəliyi varmı? Məsələn, ayın bir neçə günündə qaz, su və ya işıq verilməyəndə nə olur? 

Bu, hansısa formada kompensasiya olunacaqmı? Bununla bağlı ödəniş olacaq və ya aylıq ödənişin vaxtı uzanacaqmı? İndiyə kimi belə bir kompensasiya verilməyib. Bunun birtərəfli öhdəlik olduğu görünür. Lakin həmin qurumlara kimsə nə isə demir. Ona görə də istənilən vaxt qaz, işıq və su kəsilə bilir. Bu da o deməkdir ki, vətəndaşın məmnuniyyəti və mövqeyi nəzərə alınmır”. 

Partiya sədri vurğulayıb ki, kommunal xidmətlərin dayandırılmasına görə kimsə məsuliyyət daşımır: 

“Maraqlıdır, nəyə görə işığın, suyun, təbii qazın saatlarla və ya günlərlə kəsilməsinə görə kimsə cəzalandırılmır, həbs olunmur? Məsələn, Yasamalda 3 gün gecə-gündüz su gəlmədi. Ancaq bununla bağlı hansısa yoxlanış aparılmadı və kimsə məsuliyyətə cəlb olunmadı. Dövlət işığa, suya və qaza görə milyonlarla pul xərcləyir. Buna rəğmən, kiminsə verdiyi ziyana görə kommunal xidmətlərin verilməsi dayanır. 

Yaxşı, bəs səhv kimdədir? Kimsə avtomobili ilə səhvən işıq dirəyinə dəyən kimi dövlət əmlakına ziyan vurduğu üçün cəzalandırılır. Bəs bu qurumların verdiyi ziyanların cəriməsini kim ödəyəcək? Hesab edirəm ki, vətəndaşlar da öz haqlarını tələb etməlidirlər. 

Sovet təfəkküründə qalmaq olmaz. “Yoxdur, işlətməyəcəm, olacaq işlədəcəyəm” demək Sovet düşüncəsidir. Biz artıq sosialist rejimdə deyilik, kapitalizmdəyik. Yəni, “al gülüm, ver gülüm” prinsipi ilə yanaşmaq lazımdır. Pulu ödəyiriksə, məhsulu və xidməti keyfiyyətli şəkildə almalıyıq. Həmçinin, dövlətin müvafiq qurumları da işlərini düzgün görməlidir”. 

Elmir Mustafa
​​​​​​"Cebheinfo.az"

Açar sözlər: Tural Abbaslı Su Qaz Kommunal Xidmət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see496

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see467

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see276

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see258

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see253

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see249

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see241

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see238

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see237

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see230

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see222

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see217

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see214

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see212

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see203

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see200

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see192

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see190

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see188

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri