Yayda dəniz, qışda dəm qazı...
Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Biz yay gələndə, qış gələndə də sevinirik, çünki hər fəslin öz gözəlliyi, öz rəngi var! Yayda sərinləmək üçün dənizə , çaya, gölə gedirik! Amma biz özümüz də bilmədən həmin məkanlarda çox çətin anlarla, daha doğrusu faciə ilə üzləşirki.Bələ ki, nəzarət olunan çimərliyə yox, nəzarətsiz yerlərə gedirik!
Onda da suda boğulma halları baş verir! Təsadüfi deyil ki, bu il dənizdə boğulub , ölənlərin sayı 66 - ı nəfərdir. Özü də onların əksəriyyəti nəzarət olunmayan yerlərdə çımərkən suda boğularaq ölüblər! Çox təəssüf! Fövqəladə Hallar Nazirliyi nə qədər maarifləndirmə işləri apardı, yenə bəzi insanlar bundan nəticə çıxarmadı.Və axırda da bu qədər ölüm halları baş verdi! Burdan belə bir məntiqi nəticəyə gəlmək olur ki, yayda dəniz can alır, qışda isə dəm qazı! İndi də dəm qazı ilə məsələlərə bir aydınlıq gətirək!
Çünki hər il dənizdə boğulub ölənlərdən, dəm qazından rəhmətə gedənlər daha çoxdur! Hansı ki, hər il " Azəriqaz" ın əməkdaşları mənzillərə baxış keçirir, əhalini maarifləndirir, hamam otağındakı suqızdırıcların ya mətbəxdə, ya da eyvanda quraşdırılmasını tövsiyə edir! Bu xəbərdarlığı əhəmiyyətli verməyənlər barəsində akt tərtib olunur və onlar inzibati məsuliyyətə cəlb olunur. Amma buna baxmayaraq, yenə bir çox sakinlər suqızdırıclarını hamam otağından çıxarmır və nəticədə ölüm hadisəsi baş verir. Belə ki, bir neçə gün bundan əvvəl hamamda çimən bir kişi dəm qazından boğularaq ölüb!
Payız və qış mövsümlərində belə hadisələrin baş vermə ehtimalı bir qədər də artır. Ona görə də sakinlər tüstü - bacaları təmizlətməli, hamam otağında mövcud qaydalara əməl etməlidir. Dəm qazına həm də " səsiz ölüm" - deyirlər! Çünki onun nə iyisi var, nə də səsi! Amma bundan çıxış yolu tapmaq olar. Artıq o dəm qazını hiss edən cihaz mövcuddur! Hər evdə onu quraşdırmaq olar! Mənim tanışım bu cihazı mənzilində çoxdan quraşdırıb. Evə dəm qazı , eləcə də təbii qaz dolan kimi həmin cihaz hərəkətə gəlir və səs salır! El dilində demiş olsaq, yəni " qışqırır"! Deməli, biz dəm qazından boğulmaların qarşısını ala bilərik! Bir şərtlə ki, deyilənlərə , tövsiyələrə əməl edək! Onda yayda dənizdə ölənlər, qışda isə dəm qazından böğulanlar bu qədər çox olmaz! Əksinə , həyatımız daha rahat olar!!!
Emil FAİQOĞLU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 07 Oktyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















