Yaylagül Ramazanova: Azərbaycan çempionatında qızıl medal qazandığım üçün çox sevincliyəm
Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qızıl medal qazandığım üçün çox sevincliyəm.
Bunu qadınlar arasında kamandan oxatma üzrə Azərbaycan çempionatının qalibi Yaylagül Ramazanova deyib.
O, yarışın çətin mübarizə şəraitində keçdiyini söyləyib:
"Nəticələrim gözlədiyim qədər yüksək olmadı. Yeni ana olduğum üçün çox məşq etməyə vaxtım olmamışdı. Lakin yekunda qalib gəldiyim üçün çox sevincliyəm. Final mübarizəm gərgin keçdi. Yarışda yeni idmançılar gördüm. Hər biri özünü təsdiqləməyə çalışan istedadlı idmançılar idi".
Qeyd edək ki, 3 gün davam edən turnirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 60-a yaxın idmançı mübarizə aparıb. Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyası (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) üzrə hədəfi 18 metrdən nişan alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 07 Fevral 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















