Yaylagül Ramazanova: Kamandan oxatma üzrə Azərbaycan çempionatı mənim üçün çətin keçmədi
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı Yaylagül Ramazanova üçün heç də çətin keçməyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu böyüklər arasında yarışın qızıl medalına sahib çıxan idmançı jurnalistlərə açıqlamasında deyib.
O, həyəcanlı olmadığını söyləyib:
"Yarış mənim üçün çətin olmadı. Heç həyəcanım yox idi. Çünki məşqlərimi davam etdirirdim. Burda da yüksək nəticə göstərdim. Küləyə baxmayaraq, hər zamankı kimi lider olmağa çalışdım.
Azərbaycanda təşkil olunacaq III MDB oyunlarında hakim kimi fəaliyyət göstərəcək Yaylagül Ramazanova idmançıların şanslarını da dəyərləndirib:
"III MDB oyunlarında az yaşlılar çıxış edəcəklər. Mən orada hakim kimi fəaliyyət göstərəcəyəm. Yeni idmançılarımız var və nəsə əldə etməyə çalışırlar".
Qeyd edək ki, kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatında ölkənin müxəlif bölgələrini təmsil edən 60-dan çox peşəkar idmançı mübarizə aparıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 30 Avqust 2025 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















