Icma.az
close
up
RU
Yaz aylarında immuniteti gücləndirən məhsullar

Yaz aylarında immuniteti gücləndirən məhsullar

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İmmun sistemini yaza hazırlamaq üçün balanslı qidalanmaq və antioksidant tərkibli qidalara üstünlük vermək lazımdır.

Publika.az xəbər verir ki, Türkiyəli dietoloq Serap Güzel immun sistemini bahara hazırlayan məhsulların faydalarıdan bəhs edib.

C vitamini

C vitamininin verdiyi faydalar saymaqla bitmir. Odur ki, gün ərzində C vitamini ehtiva edən qidalara üstünlük verin. C vitamini bədəndə hüceyrələrin müqavimətini gücləndirir. Hər gün mütləq ispanaq, cəfəri, itburnu və kivi yeyin.

Beta-karoten

Sarı-narıncı bitkilərdə olan beta karoten bizim üçün ən güclü antioksidantlardan biridir. Yerkökü, ananas, xurma və balqabaq ən çox beta-karoten ehtiva edən tərəvəz və meyvələrdir.

Sarımsaq

Sarımsaq kükürdlü birləşmələr, A, B1 və C vitamini də ehtiva edən möcüzəvi bir qidadır. Təbii antibiotik, antiviral, antibakteriyel və antifunqal təsiri göstərən sarımsaq immuniteti qüvvətləndirərək hüceyrələri müdafiə edir. Sarımsağın bu təsirlərindən faydalana bilmək üçün bütün olaraq udmalı deyil, çeynənib əzilməsi lazımdır. Hər gün 1 diş sarımsaq kifayətdir.

Qırmızı meyvələr

Zoğal, çəhrayı qreypfrut, çuğundur və nar antioksidant miqdarı yüksək qidalardır. Onlar yalnız immuniteti deyil, bəzi xərçəng və ürək xəstəliklərinə qarşı da qoruyucu təsirə göstərir.

Zəncəfil

Kəskin dadı, ətri və antiseptik xüsusiyyətləri sayəsində zəncəfil tənəffüs yollarını açır, həzmi tənzimləyir, toksinləri atır. Zəncəfilin həm çayını dəmləyə, həm də şorbalarda və salatlarda istifadə edə bilərsiniz.

Kefir

Bağırsaqlarda nə qədər probiyotik bakteriya varsa, metabolizma bir o qədər güclü işləyir. Probiyotik bakteriyalar da antioksidantlar kimi hüceyrələri mənfi təsirlərdən qoruyan kiçik canlılardır.

Bu bakteriyaları artırmaq üçün prebiyotik qidalar istehlak etməliyik. Kefir və probiyotik qatıq bu bakteriyalarla zəngindir. Bununla yanaşı, banan, kəvər, ənginar, sarımsaq və soğan da bu bakteriyaların artmasını təmin edir.

Sink və selen

İmmunitet üçün olduqca əhəmiyyətli mineraldır. Selen dəniz məhsulları, ət, soğan və sarımsaqda olur. Sink isə balqabaq tumu başda olmaqla yağlı tumlar, hinduşka əti, quzu əti, qulançar və göbələkdə olur. Bu mineralların antioksidant təsiri yüksəkdir və bədənin toksinlərlə mübarizə aparan hüceyrələrini gücləndirirlər.

Omeqa-3

Ən qiymətli yağ olan omeqa-3 yağ turşuları immunitet, beyin, sinir sistemi, psixologiya və ürək-damar sağlamlığınız üçün vacib qida elementidir. Həftədə mütləq 2 gün balıq yeməyə çalışın. Balığın tərkibinə həm də orqanizminizin istehsal etmədiyi çox lazımlı amin turşuları da daxildir ki, bunlar hüceyrələrin yeniləyərək qocalma prosesini ləngidir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 01:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri