Icma.az
close
up
RU
Yaz mövsümündə yağan yağışlar faydalıdır ŞƏRH EDİLDİ

Yaz mövsümündə yağan yağışlar faydalıdır ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Yaz yağışlarının kənd təsərrüfatına faydası olduqca böyükdür. Çünki yaxın günlərdə artıq pambıq səpini mövsümü başlayır. Yağan yağışlardan sonra torpaq münbitləşir, nəm balansı bərpa olunur və nəticədə bitkilərin normal cücərməsi təmin edilir".

Bunu SİA-ya açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, taxıl sahələri üçün də bu yağışlar çox faydalıdır: "Sahələr kifayət qədər su ilə təmin olunur, bu isə məhsuldarlığa müsbət təsir göstərir. Eyni zamanda, heyvandarlıq üçün də əhəmiyyətlidir - otlaqlarda bol ot çıxışı gözlənilir.

Ümumiyyətlə, yaz yağışları kənd təsərrüfatının bütün sahələri üçün vacibdir və yüksək məhsuldarlıq üçün əsas şərtlərdən biridir. Lakin qeyd etmək lazımdır ki, uzunmüddətli və intensiv yağışlar bəzən mənfi nəticələrə də səbəb ola bilər. Belə hallarda sel suları əkin sahələrini yuyur, çayların səviyyəsi qalxır və bəzi ərazilərdə hətta ciddi fəsadlar yarana bilir.
Baxmayaraq ki, bu yağışlar şəhərlərdə müəyyən çətinliklər yaradıb, rayonlarda vəziyyət nisbətən daha sabit olub. Bəzi dağlıq ərazilərdə çaylarda daşqınlar müşahidə olunsa da, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində ciddi problemlər qeydə alınmayıb.

Bunun əsas səbəblərindən biri də odur ki, bəzi hallarda insanlar yaşayış evlərini riskli ərazilərdə - çay yataqlarına yaxın yerlərdə tikirlər. Bu isə güclü yağışlar zamanı təhlükə yaradır. Ona görə də bu kimi risklər nəzərə alınmalı, tikinti və məskunlaşma zamanı daha diqqətli olunmalıdır. Hazırda isə müşahidə olunur ki, yağışlardan sonra arpa və digər bitkilərin inkişafı yaxşı gedir. Bu da onu deməyə əsas verir ki, cari il kənd təsərrüfatı baxımından əlverişli olacaq.

Ümid edirik ki, belə də davam edəcək. Çünki məhsul bolluğu insanların rifahı və yaşayış səviyyəsi üçün olduqca vacibdir. Yaz mövsümünün bu cür əlverişli keçməsi gələcəkdə məhsuldarlığın artmasına müsbət təsir göstərəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Mart 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri