Icma.az
close
up
RU
Yazanlar və danışanlar

Yazanlar və danışanlar

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mingəçevir işıqları" qəzeti yoluma işıq saldı və mən mətbuata gəldim. Mənim mətbuat tarixçəm bir az qəlizdir, çətindir, amma cəmi-cümlətanı maraqlı və beyin mərkəzli olmağa canatmadır. 

"Press-fakt" adlı layihəm tarixin o üzündə qaldı, bitmədi, bitə bilmədi, tükəndi. Səbəblər isə yüzlərcə, minlərcədir... 

Heç bilmirəm, sizə necə izah edim ki, beyin mərkəzli mətbuat nədir? Əslində, ideologiyanın çətirindən qaçmağa çalışan mətbuat beyin mərkəzli mətbuatdır. Ustadımız Həsən bəy Zərdabi "Əkinçi"də bunu etməyə çalışırdı. Amma bütün işıqlı layihələr kimi, "Əkinçi" də yarımçıq qaldı, Həsən bəy də çarəsizlikdən tükəndi. 

İndi isə biz onun işığından çıxa bilmirik. Daha doğrusu, çıxmaq istəmirik. Heç çıxmağa da hacət yoxdur. Niyə çıxaq ki? Ənənə, məktəb, irs, tarix çox yaxşı varidatdır. Yaxşı ki, "Əkinçi"nin işığı hələ də ağlımızda yanır. Amma "çevir tatı, vur tatı", onu misal gətirib təsəlli tapdıqca "Əkinçi" bizdən daha da uzaqlaşır. Adını, hətta brendini bəzən elə adamlar istifadə edir ki, nə dillənməyə söz tapırsan, nə susub durmağa yer... 

Elə "Əkinçi"nin adını çəkə-çəkə bir çox "klassik jurnalistlər" yeni nəsil media yaratmaq istəyənlərin gününü qara edib. Bəlkə də, bilmirlər, yaxud boyunlarına almaq istəmirlər ki, bundan sonra, o dediyiniz mətbuat olmayacaq. O mətbuat tarixdə qaldı, yerini, anlamını, missiyasını, peşə indeksini dəyişdi. Bir çox dəyərli "qələm" dostum hələ də donquldanmaqdan, "jurnalistika" belə gəldi, "peşəkarlıq" elə getdi, qələm klaviaturaya döndü deməkdən usanmır. 

Lakin, şanlı mətbuatımızın ənənələri üzərində yeni media yaratmaq mümkündür. Buna da aman, zaman və məkan vermək lazımdır... Hara baxırsan, kimi dindirirsən, bilən də, bilməyən də, hansı əyyamdasa məqalələr yazıb, müsahibələr götürüb, bir sözlə, mətbuatda işləyib, qonorar alıb, "qələm çalıb, ad çıxarıb", di gəl, az qala özünü Həsən bəy Zərdabinin davamçısı sayır, deyir, amandır, qoymayın, mətbuat ölür. Ölən isə dünəndən ölüb. Üstəlik, yeni nəslə yol göstərir: onu eləmə, bunu eləmə, filankəs belə gəldi, bəhmənkəs elə getdi, ay qoymayın, media bərbad gündədir, filan... 

Əcəba, nə edək? Bizə lütf et, hələ də yaza bilirsənsə, get yazını yaz, "jurnalist"lə (müəlliflə!) medianı qarışdırma. Sən vur-tut MÜƏLLİFsən, MƏTBUATsan! Yəni, MƏTNsən, yazısan, yazılısan və bacarsan, kontent yaradansan. Sənin MEDİAya, məsələn, TV, radio, SMM-ə dolayı dəxlin var, müasir mediada dominant ola bilməzsən. İşdir, nə vaxt səndən soruşsalar, bu gün ayın neçəsidir, onda bir neçə kəlmə ilə yazarsan, çünki mətbuat, media sənayedir, yaza bilmək isə ayrıca fərəhdir! Ayrı cür olur, yaza bilməyin feyzi, işığı, yaraşığı...

Yeri gəlmişkən, yaza bilmək, yazı ilə düşünmək danışa bilməkliyin üstündə dayanan beyin hadisəsidir. Çarlz Darvin təkamül prosesinin dərinliyi qarşısında təəccüblənərkən onun təkamül barədə qeydlərini oxuyan bir rahib Darvinə məktub yazaraq başa salmağa çalışırdı ki, biz də kilsədə Tanrının işlərinə mat-məəttəl qalmışıq, amma nə yaxşı ki, siz onun sirlərini çözmək üçün bu qədər dərinlərə baş vurub bizi Onun böyüklüyü  qarşısında daha da heyrəntləndirməyə çalışmısınız... 

Yaza bilmək hadisədir. Xüsusilə, yazı təfəkkürlü düşünmək, öz hiss və həyəcanını, ünsiyyətini ikicə kəlmə ilə, bircə sətirlə ifadə etmək işıqdır. Artıq yazı dövrü, yazan adam dövrü tarixə qovuşur. Müəllif mətnləri ciddi təhdid altındadır. Mədəniyyətin təkamülü onu hara aparacaq, bilmirik. Beyin mərkəzli istənilən layihə də yuxarıda deməyə çalışdığım kimi, yazılı düşünməkdən keçir. Hələlik başqa mexanizmlər, alqoritmlər və dərinliklər yoxdur. Danışanlara isə yol verin, getsinlər, irəlidə onları da başqa dövr gözləyir... 

Hə, onu da deyim, son dövrlər, beyin hadisələrini öyrənən sahələr arasında neyrolinqvistika ən çox araşdırılan hadisələrdən, istiqamatlərdən biridir. Onun içində isə yazı... Bu sahənin nüfuzlu alimləri deyirlər ki, yazı fenomendir, fərqli bucaqdır, daha doğrusu, qaranlıq beyin labirintlərində tamamən başqa bucaqdan düşən işıqdır... Bayramınız mübarək, yaza bilənlər! Danışa bilənlərin işinə qarışmayın...

Məqsəd Nur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 İyul 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see535

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see451

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see358

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see341

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see300

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see291

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see291

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see243

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see237

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see224

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see219

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see218

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see217

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see216

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see215

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see211

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see205

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see187

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see187

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri