Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq YENİLƏNİB
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yazıçı Vidadi Babanlı sabah Qazax rayonunun Şıxlı kəndində ailə qəbiristanlığında dəfn ediləcək.
Bu barədə APA-ya yazıçının qızı Leyli Babanlı məlumat verib.
O bildirib ki, bu, atasının vəsiyyəti olub.
***
15.56
Yazıçı Vidadi Babanlı bu gün günorta saatlarında 98 yaşında vəfat edib.
Bu barədə APA-ya qızı Leyli Babanlı məlumat verib.
Qızı onun harada dəfn olunacağı ilə bağlı qərar vermədiklərini bildirib.
Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fılologiya fakültəsində təhsil alıb. "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib.
Sonradan C. Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 16 Avqust 2025 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















