Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Yazıçılar: “Əlisəmid ocağın közərən yeri kimi ömür sürdü”

Yazıçılar: “Əlisəmid ocağın közərən yeri kimi ömür sürdü”

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Azərbaycan ədəbiyyatı ağır itki ilə üzləşib. Görkəmli şair Əlisəmid Kür vəfat edib.
Ölkənin müasir poeziya mühitində özünəməxsus üslubu və dərin fəlsəfi düşüncələri ilə seçilən Əlisəmid Kürün yaradıcılığı bir neçə nəsil oxucu və ədəbiyyatsevərin qəlbində iz qoyub. Onun poeziyası, estetik zövqü, şəxsiyyəti hər zaman diqqət çəkib.

Hadisə ilə bağlı Tribunainfo.az yazıçılardan, ədəbiyyat adamlarından və şair həmkarlarından açıqlama alıb.

Şair Əlisəmid Kürü necə xatırlayacaqsınız? Onunla bağlı şəxsi xatirənizi bölüşə bilərsinizmi?

Zahid Sarıtorpaq

Xəbəri bu gün səhər eşitdim. Əlisəmid mənim yaxın dostum, qardaşım olub. Mənim üçün çox əziz olub. Hər işimizdə biz bir-birimizə dayaq olmuşuq. Onun Salyanda bütün xeyir işlərində, yas mərasimlərində iştirak eləmişəm. Bir dost kimi həmişə Şamaxıdan ora getmişəm. Tərcümə Mərkəzində bir yerdə də işləmişik. Ondan əvvəl də həmişə oturub-durmuşuq. Bir şair, yaradıcı insan kimi həmişə yaxınlığımız olub. Mən son 7 ildə ailəmdən 7 nəfər itirmişəm. Əlisəmidlə 8 oldu. Çox pis oldum, çox, heyif… Əlisəmid ədəbiyyatımızda öz, səsi, sözü, məqamı olan bir şair idi. Onun məqamı həmişə uca olacaq, həmişə… Allah rəhmət eləsin!

Günel Natiq

Atamın sevdiyi, dost bildiyi insanlar bir-bir dünyadan köçəndə, sanki atamı bir daha itirirəm.
Əlisəmid Kür də o dostlardan biri idi. Onu şəxsən görməsəm də, atamın söhbətlərindən yaxşı tanıyırdım. Atamın 80 illik yubileyinə onu da dəvət etmişdim. O gün “Azərbaycan” jurnalının 70-ci illərdəki heyətinin şəklini çərçivəyə salıb gətirmişdi. O fotonun mənəvi dəyəri mənim üçün ölçüyəgəlməz. O an atamı yanımda hiss etdim…
Sonra o da məni övladının toyuna çağırdı. “Natiq müəllimin qızı kimi dəvət edirəm, elə bilərəm o da aramızdadır,” – dedi. Təəssüf ki, səhhətim imkan vermədi, gedə bilmədim.
Ədəbiyyatımız onunla bir işıqlı qələm sahibini itirdi. O, halallığı, təvazökarlığı və sözə sədaqəti ilə əsl ədəbiyyat adamı idi. Belə insanları Söz unutmur…

(Sağdan ikinci Əlisəmid müəllimdir)

Şəfiqə Şəfa

Əlisəmid Kürlə Tərcümə Mərkəzində birgə çalışmışıq, otaq yoldaşı olmuşuq. O, təkcə istedadlı qələm sahibi deyildi — həm də çevrəsindəki hər kəsə yaradıcılıq ruhu aşılayan, yazmağa həvəsləndirən, dərin düşüncəli bir insan idi. Hər dəfə yeni şeir kitabımı nə vaxt hazırlayacağımı soruşurdu. Ön söz yazmaq istəyirdi. Heyif, qismət olmadı… bir az iş çoxluğundan, bir az ruhdan düşməyimdən, ən əsası, mənim də həyatımda ağır itki oldu – atamı itirdim… Əlisəmid Kürlə bir dövrdə, bir mühitdə çalışmaq mənim üçün sadəcə iş yoldaşlığı deyildi — o, həm ruhu, həm sözü ilə insanın yaddaşına hopan nadir adamlardan idi. Hər sözü ölçüb-biçib deyərdi, həqiqətən dünya görmüş, özü də dünyanın hər iki üzünü görmüş adam idi. Kədərli, dolaylı həyatı olmuşdu. Biz hələ dinlərkən, bəzən dəhşətə gəlirdik. Hiss edirdi ki, danışdıqları qadın emosialarına ağır gəlir, üstündən bir şeir deyib, sanki sakitləşdirirdi… Sözə məsuliyyətlə, insanlara hörmətlə yanaşan adam, ruhu şad olsun.

Sevinc Elsevər

Şairə Allah rəhmət eləsin! Yaxınlarına, dostlarına səbr versin! Təəssüf ki, şəxsi tanışlığımız olmadı. Hətta tədbirlərdə rast gəlmişdim bir neçə dəfə. Görüşməmişdim. Belə məsələlərdə mən utancağam. Ünsiyyət qurmaqda çətinlik yaşayıram. Hətta bir müddət jurnalist kimi çalışmağım da bu xasiyyətimi dəyişə bilməyib. Onu ötən yaz gördüm. Bir tədbirdən bərabər çıxdıq. Keçidə düşdük, çıxdıq. Amma iki yad adam kimi. Amma qələmini sevdiyim, hörmət etdiyim şairlərdən olub həmişə. Şeirlərini sevgiylə oxumuşam.
Kimsə xəstələnəndə, ya başına nəsə gələndə deyirsən gərək özünü qoruyaydı, gərək belə etməyəydi, belə yaşamayaydı. Amma Azərbaycan elə ölkədir ki, burada bacardığın kimi yaşayırsan. Ayrı cür mümkün deyil. Həkimlər çıxıb məsləhət verəndə ki, bunu yeməyin, onu yeyin, əsəbləşirəm. Camaat nə tapır, onu yeyir. Seçim şansımı var? Kişilərin içməmək şansımı var? Vaxtsız ölməmək şansı varmı adamların? Nə isə. Kədərlidir.
Kədərimi bölüşürəm dostlarla! Əlimdən bu gəlir ancaq təəssüf ki!


Şərif Ağayar

Mənim üçün nəinki Bakının, Azərbaycanın, hətta dünyanın rənglərindən biri azaldı. Şair kimi də, insan kimi də, zahiri görünüşcə də olduqca fərqli, maraqlı, yaddaqalan idi. Dostuna, yoldaşına ürəyini çıxarıb verərdi. Fədakarlığı bacarırdı. Həyatı da dramatik, ziqzaqlı, narahat yaşamağı sevirdi. Əlisəmid ocağın közərən yeri kimi ömür sürdü. Şeirlərini də orada yazdı. Ona görə heç vaxt unudulmayacaq. Ruhu şad olsun.

Fəxri Uğurlu

Otuz il bundan qabaq qırx yaşlı Əlisəmid bizlə – cavan dostları, iş yoldaşlarıyla tikəsini, meyini, siqaretini bölərdi. İndi onun bölüşməyə sözdən başqa heç nəyi qalmayıb. O, sözü mala, mataha çevirmədi, ona çox böyük yaxşılığı dəymiş adamlara belə mədhiyyələr yazmadı, şeirin başına çatı salıb kiminsə qapısına nökərçiliyə aparmadı.

Belə götürəndə zaman onu çox talamayıb, qırx yaşlı Əlisəmiddən o qədər də seçilmir. Bir az alnının qırışları dərinləşib, bir az da dişlərinin sırası seyrəlib. Əlisəmidin üzünə diqqətlə baxsanız, onun ömrünün xəritəsini görəcəksiniz, alnının yazısını oxuyacaqsınız, taleyinin düyünlərini çözəcəksiniz. Belə bir tale yiyəsinin yetmiş yaşa çatması poeziyamız üçün qənimətdir.

(Əlisəmid Kür barədə yazıdan bir parça)

Ayxan Ayvaz

Heyif… Əlisəmid Kürlə bizim tanışlığımız çox uzaq keçmişə dayanır. Mənim 9-10 cu sinifdə oxuyanda, hekayəm, şeirlərim çap olunmuşdu. Əlisəmid Kür onda mənə demişdi ki, “şeirin başını burax, səndə nəsr yaxşıdır”. Biz bu cür tanış olduq. Sonradan, dəfələrlə məclislərdə birlikdə olduq. Əlisəmid tanıdığım ən səmimi şair idi. Xatirələrim çoxdur. O, ədəbi mühiti, insanları, xarakterləri çox yaxşı tanıyırdı. Bu xüsusiyyətinə görə də mən çox sevirdim. Yəni, o, saxta ilə əsli tez ayırd edə bilirdi. Bu mənada, Əlisəmid bizim mühitdə “ayırtma mərkəzi” kimi də baxmaq olardı. Mənə elə gəlir ki, onun yanından keçməyən, yəni, bu mərkəzdə olmayan gənc yazıçılar püxtələşməmiş sayılmış olar. Əlisəmid bu mənada gənc şairi yaxşı ayırd edə bilirdi. Və onu reallıqla qarşı-qarşıya qoyurdu. Açığı, son vaxtlar biz onunla danışmamışdıq. Bir dəfə telefonla danışmaq imkanım olmuşdu. Əlisəmid xarakteri ilə həm həbsdə yatmış, həm də dəlixanada yatmış biri kimi obraz olaraq çox maraqlı biri idi. O, şair kimi çox orijinal bir şair idi. Allah rəhmət eləsin!

Hazırladı: Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:248
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri