Icma.az
close
up
RU
YAZILI DÜŞÜNÜRƏM: Texniki Universiteti necə gücləndirək?

YAZILI DÜŞÜNÜRƏM: Texniki Universiteti necə gücləndirək?

Aznews.az saytına istinadən Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzini hər nə qədər tənqid etsək də, bir reallıq dəyişməzdir: orta məktəbin buraxılış imtahanları artıq arxada qalıb, qarşıdan qəbul imtahanları və yerləşdirmə gəlir. Bizim Özgür də bu il abituriyentdir. Öz istəyi ilə I qrup üzrə imtahanlara hazırlaşıb. İlkin nəticələri yaxşıdır, ümid edirik ki, informasiya-kommunikasiya sahəsinə aid arzuladığı ixtasaslardan birinə, yəqin ki elə birincisinə qəbul olacaq. Məlum, belə günlərdə evdə, işdə, dostlar çevrəsində əsas müzakirələr universitet seçimi ilə bağlı olur. Mənim fikrimcə, madam texnoloji bilik qazanmaq istəyir, Özgür ali təhsilini ƏSLİNDƏ Azərbaycan Texniki Universitetində davam etdirməlidir. Çünki ölkələrin texnoloji inkişafında Texniki Universitetlər aparıcı rol oynayır. Bütün dünya üzrə informasiya texnologiyaları və təhlükəsizliyi, data analitikasi, kompüter mühəndisliyi və proqramlaşdırma sahələri üzrə ən qabaqcıl ali təhsil müəssisləri məhz Texniki Universitetlərdir. Dünya üzrə universitetlərin reytinq cədvəlinə, prestijinə, abituriyentlərin seçim statistikalarına nəzər salsaq, bunu çox açıq görəcəyik.

Lakin Azərbaycan Texniki Universiteti (ATU) ilə bağlı eyni qənaəti bölüşmək mümkün deyil.

ATU nəinki dünya reytinqlərində yer tuta bilir, hətta ölkə daxilində də prestijli ali təhsil müssəsisəsi kimi tanınmır.

Zənnimcə, hazırda Elm və Təhsil Nazirliyi, Universitetin rəhbərliyi, təhsil ekspertləri, ölkəmizin gələcəyini düşünən hər kəs üçün ən prioritet məsələlərdən biri məhz bu olmalıdır.

Bakı Ali Neft Məktəbi test imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərin seçimidir. Ancaq bu universitetə keçid balının 680 üzərində olması olduqca qorxulu bir tendensiya yaradır, ölkənin təhsil və qəbul sisteminin problemlərini ən bariz şəkildə ortaya qoyur. Görünən budur ki, “testologiya” ölkəmizdə elmi, “qara təhsil bazarı” təhsili bataqlığa salıb.

Mən, əlbəttə, ATU-nun bu bataqlıqda “parıldayan muncuq” olmasından söhbət etmirəm.

Süni İntellektin dünyanı yenidən şəkilləndirəcəyi ərəfədə milli inkişafımızın lokomotiv beyin mərkəzini yaratmağa mükəlləf əsl universitetdən danışıram.

ATU-nun bu hədəfi reallışdırmaq üçün cari göstəriciləri olduqca pisdir, ancaq çıxılmaz deyil və potensialı böyükdür. Odur ki, bu sualları həm Elm və Təhsil Nazirliyinə, həm də ATU-ya yazılı informasiya sorğusu kimi göndərəcəm, aldığım cavabları oxucularla da bölüşəcəm. Həm bir düşünən vətəndaş, həm də abituriyent valideyni kimi məni dərindən maraqlandırır:

1. ATU beynəlxalq reytinqlərə daxil olmaq üçün hansı addımlar atır?

ATU-nun beynəlxalq reytinqlərə daxil edilməsi ünün aydın və konkret bir strategiyası olmalıdır. Əslində, var da. 2021-2030-cu illəri əhatə edən strategiyaya oxşar nə isə var. Oxudum, inandırıcı gəlmədi. Sanki strategiya yazmaq xatirinə yazılıb. Gerçək vəziyyəti dəyişmək üçün beynəlxalq əlaqələr qurmalı, tədris proqramlarını yeniləməli, prosesə ciddi alimlər, ixtiraçılar cəlb olunmalıdır. Doğrusu, bu yöndə ATU-nun FƏRQ YARADACAQ təşəbbüsləri barədə diqqətə layiq informasiyalar mediada gözə dəymir. Bəlkə də hansısa işlər görülür, amma təqdimat yox səviyyəsindədir.

2. Universitet maddi-texniki bazasını yenidən qururmu?

Bu da aktual sualdır. Universitetin laboratoriyalarının, IT infrastrukturunun, auditoriyalarının vəziyyəti yenidən nəzərdən keçirilməli, ali məktəb müasir texnologiyalarla təchiz olunmalıdır. Bu, tələbələrin həm nəzəri, həm də praktiki biliklər qazanmasının formal tələbləridir.

3. Təhsilin keyfiyyətini artırmaq üçün hansı proqramlar reallaşdırılır?

İxtisasların mövcud çağın tələblərinə uyğun yenidən strukturlaşdırılmasının vacibliyini hər birimiz başa düşürük. Ancaq, məsələn, informasiya texnologiyaları, data analitikasi, kompüter elmləri kimi sahələrə fokuslanan ixtisaslarda tədrisin dünya səviyyəsinə çevik uyğunlaşdırılması zəruridir. Olduqca dinamik sahələrdə beynəlxalq nailiyyətlərin qısa zamanda mənimsənilməsi, açığı, ATU-da nəzərə çarpan bürokratik mühit üçün çətin görsənir.

4. ATU öz kadr heyətini necə gücləndirir?

Bunun üçün müəllimlərin peşəkar inkişafı üçün beynəlxalq təlimlərə çatmaq imkanı yaradılmalıdır. Elə motivasiya mexanizmləri qurulmalıdır ki, həm mövcud kadrlar universitetdə qalsın, həm də işə yeniləri cəlb olunsun. Universitetin saytına nəzər saldıqda bəlli olur ki, ATU son üç ildə Türkiyənin Qazi, Kırıkkale kimi universitetləri ilə bəzi görüşlər keçirib. Ümumən, universitetin beynəlxalq əlaqələri ifadə olunan məqsədə adekvat görsənmir. Daha çox Türkiyə universitetləri ilə əlaqə qurmağa can atan ATU-nun son üç ildə İstanbul Texnik Universiteti ilə hər hansı əlaqə qurmaması da (saytdakı xəbərlərdən çıxış etsək) təəccüb doğurur.

5. Tələbələr üçün hansı stimullaşdırıcı proqramlar icra olunacaq?

İT yönümlü ixtisaslara can atan gənclər azad ruhlu, yaradıcı və innovativdir. Onların bu keyfiyyətlərini nəzərə alan proqramlar icra olunmalı, xüsusən tələbələrin beynəlxalq proqramlara qoşulma imkanları genişləndirilməli, özəlliklə xarici universitetlərlə birgə layihələr həyata keçirilməlidir. ATU-nun rəsmi saytına nəzər salanda isə, heç kimin xətrinə dəyməsin, məni belə bu yaşda qaramat basır.

Universitetin rektoru Vilayət Vəliyev zəngin bioqrafiyaya malikdir, elmlər doktoru, professordur. Şəxsən tanımasam da, rəyini soruşduğum qaynaqlar onun haqqında müsbət danışır, yaxşı alim və təşkilatçı kimi xarakterizə edirlər. 2019-cu ildə ATU-ya rektor təyin olunmuş Vilayət müəllimin komandası haqqında da müsbət fikirlər söyləmək olar.

Prorektorlardan Nurəli Yusifbəyli və Sübhan Namazov adları elmi ictimaiyyətə yaxşı tanış olan nüfuzlu alimlərdirlər.

Fariz Məmmədov, Rəşad Əliyev, Nərmin Rzayeva prorektor vəzifəsində daha gənc nəsli təmsil edirlər.

İki yaş nəslinin nümayəndələrinin ATU rəhbərliyində bir arada olması universitetlə bağlı nikbin düşünməyə əsas yaradır. Deməli, vəziyyəti dəyişməyə potensial var. Qalır daha sistemli bir yanaşma ilə vəziyyəti dəyişmək üçün dərhal hərəkətə keçmək.

Bunun üçün bizim ictimai nəzarətimiz də çox önəmlidir. Elm və Təhsil Naziri Emin Əmrullayevdən, rektor Vilayət Vəliyevdən mütəmadi olaraq ATU ilə bağlı hesabat tələb etməli, ATU-nun inkişafı üçün onlara vətəndaş cəmiyyəti olaraq əlimizdən gələn dəstəyi verməliyik.

Bəli, ATU-nun dünya universitetlərinin reytinqində yer alması, prestijli ali məktəbə çevrilməsi, yüksək səviyyəli kadrlar hazırlaması, ən azı öz sahəsində Cənubi Qafqazın lider elm ocağına çevrilməsi bizim texno-perspektivimiz üçün ən strateji məsələlərdən biridir. Bu məsələyə laqeyd yanaşmağa da, laqeyd yanaşılmasına göz yummağa haqqımız yoxdur.

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 04 Mart 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see140

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see138

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see134

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see133

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see131

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see130

Musiqi sədaları altında əməliyyat olundu FOTO

18 Aprel 2025 04:04see127

Zelenski mayın 9 da hara gedəcək?

17 Aprel 2025 12:36see125

Aydın Kərimov: 1 400 dən çox sakin artıq Şuşa şəhərində yaşayır

17 Aprel 2025 14:10see124

Məşhur plastik cərrahlara QADAĞA Siyahıda yoxdular ARAŞDIRMA

17 Aprel 2025 15:03see123

Sosial şəbəkələrdə tərbiyə böhranı

17 Aprel 2025 22:05see123

ABŞ dən Yəmən bankına qarşı sanksiya

18 Aprel 2025 03:26see120

Azərbaycan çempionatında möhtəşəm qol Video

18 Aprel 2025 18:24see119

Qəzzadan təcili humanitar yardım çağırışı

18 Aprel 2025 05:33see117

Deputat erməni əsilli şəxslərin məhkəməsində ifadə verdi

17 Aprel 2025 21:53see117

Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib

17 Aprel 2025 20:25see116

Ailəsi şəhid jurnalist Məhərrəm İbrahimovun ölüm anını danışdı VİDEO KONKRET

17 Aprel 2025 09:52see115

Maksimal bal toplayan Aişə Bağırova: Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm

17 Aprel 2025 22:00see115

Çayların həcmində artım davam edir

17 Aprel 2025 11:22see114

Milorad Dodik Kallasın təhdidlərinə cavab verdi

18 Aprel 2025 16:41see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri