Icma.az
close
up
RU
Yazınıza görə XARAKTERİNİZ

Yazınıza görə XARAKTERİNİZ

News24 saytına istinadən Icma.az xəbər verir.

Psixoloqlar yazı tərzimizin şəxsiyyətimizi və ruh halımızı əks etdirə biləcəyini, hətta yazı sürətimizin zehni vəziyyətimizlə birbaşa əlaqəli olduğunu deyirlər.

News24.az xəbər verir ki, elmi araşdırmalar yazı sürətinin düşüncə tərzimiz və şəxsiyyətimiz haqqında vacib ipucları verdiyini göstərir. 

Yazı sürətimiz, psixoloqlara görə, şəxsiyyətimizi və zehni vəziyyətimizi anlamaqda mühüm göstərici ola bilər. Sürətli yazmaq, adətən fəal, tez düşünən və hərəkət yönümlü insanlarla əlaqələndirilir. Belə insanlar fikirlərini tez bir şəkildə kağıza köçürmək meyli göstərirlər.

Bu cür insanlar məşğul olmaqdan çox, düşüncələrini sürətli emal edən, praktik həll yolları tapan insanlardır. Bu da onların tez yazmalarına səbəb olur. Ancaq tez yazmaq həmişə stress və ya təşvişlə əlaqəli deyil. Bu insanlar bəzən daha qərarlı və gözləməyə az dözümlü ola bilərlər. Çünki tez düşünən biri, tez bir həll tapma ehtiyacı hiss edir.

Sürətli yazmaq bəzən təşviş və stress ilə də əlaqələndirilə bilər. Xüsusilə yazının dağınıq olması, hərf ölçülərinin dəyişməsi və ya yazının aşağıya doğru əyilməsi kimi hallar, zehni hiperaktivlik və daxili təzyiqin əlaməti ola bilər.

Digər tərəfdən, yavaş və səliqəli yazan insanlar adətən diqqətli və düşüncəli şəxsiyyətlərlə əlaqələndirilir. Bu insanlar çox vaxt hər şeyi nəzarətdə saxlamağa meyilli olur və yazı ritmləri onlara özlərini daha yaxşı tanımaq imkanı verir. Yavaş yazmaq bu insanların daha ehtiyatlı və düşüncəli olduğunu göstərə bilər. Lakin bu, yavaş yazanların zəif intellektli və ya heç vaxt təşviş hiss etmədikləri anlamına gəlmir.

Nəticə olaraq, yazı sürətimiz şəxsiyyətimiz və zehni vəziyyətimiz haqqında vacib ipucları verir. Lakin tez və ya yavaş yazmaq təkcə xarakterimizi deyil, necə düşündüyümüzü, necə reaksiya verdiyimizi və dünyanı necə qavradığımızı da göstərir.

Məryəm İlhamqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 May 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see341

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see309

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see308

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see298

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see295

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see294

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see288

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see279

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see272

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see271

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see258

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see255

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see250

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see244

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see243

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see239

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see230

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri