Icma.az
close
up
RU
Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib

Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 10 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 1191 lisenziya, ümumilikdə isə 20 min 220 lisenziya verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə sahibkarlara verilən lisenziyaların 807-si elektron formada təqdim olunub. Portalın fəaliyyətə başladığı 2018-ci ilin mart ayından etibarən isə təqdim olunan elektron lisenziyaların sayı 7963-ə çatıb.

Verilmiş lisenziyaların 25 faizi (298) tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, 18 faizi (214) əczaçılıq, 12 faizi (148) özəl tibb fəaliyyəti, 11 faizi (129) rabitə xidmətləri və 34 faizini isə (402) digər fəaliyyət növləri təşkil edib.

Lisenziya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün verilən rəsmi sənəddir. Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən olunub. Hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir.

Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq “ASAN xidmət” mərkəzi, KOB evləri və ya “Lisenziyalar və icazələr” portalı vasitəsilə portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Hazırda portal vasitəsilə müraciətlərin elektron qaydada qəbul edilməsi, aidiyyəti dövlət qurumlarından rəylərin əldə olunması və nəticələrin rəsmiləşdirilməsi imkanları yaradılıb.

Lisenziya verilərkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarından rəy alınır. Lisenziya obyektlə bağlı olduqda isə obyektin uyğunluğu yerində qiymətləndirilir, aidiyyəti dövlət orqanının rəyinə əsasən qərar qəbul edilir.

Təqdim edilən sənədlər qaydasında olduqda lisenziya 10 iş günündən gec olmayaraq təqdim edilir. Lisenziya verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 faiz güzəşt olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Avqust 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri