Icma.az
close
up
RU
Yekaterinburq hadisəsi faktiki olaraq terrordur: Bu, Azərbaycan dövlətinə təzyiq siyasətidir

Yekaterinburq hadisəsi faktiki olaraq terrordur: Bu, Azərbaycan dövlətinə təzyiq siyasətidir

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Dünyanı təhdid edən beş faktor var. Bunlar Şimali Koreya, Rusiya, Çin, İran və radikal islam terrorizmidir. Təsəvvür edin ki, onlardan 3-nün içindəyik".

Bu barədə təhlükəsizlik üzrə ekspert, siyasi şərhçi İlham İsmayıl Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, bu təhlükələrdən ikisi - Rusiya və İran qonşumuzdur, biri də ətrafımızda fırlanır:

"Bu qədər gərgin bir geosiyasi bir məkanda yerləşirik. Ona görə də zaman-zaman şimaldan, yaxud cənubdan təhdidlərlə üzləşirik. Konkret olaraq Rusiyanı götürək. Rusiya imperiyası, Sovet İttifaqı və müstəqillik dövründə ermənilərin əliylə Azərbaycana təzyiqlər ediblər. Təzyiq yox, hətta Azərbaycana fəlakətlər yaşadıblar. Rusiya XİN başçısı Sergey Lavrov İrəvana sonuncu səfərində dedi ki, "Azərbaycanın yeddi rayonu rus silahları, rusun dəstəyi ilə işğal olunub". Bütün bunların hamısı təhlükəli qonşumuz tərəfindən başımıza gətirilib. Keçən il aprelin 16-da rusların sonuncu əsgərini yola saldıq. Nəhayət ki, Azərbaycan suverenliyini tam bərpa etdi. Beləliklə, Rusiyanın Azərbaycana öz ərazimizdə təzyiq imkanları məhdudlaşdı”.

Onun sözlərinə görə, Rusiya əvvəllər təzyiqi ermənilərin, separatçıların əliylə edirdisə, 44 günlük müharibədən sonra özü də "sülhməramlı" adı ilə Qarabağa yerləşdi:

“Ötən 4-5 ildə hansı oyunlardan çıxdıqları hamının xatirindədir. Azərbaycanın mənafeyinə uyğun olmayan addımlar atdılar. Azərbaycanın gücünü görəndən sonra geri çəkilməyə məcbur qaldılar".

İlham İsmayıl: Bu hadisə əldə ehtiyat tutulmuş bir variant olub

İ.İsmayıl əlavə edib ki, indi Azərbaycan ərazisində bizə təzyiq göstərə bilmədiklərinə görə, öz ölkələrində azərbaycanlılara, Azərbaycanın maraqlarına zərbə vurmağa başlayıblar:

"Əslində təzyiq çox yumşaq sözdür, demək olar ki, terror törədirlər. Yekaterinburqda baş verən hadisə faktiki olaraq terrordur. Bu məsələ əldə ehtiyat tutulmuş bir variant olub. Yəni Azərbaycanın hansısa addımına qarşı zamanı gələndə istifadə etmək üçün saxlayıblar”.

Müsahibimizə görə, bütün bunların səbəbi odur ki, Azərbaycan dövləti müstəqil siyasət yeridir:

“Heç kimin çətirinin altında deyilik, heç kimin moderatorluğu ilə oturub-durmuruq. Apardığımız siyasət də sülhə, beynəlxalq hüquqa dayanan siyasətdir”.

“Ona görə də bunu sadəcə miqrant məsələsi kimi dəyərləndirmək olmaz. Bu, birbaşa Azərbaycan dövlətinə təzyiq siyasətidir", - deyə İlham İsmayıl vurğulayıb.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 İyul 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri