Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Yekaterinburq qətliamına Putindən sükutlu “reaksiya” Xankəndidəki baş konsulluq acısı, Zəngəzur dəhlizi məsələsi, yoxsa...

Yekaterinburq qətliamına Putindən sükutlu “reaksiya” Xankəndidəki baş konsulluq acısı, Zəngəzur dəhlizi məsələsi, yoxsa...

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

İki həftə əvvəl Rusiya Prezidenti Putinin köməkçisi Vladimir Medinski Qarabağı “mübahisəli bölgə” adlandırmaqla növbəti dəfə rəsmi Bakını təəccübləndirmiş və təəssüflü reaksiyasına səbəb olmuşdu. O, "Rossiya Today" kanalına müsahibəsində demişdi ki, əgər Rusiya Ukrayna müharibəsində sülh əldə etməsə, cəbhəyanı ərazilərdə Qarabağ kimi mübahisəli bölgə yaranacaq. Azərbaycan Xarici İşlər Nazirliyi cavab reaksiyasına Medinskiyə xatırlatmışdı ki, Qarabağ mübahisəli ərazi deyil, elə Rusiya özü onu Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.
Ölkəmizə qarşı növbəti cəfəng iddianı sərgiləyən köməkçisinin dediklərinə Putin susqunluq nümayiş etdirdi. Necə ki, ondan əvvəl baş verənləri də görməzdən gəlib, özünü eşitməzliyə vurub. Özünü elə aparıb ki, elə bil vəzifəyə “KQB”-dən yox, hansısa təhsil ocağının auditoriyasından gəlib. Özünə və ölkəsinə sərfəli ən xırda məsələlərə biganə qalmayan Putin Azərbaycan dövlətinə və xalqına qarşı Rusiya mediasının, ayrı-ayrı rəsmi şəxslərin təhdidlərini, münasibətlərə zərbə vuran cəfəngiyyatlarını durdurmağa maraqlı olmayıb heç zaman.

İllər öncə Rusiyanın 80-dən artıq vilayətində təşkilatları olan Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətini əsassız olaraq dayandırılanda da Putin susqunluq nümayiş etdirmişdi, baxmayaraq ki, mərhum Prezident Heydər Əliyev bu təşkilatın əsasını məhz Putinin iştirakı ilə qoymuş, xeyir-duasını vermişdi. Azərbaycan dövlətinə təzyiq vasitəsi kimi, Rusiyada yaşayan 3 milyon azərbaycanlını öz ətrafında birləşdirən ən böyük diaspor təşkilatını ləğv etməklə bağlı başladılan hücum dalğasını kənardan müşahidə etdi, bir dəfə də olsun reaksiya vermədi.
2017-ci ilin yanvarında, Aprel döyüşlərindən 8 ay sonra xarici işlər naziri Sergey Lavrov “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”, sayıqlamasını dilə gətirəndə də Putin susdu və “damarlarından erməni qanı axmasına görə fəxr edən” Kalantaryanın ağzının üstündən sözlə də olsa vurmağa zərurət görmədi. Ermənistana İsgəndər-M hədiyyəsini də unutmadıq. 44 günlük müharibə zamanı Rusiyanın ikili oyunları da yaddan çıxmayacaq. Torpaqlarımızı işğaldan azad etdikdən sonra Putin nəhayət, etiraf etdi ki, beynəlxalq hüquqa görə, Qarabağ dağlı-aranlı Azərbaycanın ayrılmaz hissəsidir. Amma ondan sonrakı dönəmdə ən çox səsləndirdiyi ifadə hansı idi?

Sitat: “Əgər Ermənistan özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsa, Qarabağın statusunu Ermənistan özü müəyyənləşdirib”.

Ermənistandakı revanşistlərə pas ötürürdü. Yəni “qalxın ayağa, Paşinyanı devirin, mübarizə aparın, Qarabağ yenidən sizin olsun”.

Bir ölkənin prezidenti beynəlxalq hüququ bir kənara qoyub, işğalçı ölkənin başçısını hədəf kimi xalqına göstərirsə, həmin ölkənin işğalçı, terrorçu fəaliyyətinə birmənalı münasibət bildirmək əvəzinə, onu yenidən revanşa həvəsləndirirsə, bunun özü qeyri-dost münasibəti deyilmi?
Rusiyanı çoxdan tanıyırıq, Pyotrun gəmiləri Azərbaycan sahillərinə yan alandan, dinc insanlarımızın qətilamı həyata keçiriləndən, “Gülüstan”dan, “Türkmənçay”dan, Gəncə xanının qətlindən, ermənilərin kütləvi köçünü Qarabağa, Qərbi Azərbaycana köçürəndən, İrəvanı qoparandan, Qarabağ ermənilərini üsyana qaldırıb, Azərbaycan Xalq Cümhuriyyətini işğal edəndən, ardınca Qərbi Zəngəzuru da ermənilərə peşkəş edəndən, 30-cu illərdə xalqımıza qan uddurandan, faşizmlə müharibədə 400 min qurban verən respublikanın neftini sümürəndən sonra belə, davam etdirdiyi azərbaycanlıların deportasiyasını son nəfərinədək həyata keçirəndən,Sumqayıtdakı etnik qarşıdurmanı təşkil edəndən, Bakı qırğınını törədəndən, Xocalı soyqırımını törədəndən, Qarabağın, Şərqi Zəngəzurun işğalı üçün erməni daşnaklarına hər cür dəstək verəndən bəri...
Elə keçən ay İrəvana səfər edən Lavrov “dönük” ermənilərin, forpost Ermənistanın yadına saldı ki, bu ölkə Azərbaycanın 7 rayonunu məhz Rusiyanın silahları hesabına işğal etmişdilər. Bu faktın özü Beynəlxalq Tribunal qurulması üçün yetərli fakt idi. Bu, Serj Sərkisyanın Xocalı soyqırımını törətdiklərini şəxsən etiraf etməsinə bərabər cinayət faktı idi. Amma Putin öz nazirinin Rusiyanı ifşa bəyanatına da susqun qaldı.
Rusiya hakimiyyətinin danışan dillərindən biri Vladimir Solovyov bir neçə gün əvvəl Azərbaycana daş atmışdı. Ermənistanda çevriliş hazırlayan Rusiya vətəndaşı, erməni iş adamı Samvel Karapetyanın həbsindən qeyzlənən Solovyov efirdə “artsax” ifadəsindən istifadə edərək “böyük xristian ənənəsi”ni xatırlatdığı erməniləri oyatmağa çalışmışdı. O, “erməniləri “artsax”ın aqibəti gözləyir” deməklə həm Azərbaycana qarşı mövqe sərgilməmişdi, həm də erməni xalqını revanşistlərin arxasında cəm olmağa səsləmişdi. O zaman da görünür Putin televiziya ekranından “kənarda” olmuşdu və reaksiya olmadı.


Rusiyaya konkret qrafik əsasında uçan Azərbaycanın mülki təyyarəsi Çeçenistan üzərində vurulur, pilot təyyarəni hava limanlarından birinə endirmək istəyir, buna imkan verilmir, dəhşətli terror törədilir, amma Putin “xəbərsiz” olur və daha sonra Çeçenistan başçısı Kadırovu şəxsən qəbul edib, onu ödülləndirir, hətta istefa istəyinə razılıq vermir. Yeri gəlmişkən, bu günlərdə Kadırovun nazir oğlunu da şəxsən qəbul edib, ünvanına təriflər yağıdırıb. Mülki təyyarəmizin vurulması faktı ilə bağlı şahidlər danışıb, qəhrəman pilotlarımızın səs yazıları ortada, “qara qutu”lar danışır, istintaq hər şeyin aydın olduğunu təsdiqləyir, Rusiya isə bu bəşəri cinayətin məsuliyyətini rəsmən öz üzərinə götürmür, Azərbaycanın haqlı tərəblərinə əməl etmir, günahsız insanların qətliamına görə kompensasiya ödəmir, günahkarları cəzalandırmır. Prezident Putin Azərbaycan Prezidentinə zəng edərək üzrxahlıq etdi və ondan sonra hər hansı hərəkətlilik yoxdur. Nə baş verir, Putindən başqa prezidentmi idarə edir Rusiyanı? Düzdür, Putinin bir neçə oxşarının olduğu bəllidir və təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq oxşarların bir sıra hallarda ictimaiyyət arasında çıxdığı bildirilir. İndi necə bilək, hazırda Rusiyanı hansı Putin idarə edir, əsli, yoxsa...Rusiyadan ölkəmizin müxtəlif media orqanlarına kiberhücumlar təşkil olunur, Rusiyanın birinci şəxsi yenə də məsələyə reaksiya vermir, müttəfiqlik müqaviləsi imzaladığı ölkəyə qarşı hücumların dayandırılmasına tapşırıq vermir. Azərbaycanlı deputatı Rusiyaya buraxmayıb, geri qaytarırlar, Putin yenə susur, hətta Rusiya Dövlət Dumasının rəhbərliyi də...Bu, nə qonşuluq, nə müttəfiqlik?!
Yekaterinburqda 5 azərbaycanlının OMON tərəfindən qətlə yetirilməsinə dəhşətli hadisə olsa da, gözlənilməz deyil yuxarıda sadaladıqlarımızın fonunda. İllər öncə Rusiyanın qaramaskalıları – qanqsterləri azərbaycanlıya qarşı işgəncələrlə müşayiət olunan əməliyyatı son anınadək videolentə alıb, yaymışdılar. Azərbaycanlıların və digər millətlərin təmsilçilərinin gözlərinin odunu almaq, həm də ölkəmizə qarşı təzyiq üçün bu cinayət planı icra olunmuşdu. Bu dəfə daha dəhşətli miqyasda cinayətlər həyata keçirilib. Adamlara yatdığı yerdə qondarma iddialarla basqın ediblər, öldürüblər, yaralayıblar, təhqir ediblər, bu gün də yarımcan halda olanlara məhkəmə qurublar...Nonsesdir, faşizmdir, cəngəllik qanunları ilə idarəçiliyin bariz nümunəsidir. Və Putin susur...
Ekspertlərdə artıq şübhə yoxdur ki, hazırda Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlırin nümayəndələrinə qarşı həyata keçirilən şovinist, diskriminasiya və islamofob siyasətin başında Rusiya rəhbərliyi, bilavasitə prezident Putin durur. Rusiya əsrlərə digər xalqlara qarşı belə siyasət yürüdüb və bu gün Putinin siyasəti də formalaşmış ənənənin davamıdı, daha sərt formasıdır. Əgər bu gün Rusiya qardaş olan, dili, dini eyni slavyan Ukrayna xalqına qarşı belə qəddar siyasət yürüdürsə, Ukraynanın şəhər və kəndlərini yer üzündən silirsə, Buçadakı kimi soyqırımı həyata keçirirsə, yaşayış məntəqələrini ən son dağıdıcı silahlarıa vurursa, onda digər xalqlara qarşı daha qəddar və acımasız davranışı təəccüb doğurmamalıdır. Görün hansı vəziyyət yaranıb ki, rusiyalı ekspert Markov belə, ölkəsinin son vandallığı ilə bağlı deməyə söz tapa bilmir.

Bütün baş verənlərə rəğmən Azərbaycan hər zaman münasibətlərin normal məcraya salınmasına çalışıb, körpülərin yanmaması üçün əlindən gələni edib. Düz bir ay əvvəl 28 mayda son hadisənin törədildiyi Yekaterinburq şəhərində Azərbaycanın Baş Konsulluğu tərəfindən 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunmuşdu. Tədbirdə dövlət və hökumət nümayəndələri, deputatlar, elm xadimləri, diplomatik korpusun rəhbərləri, Sverdlovsk vilayətində və ətraf bölgələrdə yaşayan diaspor üzvləri, eləcə də bu şəhərdə təhsil alan soydaşlarımız iştirak etmişdilər. AZƏRTAC bildirirdi ki, Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Sverdlovsk vilayəti hökuməti adından xarici iqtisadi əlaqələr naziri Vyaçeslav Yarin, vilayətin Qanunvericilik Məclisinin adından parlamentlərarası fəaliyyət üzrə komissiyanın sədri Vyaçeslav Veqner, ombudsman Tatyana Merzlyakova və “Azərbaycan-Ural” İctimai Təşkilatının sədri Şahin Şıxlinski çıxış edərək, ikitərəfli əlaqələrin inkişafından, Azərbaycan-Rusiya Regionlararası Forumunun əhəmiyyətindən və iqtisadi-mədəni əməkdaşlığın digər istiqamətlərindən danışıblar. Və...cəmi bir ay sonra azərbaycanlılara qarşı belə bir dəhşətli hücumlar həyata keçirildi. Təsadüfdürmü? Rusiya öz ordusunu Qarabağdan tez çıxarmasının acığınımı çıxır? Özü də Baş konsulluğumuzun olduğu şəhərdə törədildi bu cinayət...Yoxsa Kreml Xankəndidə baş konsulluq aça bilməməsinin qəzəbini nümayiş etdirir? Bəlkə Azərbaycanı “Rus NATO”su, ya Avrasiya İqtisadi Birliyində görmək keçir ürəyindən. Yaxud Ermənistanın əldən çıxması, Türkiyəyə yaxınlaşması, Azərbaycanla gözlənilən sülh müqaviləsi Putin komandasını rəncidə edib və qətliamlara sifariş verilib? Necə olur, 2020-ci ilin 9-10 noyabrında gecə yarısı məsələyiə müdaxilə edib, hətta üçtərəfli bəyannamə imzalanmasına nail olan Putin günahsız azərbaycanlıların işgəncə ilə öldürülməsinə reaksiya vermir? Bəs 2022-ci ilin 22 fevral müttəfiqlik müqaviləsi?..
Milyonlarla azərbaycanlını qova biləcəkləri mesajını da verirlər bəlkə də... Amma dövlətimiz və liderimiz qətiyyətlidir, xalqımız Müzəffər Ali Baş Komandanın yanındadır, bunu anlasın hər kəs! Azərbaycan müstəqil siyasət yürüdür, onun Ukraynaya humanitar dəstəyinin qarşısını kimsə ala bilməz! Eyni zamanda Krım kimi, digər işğal altındakı ərazilər də Ukraynaya məxsusdur, Azərbaycan beynəlxalq hüququn dediyini deyir. Ölkəmizə, xalqımıza qarşı təhdidlər, cinayətlər bizi haqq yolumuzdan döndərə bilməz, necə ki, Şuşaya, Xankəndiyə gedən yolumuzu kəsə bilmədilər. Heç Zəngəzur dəhlizi ilə Naxçıvana gedəcək yolumuzun da qarşısını ala bilməyəcəklər – bu qətliamdan sonra 2020-ci ilin 10 noyabr bəyannaməsindəki 9-cu bəndin Rusiyaya aid hissəsinin üstündən qara xətt çəkilmiş oldu – Azərbaycan azərbaycanlıları yatdığı yerdə öldürən ölkəyə Zəngəzur dəhlizinin təhlükəsizliyini etibar edə bilməz! Rusiya çox çalışırdı ki, Azərbaycan ordusu Zəngəzur dəhlizini açmaq üçün hücuma keçsin və Gümrüdəki hərbi baza növbəti dəfə “sülhməramlı” statusunda öz yerini tutsun, Zəngəzur dəhlizi əbədi Kremlin nəzarətində qalsın. Arzusu gözündə qaldı...


Bu yerdə xatırladaq: keçən il Azərbaycan bəyan etmişdi ki, Zəngəzur dəhlizi məsələsi Ermənistanla sülh müqaviləsindən çıxarılıb. Bundan bir neçə gün sonra, avqustun 18-də Putin Ukraynada müharibənin qızğın çağında Azərbaycana səfər etdi. Səfərdən on gün sonra, avqustun 28-də isə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Rəsmi açıqlamada bildirildi ki, telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb. Yəni Zəngəzur dəhlizi barədə...İlin sonunda təyyarəmiz vuruldu, sonrakı hadisələr də bəlli...
P.S.Yazı yekunlaşanda xəbər yayıldı ki, Azərbaycanın Mədəniyyət Nazirliyi (təşəkkürlər!!!) Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə bütün mədəni tədbirləri ləğv edib. Bəli, artıq konsert, tamaşa vaxtı deyil, rus faşistlərin "tamaşa"sı bizə dərs olmalıdır! Bundan əvvəl baş nazir Overçukun Bakı səfəri ləğv edilmişdi. Dövlətimizin qırmızı xətti var, onu kimsə ayaqlamağa cürət edəcəksə, cavabını alacaq!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 İyun 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see225

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see191

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see170

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see164

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see157

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see151

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see147

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see143

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see142

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see139

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see132

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see132

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri