Yekaterinburqda daha bir azərbaycanlı həbs edilib YENİLƏNİB 2
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Moskva, 1 iyul, AZƏRTAC
Yekaterinburqda daha bir azərbaycanlı - Əhliman Gənciyev həbs edilib. O, iyulun 19-dək istintaq təcridxanasında saxlanılacaq.
15:09
Moskva, 1 iyul, AZƏRTAC
Bəkir Səfərovun barəsində 22 sutka həbs qətimkan tədbiri seçilib. Məhkəmə Əhliman Gənciyevin qətimkan tədbirini bu gün saat 16:30-da müəyyən edəcək. İyulun 2-də məhkəmə Şahin Lalayevin həbsi ilə bağlı müstəntiqin vəsatətinə baxacaq.
12:31
İyulun 1-də Rusiyanın Yekaterinburq şəhərinin Leninski rayon məhkəməsində əvvəlki illərdə törədilən cinayətlərə görə saxlanılan azərbaycanlılar Əhliman Gənciyev, Şahin Lalayev və Bəkir Səfərovun barəsində qətimkan tədbirləri seçilir.
AZƏRTAC xəbər verir ki, məhkəmə prosesində bu şəhərdəki Azərbaycan diasporunun rəhbəri və Azərbaycanın Yekaterinburqdakı baş konsulunun səlahiyyətlərini icra edən şəxs iştirak edirlər.
Yerli media təhlükəsizlik tədbirlərinin gücləndirildiyini yazır: “İki məhkəmə icraçısı qətimkan tədbirinin seçiləcəyi məhkəmə zalının yaxınlığında növbətçilik edir. Konvoydan üç polis əməkdaşı birinci mərtəbədəki müttəhimlərin çıxarıldığı otaqdadır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 01 İyul 2025 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















