Yekaterinburqda daha bir azərbaycanlı həbs olundu Saxlanılanların sayı 8 nəfərə çatdı KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılan daha bir azərbaycanlı – Aziz Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.
KONKRET.az xəbər verir ki, Leninski Rayon Məhkəməsi istintaqın təqdimatını təmin edərək Abbasov Aziz Azay oğlunun 2025-ci il 19 iyul tarixinə qədər həbsdə saxlanılmasına qərar verib.
Regional mediada yayılan məlumatlara görə, Abbasovun bədənində zorakılıq izləri aşkarlanıb. Onun vəkili Zlata Kirsanova bildirib ki, müvəkkilinin qırıq qabırğaları və beyin silkələnməsi var.
“Bunların hamısı 27 iyun tarixində saxlanılarkən baş verib”, – deyə vəkil əlavə edib.
Qeyd edək ki, Yekaterinburqda həbs olunan azərbaycanlıların ümumi sayı 8 nəfərə çatıb.
https://konkret.az/cloud/uploads/2025/07/IMG_6999.mp4
Natiq Səlim,
KONKRET.az
Спросить ChatGPT
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 02 İyul 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















