Yekaterinburqda “Gelandewagen olayı”: Azərbaycan diaspor rəhbərinin oğlu barmaqlıqlar ardında VİDEO KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı icmasının tanınmış simalarından biri olan Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinski məhkəmə qarşısına çıxarılıb.
KONKRET.az xəbər verir ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşına qarşı zor tətbiq etməkdə ittiham olunur. İstintaqın məlumatına görə, 1 iyul tarixində atasının – Azərbaycan diasporunun rəhbəri Şahib Şıxlinskinin saxlanılması zamanı oğlu “Gelandewagen” markalı avtomobillə xüsusi xidmət orqanlarının əməkdaşını vurub.
Məhkəmə iclası prokurorun müraciəti ilə qapalı rejimdə keçirilib. Bu qərar zərərçəkmiş əməliyyatçının şəxsi məlumatlarının yayılmaması üçün qəbul edilib.
Hazırda məhkəmə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxır.
Hadisə ilə bağlı rəsmi dairələrdən əlavə açıqlama verilməyib.
https://konkret.az/cloud/uploads/2025/07/mera.mp4
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 16 İyul 2025 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















