Yekaterinburqda məhkəməsi başlayan Məzahir Səmədov: “Xanımımdan muğayat olun”
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb.
“Cebheinfo.az” xəbər verir ki, Məzahir Səfərov məhkəmə zalından çıxarılıb. Kadrlarda onun qohumlarına zəng vuraraq hər şeyin yaxşı olduğunu dediyi və həyat yoldaşından muğayat olmalarını xahiş etdiyi eşidilir. Hakim müşavirə otağına gediblər.
Bu arada saxlanılan şəxslərin adları məlum olub.
E1.RU-nun məlumatına görə, onlardan doqquzu Səfərovlar ailəsinin üzvləridir: ikisi - Vüqar və Məhəmməd sərbəst buraxılıb. Kamal Səfərov reanimasiyadadır. Daha dörd nəfərin barəsində həbs-qətimkan tədbiri seçilmısi üçün məhkəmə keçirilir. Bunlar Akif Möhbalı oğlu, Ayaz Möhbalı oğlu, Məzahir Möhbalı oğlu və Bəkir Mehdi oğludur.
Daha iki qardaş - Hüseyn və Ziyəddin Səfərov OMON-nun hücumu zamanı öldürülüb.
Əhliman Gənciyev də məhkəmə qarşısına çıxarılacaq. O, əməliyyatdan sonra xəstəxanaya yerləşdirilsə də, həkimlər onun dinləmədə iştirakına icazə veriblər. Digər təqsirləndirilən Əziz Abasov da xəstəxanadadır.
Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda OMON zorakılğı ilə müşayiət olununa kütləvi həbslər olub. 50-dən çox adam polis bölməsinə aparılıb. Polis və xüsusi təyinatlıların hücumu zamanı iki azərbaycanlı öldürülüb.
Rusiya tərəfi hücumun 2001-ci ilin may ayında Blüxer küçəsində Azərbaycan əsilli Yekaterinburq sakini Yunis Paşayevin mətbəx bıçaqları ilə bıçaqlanaraq öldürülməsi işinin istintaqı çərçivəsində həyata keçirildiyini iddia edir.
Xəzər
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 29 İyun 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















