Icma.az
close
up
RU
Yekdil qərarla Azərbaycan 20242026cı illər üçün ATACHın həmtəsisçisi seçildi Yeni Sabah

Yekdil qərarla Azərbaycan 20242026cı illər üçün ATACHın həmtəsisçisi seçildi Yeni Sabah

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində iqlim dəyişikliyinin sağlamlığa təsirinə dair panel müzakirələr keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Tərəflər Konfransının iqlim həmrəyliyinin yaranmasına öz töhfəsini verəcəyini vurğulayıb. M.Babayev, həmçinin COP29-un bütün iştirakçı ölkələrini iqlim dəyişikliyinin mənfi hallarının aradan qaldırılmasına yönəlmiş səylərini daha da gücləndirməyə çağırıb.

Öz növbəsində, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru doktor Tedros Adhanom Qebreyesus BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının qlobal ictimaiyyət üçün bir araya gələrək, praktiki həlləri müəyyən etmək üçün mühüm fürsət olduğunu vurğulayıb.

Panel sessiyada çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, iqlim dəyişikliyinin vətəndaşların sağlamlığına və ölkələrin iqtisadiyyatına təsiri çoxşaxəlidir və getdikcə daha çox narahatlıq doğurur.

Nazirin sözlərinə görə, son onilliklər ərzində daşqın və quraqlıqlar kimi ekstremal hava hadisələrinin tezliyi artıb: "İstilik ilə bağlı ölümlərin təxminən üçdə biri artıq iqlim dəyişikliyi ilə bağlıdır. Eyni zamanda, iqlim dəyişikliyi nəticəsində baş verən ekstremal hava fəlakətlərinin sayı son 50 ildə beş dəfə artıb".

Ekstremal hava hadisələrin yoluxucu xəstəliklərin yayılması üçün ideal şəraitin yaratdığını qeyd edən nazir deyib: "İqlim dəyişikliyi risk və mümkün təsirlərini minimuma endirən milli siyasətin qəbulu sağlamlığa təsirləri və onların iqtisadi nəticələrini məhdudlaşdırmağa kömək edə bilər".

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurla bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Məqsəd həmin ərazilərdə yüksək potensiala malik bərpaolunan enerjidən istifadə etməklə o yerləri ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır", - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.

Daha sonra İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansının (ATACH) yeni həmtəsisçisi seçilib.

Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi elan olunub.

Tədbirdə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru doktor Tedros Adhanom Qebreyesus və Azərbaycanın səhiyyə naziri Teymur Musayev qeyd ediblər ki, Azərbaycan Respublikası COP29-un sədri kimi ATACH-ə qoşulur və 2024-2026-cı illərdə Alyansın həmtəşkilatçısı kimi çıxış edəcək.

COP26 səhiyyə gündəliyi, COP27, COP28, COP29 və 77-ci Ümumdünya Səhiyyə Assambleyası tərəfindən qlobal iqlim və sağlamlıq təşəbbüslərinə əsaslanaraq, ATACH iqlim dəyişikliyi və sağlamlıqla bağlı tədbirləri gücləndirmək üçün mühüm qlobal əməkdaşlıq mexanizmi təqdim edir. Eyni zamanda, Alyans iqlim dəyişikliklərinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulması yönəlib.

ATACH-ə qoşulmaqla Azərbaycan Respublikası dəyişən iqlim şəraitində ictimai sağlamlığın qorunması və təşviqi üçün mühüm əhəmiyyət kəsb edəcək iqlim dəyişikliklərinə davamlı səhiyyə sistemi istiqamətində addımların atılması öhdəliyini öz üzərinə götürüb.

Həmtəşkilatçılar kimi Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası ATACH vasitəsilə iqlim və sağlamlıqla bağlı fəaliyyət üçün qlobal təkan yaratmaq məqsədilə keçmiş və gələcək COP prezidentləri, eləcə də bütün ATACH üzvləri ilə birgə işləməyə sadiqdirlər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Noyabr 2024 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see228

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see123

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri