Icma.az
close
up
RU
Yekun sülh üçün Ermənistanın son addımı Konstitusiya dəyişməlidir

Yekun sülh üçün Ermənistanın son addımı Konstitusiya dəyişməlidir

525.az saytına istinadən Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinə nail olmaq üçün ardıcıl olaraq addımlar atılır. Artıq rəsmi Bakının bu istiqamətdə irəli sürdüyü şərtlərindən biri də yerinə yetirildi. ATƏT 1 dekabr tarixində Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb. Yada salaq ki, bu barədə avqustun 8-də Vaşinqton sammitində imzalanmış Birgə Bəyannamə ilə razılıq əldə edilib.

Ermənistanın atacağı daha bir addım isə konstitusiya dəyişiklikləri ilə bağlıdr. Ötən həftə sonu Ermənistan Konstitusiya İslahatı Şurasının növbəti iclası keçirilib. İclasa ədliyyə naziri Srbuhi Qalyan sədrlik edib. O, mediaya bildirib ki, Ermənistan konstitusiyasının yeni mətni 2026-cı ilin mart ayına qədər hazır olmalıdır: "Mən Ədliyyə Nazirliyinin mətnin hazırlanması və onun işlənməsi müddətləri ilə bağlı üzərinə götürdüyü öhdəliyi bir daha təkrarlamaq istərdim. Xüsusilə öhdəlikdə nəzərdə tutulub ki, konstitusiyanın yeni mətni martda hazır olmalıdır. Prokurorluq və istintaq orqanları ilə müddəaları müzakirə etdik".

Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ xeyli müddətdir ki, gündəmdədir. Baş nazir Nikol Paşinyan dəfələrlə bu mövzuya toxunsa da, ölkədəki siyasi vəziyyət səbəbindən konkret addım atmaqdan çəkinib. Paşinyan ehtiyat edir ki, əleyhinə olan qüvvələr, o cümlədən sabiq cinayətkar xunta rejiminin rəhbərləri, revanşistlər, kilsə seçki ərəfəsində bu məqamdan istifadə edib, onu devirə bilərlər. Buna görə də bəyanatlar versə də, müəyyən proses getsə də, hələ ki, konkret addım atmaqdan çəkinir.

Məlumdur ki, hazırkı Konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. İndi Azərbaycanla normallaşma prosesi gedir, Türkiyə ilə də müəyyən təmaslar var və bu, Azərbaycanla koordinasiya olunmaqla aparılır. Rəsmi İrəvana aydındır ki, Türkiyə ilə əlaqələrin qurulması, sərhədlərin açılması üçün ilk növbədə Azərbaycanla proses başa çatmalı və sülh sazişi imzalanmalıdır. Belə olan halda, İrəvan bu sənədi mütləq dəyişməlidir.  

Ermənistanda 2026-cı ilin iyun ayında parlament seçkiləri keçiriləcək. Bəzən erkən seçkilər barədə ehtimallar irəli sürülür. Amma hələ ki, bu, hakim dairələr tərəfindən təsdiq edilməyib. Bununla belə, ekspertlər erkən seçkilərə gedilməsini tam olaraq istisna etmirlər. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni konstitusiya layihəsi marta kimi hazır olsa, onda referendum və seçkilərin eyni vaxtda keçirilməsi mümkün görünür. Amma referendumun parlament seçkilərdən sonra keçirilməsi ehtimalı da böyükdür.

Ermənistan konstitusiyası ölkənin 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad edir. Həmin Bəyannamənin preambulasında isə bildirilir ki, Ermənistan SSR Ali Soveti eyni zamanda bu qurumun və "Dağlıq Qarabağın Milli Şurasının "Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında" 1 dekabr 1989-cu il tarixli birgə qərarına əsaslanaraq" müstəqil dövlətin yarandığını bəyan edir. Sənəddə, həmçinin, "Ermənistan Respublikasının 1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda ermənilərin soyqırımının beynəlxalq səviyyədə tanınması işini dəstəklədiyi" vurğulanır.

Baş nazir Nikol Paşinyan açıqlamalarının birində deyib ki, yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır: "Lakin qərarı Ermənistan xalqı verməlidir. "Lehinə" və ya "əleyhinə" arqumentlərini siyasi qüvvələr və onların liderləri təqdim etməlidirlər. Bu, mənim siyasi mövqeyimdir".

O, dəfələrlə bəyan edib ki, Ermənistanın yeni konstitusiyaya ehtiyacı var. Konstitusiya Günü münasibətilə ilə xalqa ünvanladığı təbrik məktubunda da bu məqam yer alıb: "Ölkəmizin yeni konstitusiyaya ehtiyacı var. Mən konstitusiyanın yeni mətnindən deyil, onun yazılmasının və qəbulunun yeni üsulundan danışıram. Bizə xalqın özü tərəfindən yazıldığına və qəbul olunduğuna inandığı konstitusiya lazımdır".

Onun fikrincə, hazırda ölkə vətəndaşları hesab edirlər ki, konstitusiya onlar tərəfindən deyil, hakim elita tərəfindən yazılıb və qəbul olunub.

Paşinyan hesab edir ki, dünyada və Cənubi Qafqazda baş verən dəyişikliklər Ermənistanın konstitusiya düzəlişlərinə deyil, yeni konstitusiyaya ehtiyacı olduğunu zəruri edir. Yeni sənəd Ermənistanı "yeni geosiyasi və regional şəraitdə daha rəqabətli və həyat qabiliyyətli" etməlidir.

Xatırladaq ki, Ermənistanın hazırkı konstitusiyası 1995-ci ildə qəbul edilib, 2005 və 2015-ci illərdə ölkədə konstitusiya islahatları aparılıb. 2015-ci il düzəlişlərindən sonra ölkə yarı-prezident üsul-idarəsindən parlament idarəetmə formasına keçib. Serj Sarkisyanın 2015-ci ildə konstitusiya dəyişikliyinə getməsi hakimiyyəti əlində saxlamağa hesablanmışdı. O, 10 illik hakimiyyətindən sonra Baş nazir qismində yenə də öz postunu qorumağa çalışırdı. Amma 2018-ci ilin məlum hadisələri onu bu planından məhrum etdi. İndi müxalifət, Köçəryan-Sarkisyan dəstəsi Paşinyanın konstitusiya dəyişikliyinə Azərbaycanın tələbi ilə getdiyini deyərək bu məqamdan öz mənafeləri üçün istifadə etməyə çalışırlar. İstənilən halda, qərar verilib, Ermənistan yeni geosiyasi şəraitdə öz yerini tutmaq, regionun imkanlarından faydalanmaq istəyirsə, bu addımı mütləq atmalı olduğunun fərqindədir. İndi Vaşinqton sammitindən sonra sülh bərqərar olub, müəyyən praktiki addımlar atılıb, müxtəlif səviyyələrdə təmaslar artıb, dialoq aparılır. Amma dövlətlərarası münasibətlər, diplomatik əlaqələrin qurulması üçün sülh sazişi mütləq şəkildə imzalanmalıdır. Bunun da şərti Ermənistana aydındır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə deyib ki, Azərbaycan Minsk prosesinin başa çatdırılmasına Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində nail oldu:

"Nəzərə alaq ki, buna nail olmaq asan məsələ deyildir. Bu, artıq həllini tapdı. Sülhə gedən yolda bizim qarşımızda bir neçə maneə var idi. Onlardan biri də ATƏT-in Minsk qrupunun ləğvi idi. Artıq bu struktur mövcud deyil. İndi isə növbəti məsələlər gündəmdədir. Sülh quruculuğu prosesi heç də asan məsələ deyil. Bu prosesi nizama salmaq, onu davam etdirmək əlbəttə ki, çətindir. Çünki burda çoxlu məsələlər, məqamlar var. Hazırda növbəti hədəf və məqsəd Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Bunun üçün isə Ermənistan mütləq şəkildə öz konstitusiyasına dəyişiklik etməlidir. Azərbaycanın əsas tələblərindən, şərtlərindən biri də konstitusiya dəyişikliyinə gedilməsidir. Yəni bu konstitusiya dəyişikliyinə gedilmədən yekun sülh sənədi imzalana və hansısa real sülhdən söhbət gedə bilməz. Ermənistan bunu anlamalı və mütləq şəkildə əməl etməlidir".

Parlament seçkilərinin referendumla eyni vaxtda keçirilməsi ehtimalına gəlincə, deputat deyib ki, belə bir ehtimal var: "Lakin düşünürəm ki, bu, o qədər də güclü ehtimal deyil. Hələ ki, elə ehtimal olaraq qalır. Hesab edirəm ki, Ermənistan hakimiyyəti ilk növbədə seçkilərin  keçirilməsinə çalışacaq, seçkilərdən sonra isə referendum gündəmə gətirilə bilər".

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov "525"ə deyib ki, artıq paraflanmış saziş layihəsində və imzalanacaq sülh müqaviləsində tərəflər bir-birinin ərazi bütövlüyünü tanımaq öhdəliyi götürür: "Əgər bu, müqavilədə əks olunursa, amma ondan üstün sənəd olan konstitusiyada Azərbaycana qarşı ərazi iddiası qalırsa, bu, artıq müqavilə, yaxud artıq paraflanmış sazişlə ziddiyyət təşkil edir. Burada başqa bir variant da yoxdur. Onda sülh müqaviləsinin əhəmiyyəti nə olacaq ki? İstənilən vaxt konstitusiyaya zidd hesab edilib ləğv oluna bilər. Ona görə də Azərbaycanın bu tələbi haqlı tələbdir. Ermənistan konstitusiyasını yeni redaksiyada qəbul edəcək. Onun mətni nədən ibarət olacaq, hakimiyyət quruluşu necə olacaq, daxili və xarici siyasəti necə müəyyən ediləcək, bu, özlərinə aid məsələdir. Azərbaycanı orda maraqlandıran yalnız bir məqamdır ki, ölkəmizə qarşı mövcud ərazi iddiası aradan qaldırılsın".

Ekspert deyib ki, Ermənistandan belə fikirlər səsləndirilir ki, qəbul ediləcək yeni konstitusiya Azərbaycanın diktəsi ilə deyil, onsuz da sənədi dəyişmək istəyirdilər: "Lap yaxşı, necə istəyirlər, elə qəbul etsinlər, bizə lazım olan odur ki, konstitusiyadan Azərbaycana qarşı ərazi iddiası aradan qalxmış olsun. Buna getməsələr, onda müqavilənin əhəmiyyəti olmayacaq. Yəqin ki, buna parlament seçkilərindən sonra gediləcək, belə anonslar verilir. Hər halda bu, zəruri bir şərtdir. Beynəlxalq hüququn normalarına əsaslanan şərtdir. Bir halda ki, müqavilə bağlayırıq, sülh posesini dərinləşdiririk bizə qarşı ərazi iddiası da konstitusiyadan çıxarılmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Dekabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri