Icma.az
close
up
RU
Yelisey Sarayı yeni hökumət böhranı ilə üzüzə

Yelisey Sarayı yeni hökumət böhranı ilə üzüzə

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Böyük ənənələri olan və dünyaya bir sıra ilklər təqdim edən Fransa hazırda öz tarixinin ən ağrılı dönəmindən keçir. Paytaxt Parisdə,  əyalətlərdə sənaye, xidmət və kənd təsərrüfatı işçiləri mütəmadi qaydada aksiyalar keçirərək onların dolanışıq  və iş şəraitini getdikcə ağırlaşdıran “islahatlar”a etirazlarını bildirirlər. Siyasi vəziyyət də stabil deyil. Parlamentdə Makronun impiçmenti ilə bağlı başlayan müzakirələrin ardından ölkədə hökumət böhranı da gündəmə gəlib.

Barnye hökumətinə etimadsızlıq

Makronun cari ildə Avropa Parlamentinə və Milli Assambleyaya keçirilən seçkilərdən sonra qanunvericiliyi tapdalayaraq saxtakarlıqla formalaşdırdığı Barnye hökuməti elə ilk günlərdən ölkə boyunca artan problemlərin öhdəsindən gəlməkdə aciz olduğunu nümayiş etdirir. Aradan bir neçə ay ötməsinə rəğmən, ölkə iqtisadiyyatının hansısa bir sahəsində müsbət dəyişikliklərin müşahidə edildiyini söyləmək çətindir. Əksinə, tənəzzül meyllərində daha yüksək dinamika ortadadır.

Barnye hökumətinə növbəti etimadsızlıq bu dəfə Milli Birlik Partiyasının parlament fraksiyasının lideri Marin Le Pendən gəlib. O,  2025-ci il üçün dövlət büdcəsi layihəsi dəyişdirilməyəcəyi təqdirdə Fransa hökumətinə etimadsızlıq barədə qətnamə təqdim etmək niyyətində olduğunu bildirib.

Marin Le Pen bunu Baş nazir Barnye ilə görüşdən sonra BFMTV telekanalının efirində deyib. O, mövqeyinin dəyişmədiyini vurğulayaraq bildirib ki, layihəyə düzəliş edilməsə, Milli Birlik fraksiyası hökumətə etimadsızlıq səsverməsini dəstəkləyəcək.

Marin Le Penin partiyası hökumətin elektrik enerjisi vergilərinin artırılması ilə bağlı planını büdcə layihəsindən çıxarmağı tələb edir. O, həmçinin Baş nazirə Fransa Konstitusiyasının 49.3-cü maddəsindən istifadə olunmaqla parlamentdən yan keçərək büdcənin qəbulu cəhdlərinə qarşı xəbərdarlıq edib.

Qeyd edək ki, Fransa Konstitusiyasının 49.3-cü maddəsi hakimiyyət orqanlarına qanunları səsvermə olmadan qəbul etməyə icazə verir. Lakin bu maddədən istifadə edilərsə, parlament 24 saat ərzində hökumətə etimadsızlıq səsverməsi elan etmək hüququna malikdir. İctimai dəstəyi olmayan Makron iki prezidentliyi dönəmində  bəyan etdiyi bir neçə “islahat” paketinin məhz parlament müzakirələrindən yan keçilməsi ilə qüvvəyə minməsinə nail olub. İslahatlar adı altında qanunvericiliyin bu yolla dəyişdirilməsi ölkədə çox doğru olaraq iqtidarın demokratiyadan uzaqlaşması, təkhakimiyyətliliyə keçid edilməsi anlamında qəbul edilir. Təbii ki, Makronun yeni mürtəce idarəetmə üsuluna keçməsi ölkədə ciddi etirazlar yaradır.

Onu da vurğulamaq yerinə düşər ki, Makronun yarıtmaz siyasətinə etiraz edən qüvvələr sırasında yer alan Milli Birlik Partiyasının Fransada nüfuzu son vaxtlarda əhəmiyyətli dərəcədə artıb. Bu partiya Avropa Parlamentinə seçkilərdə Makronun mərkəzçi blokundan daha çox səs toplamağa nail oldu. Eyni ssenari Milli Assambleyaya seçkilərdə də təkrarlanacaqdı. Bunu nəzərə alan Makronun mərkəzçi bloku digər partiyalarla separat sövdələşmələr quraraq Milli Assambleyaya seçkilərdə nisbətən çox səs toplamağa nail oldu. Bununla belə, ölkədə aparılan son reytinq sorğularında Milli Birlik Partiyasının nüfuzunun əhəmiyyətli dərəcədə artdığı bir daha təsdiqlənib. Belə ki, sağçı Milli Birlik Partiyasının rəhbəri Jordan Bardella və onun parlamentdəki fraksiyasının lideri Marin Le Pen populyarlıq səviyyəsinə görə Makronu qabaqlayaraq reytinqdə müvafiq olaraq bırinci və ikinci yerləri bölüşüblər.

Vergilərin artırılmasını nəzərdə tutan sərt büdcə siyasəti

Cari ildə Barnye hökuməti vergi daxilolmalarının proqnozlardan xeyli aşağı düşməsi problem ilə üzləşib. Eyni zamanda, gəlirlərin azalması fonunda Fransaya Avropa İttifaqı tərəfdaşları tərəfindən öhdəliklərini yerinə yetirməklə bağlı tələblər və təzyiqlər getdikcə artır. Həmçinin artan xarici borc öhdəliklərinin qarşılanması imkanlarının məhdudlaşması da ciddi narahatlıq doğurur.

Belə bir çətin vəziyyətdə hökumət sərt büdcə siyasətinə keçid etmək niyyətindədir. 2025-ci ilin büdcə layihəsi də məhz bu məzmundadır. Hazırda ölkədə getdikcə yüksələn büdcə kəsiri ilə mübarizə üçün yeni vergi artımlarını və 60 milyard avro dəyərində xərclərin azaldılması planlarını özündə ehtiva edən bir büdcənin müzakirələri aparılır.

Verilən məlumatlara görə, dövlət borcuna xidmətlə bağlı maliyyələşmədə kritik vəziyyət müşahidə olunur. Buna görə də  2025-ci il büdcəsinin xərc hissəsinin 40 milyard avro azaldılması, gəlir hissəsinin isə 20 milyard avro artırılması planlaşdırılır. Gəlirləri artırmaq üçün Fransa hakimiyyəti xüsusilə 400 ən böyük şirkətin vergisini artırmaq niyyətindədir.

Bundan başqa, hakimiyyət koronavirus pandemiyası zamanı tətbiq edilən sosial müdafiə tədbirlərini mərhələli şəkildə ləğv etməyi hədəfləyir. Bu, xüsusən də fransızların ən aztəminatlı hissəsi üçün elektrik enerjisi tariflərinin artırılmasına mane olan “tarif qalxanı”na aiddir. Proqnozlara görə,  gələn il büdcə kəsirinin 148 milyard avroya çatacağı ehtimal olunur. Büdcə kəsirini vergiləri növbəti dəfə artırmaqla azaltmaq çıxış yoludurmu?

İctimai dəstəyi olmayan Makron iki prezidentliyi dönəmində  bəyan etdiyi bir neçə “islahat” paketinin məhz parlament müzakirələrindən yan keçilməsi ilə qüvvəyə minməsinə nail olub. İslahatlar adı altında qanunvericiliyin bu yolla dəyişdirilməsi ölkədə çox doğru olaraq iqtidarın demokratiyadan uzaqlaşması, təkhakimiyyətliliyə keçid edilməsi anlamında qəbul edilir. Təbii ki, Makronun yeni mürtəce idarəetmə üsuluna keçməsi ölkədə ciddi etirazlar yaradır.

Barnye hökumətinə növbəti etimadsızlıq bu dəfə Milli Birlik Partiyasının parlament fraksiyasının lideri Marin Le Pendən gəlib. O, 2025-ci il üçün dövlət büdcəsi layihəsi dəyişdirilməyəcəyi təqdirdə Fransa hökumətinə etimadsızlıq barədə qətnamə təqdim etmək niyyətində olduğunu bildirib

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Noyabr 2024 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri