Yelizaveta Burkova: “Milli komandanın heyətində çıxış etmək mənim üçün böyük qürurdur”
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
VI İslam Həmrəyliyi Oyunlarında çıxış edən qadın voleybolçulardan ibarət milli komandamızın hücumçusu Yelizaveta Burkova yarışla bağlı təəssüratlarını bölüşüb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.
O, bildirib ki, ilk dəfə milli komandanın tərkibində belə bir beynəlxalq turnirdə iştirak edir və bu, onun üçün böyük qürur hissidir:
"Mən ilk dəfədir milli komandanın heyətində belə bir yarışda iştirak edirəm və bu, mənim üçün böyük qürurdur. Təəssüf ki, Türkiyə yığması ilə oyunda məğlub olduq, amma meydançada komandama kömək etmək üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. İndi əsas məqsədimiz final oyununa yaxşı hazırlaşmaq və uğurlu çıxış etməkdir. Komandamıza qarşıdakı oyunlarda uğurlar arzu edirəm."
Y.Burkova həmçinin komanda yoldaşlarının əzmkarlığını və mübarizə ruhunu yüksək qiymətləndirib, qarşıdakı görüşlərdə daha yaxşı nəticə göstərməyə çalışacaqlarını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 10 Noyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















