“Yelo Bank” dəftərxana və təsərrüfat mallarının alışına dair texniki tender elan edir
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Yelo Bank” ASC dövri sifarişlərin (dəftərxana və təsərrüfat malları) alışı üçün açıq tender elan edir. Texniki tender aşağıdakı şərtlər əsasında aparılacaq:
- Texniki tenderdə qiymət təqdim edilmir:
- Təqdim ediləcək nümunələr 01 saylı Əlavədə “Dəftərxana və Təsərrüfat” mallarında marka qeyd edilməmiş hər bir məhsul üzrə orta və yüksək keyfiyyətə malik nümunə təqdim edilməlidir.
- Təqdim ediləcək nümunə ödənişli olduğu təqdirdə, sifariçi ilə öncədən razılaşdırılmalıdır. Əks halda, sifarişçi tərəfindən heç bir ödəniş həyata keçirilmir.
- Sifarişçinin tələblərinə cavab verən nümunələr seçilmiş hesab ediləcəkdir.
- Seçilmiş nümunələri təqdim edən Tender iştirakçısı Maliyyə Tenderində iştirak etmək hüququ əldə edir.
- Maliyyə tenderinə qatılmaq və “Dəftərxana və Təsərrüfat” malları ilə bağlı qiymət təklifləri göndərilməsi ilə əlaqədar, Sifarişçi tərəfindən Tender elanı barədə yalnız, seçilmiş Tender iştirakçıları məlumatlandırılaca.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Bakı daxili və regionlar üzrə hər ay çatdırılmanı təmin edə bilən şirkətlər.
- Sifarişlər yönləndirildikdən sonra, 10 iş günü ərzində ölkədaxili bölgələr üzrə (11 filial) və 5 iş günü ərzində isə Bakı şəhəri üzrə (13 filial) çatdırılma edilməlidir.
- Filialların ünvanlarını https://www.yelo.az/az/individuals/atms-and-branches/ linkinə keçid edərək əldə edə bilərsiniz.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 6 fevral 2026-cı il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsən bəy Zərdabi 81K ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir.
- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcək.
Məhsul üzrə texniki şərt və tenderdə iştiraka dair tələblər ilə aşağıdakı faylları yükləyərək tanış ola bilərsiniz: https://ylb.az/49uXKel.
Bank xidmətləri haqqında əlavə suallarınız var?O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
“Yelo Bank” – Parlaq bankçılıq!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 14 Yanvar 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















