Icma.az
close
up
RU
Yelo Bank nümayəndəsindən açıqlama: Anlıq bir foto bütün mənzərə haqda yanlış bir fikir yansıda bilər

Yelo Bank nümayəndəsindən açıqlama: Anlıq bir foto bütün mənzərə haqda yanlış bir fikir yansıda bilər

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yelo Bank-ın İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülşən Həsənzadə Yelo Bank-la bağlı yanlış anlaşılmaya səbəb olan paylaşımla bağlı öz sosial şəbəkə hesabında fikirlərini bölüşüb.

Bizimyol.info Yelo Bank-ın İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülşən Həsənzadənin sosial şəbəkə materialı ilə bağlı açıqlamasını təqdim edir:

"Dostlar, səhər qarşınıza çıxmış paylaşımla bağlı açıqlama vermək istərdim. Anlıq bir foto bütün mənzərə haqda çox yanlış bir fikir yansıda bilər.

Hər il Zəfər Günümüzü qeyd etmək, Vətən müharibəsi şəhidlərini anmaq və bayrağa olan sevgimizi ifadə etmək məqsədilə Baş ofisimizdən üçrəngli bayrağımızı asırıq. Bu ənənəvi aksiyamızla həm qəhrəman şəhidlərimizin xatirəsini əziz tutur, həm də tarixi Zəfər günümüzlə qürur duyduğumuzu nümayiş etdiririk.

Təəssüf ki, noyabrın 5-i güclü külək səbəbindən səhər saatlarında bayrağımız asılan iplərdən biri qopub. Saat 07:49-da külək ipi qırıb və 07:55-də növbədə olan əməkdaşlarımız bayrağı dərhal endirərək, təhlükəsizliyi təmin ediblər.

Bayraq ölçü və çəki baxımından kifayət qədər ağır olduğundan, onun hər dəfə quraşdırılması xüsusi texnika və hazırlıqlı bir komanda tərəfindən həyata keçirilir. Bu hadisə iş saatlarından kənar vaxtda baş versə də, növbədə olan əməkdaşlarımız öz gücünə bayrağı dərhal endirib və müvafiq təhlükəsizlik tədbirləri görüblər. Təəssüf ki, həmin bir neçə dəqiqəlik zaman çərçivəsində çəkilən bir foto ictimaiyyətə yanlış izahla təqdim edilib. Korporativ Sosial Məsuliyyətli bir təşkilat olaraq, Yelo Bank-ın şəhid və qazi ailələrini dəstəkləmək istiqamətində gördüyü işlər hər kəsə məlumdur. Təbiət hadisəsindən heç birimiz sığortalanmamışıq və məlum hadisə bizi çətin vəziyyətə salıb. Əməkdaşlarımız isə öz vətəndaşlıq borcunu dərhal yerinə yetiriblər.

Bu hadisənin yanlış anlaşılmasına görə böyük təəssüf hissi keçirir və vəziyyəti anlayışla qarşılayan hər kəsə təşəkkürümüzü bildiririk. Qəhrəman şəhidlərimizin xatirəsinə daim hörmətlə yanaşmağa davam edəcəyik!"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Noyabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri