Icma.az
close
up
RU
Yelo Bank açıqlama yaydı: “Foto ictimaiyyətə yanlış izahla təqdim edilib”

Yelo Bank açıqlama yaydı: “Foto ictimaiyyətə yanlış izahla təqdim edilib”

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün səhər saatlarında sosial şəbəkələrdə Yelo Bankın baş ofisində Azərbaycan bayrağına qarşı hörmətsizlik edilməsi haqda paylaşımlar yayıldı. Ofisin qarşısından çəkilən fotoda bayrağın endirilmiş forması təqdim olunmuşdu.

Globalinfo.az-a Yelo Bankın İctimaiyyətlə Əlaqələr və Korporativ Sosial Məsuliyyət üzrə meneceri Gülşən Həsənzadə açıqlama verib. Bildirib ki, məsələ təqdim edilən kimi deyil:

“Hər il Zəfər Günümüzü qeyd etmək, Vətən müharibəsi şəhidlərini anmaq və bayrağa olan sevgimizi ifadə etmək məqsədilə Baş ofisimizdən üçrəngli bayrağımızı asırıq. Bu ənənəvi aksiyamızla həm qəhrəman şəhidlərimizin xatirəsini əziz tutur, həm də tarixi Zəfər günümüzlə qürur duyduğumuzu nümayiş etdiririk.

Təəssüf ki, noyabrın 5-i güclü külək səbəbindən səhər saatlarında bayrağımız asılan iplərdən biri qopub. Saat 07:49-da külək ipi qırıb və 07:55-də növbədə olan əməkdaşlarımız bayrağı dərhal endirərək, təhlükəsizliyi təmin ediblər”.

Gülşən Həsənzadə deyib ki, bayraq ölçü və çəki baxımından kifayət qədər ağır olduğundan, onun hər dəfə quraşdırılması xüsusi texnika və hazırlıqlı bir komanda tərəfindən həyata keçirilir:

“Bu hadisə iş saatından kənar vaxtda baş versə də, növbədə olan əməkdaşlarımız öz gücünə bayrağı dərhal endirib və müvafiq təhlükəsizlik tədbirləri görüblər. Təəssüf ki, həmin bir neçə dəqiqəlik zaman çərçivəsində çəkilən bir foto ictimaiyyətə yanlış izahla təqdim edilib. Korporativ Sosial Məsuliyyətli bir təşkilat olaraq, Yelo Bank-ın şəhid və qazi ailələrini dəstəkləmək istiqamətində gördüyü işlər hər kəsə məlumdur. Təbiət hadisəsindən heç birimiz sığortalanmamışıq və məlum hadisə bizi çətin vəziyyətə salıb. Əməkdaşlarımız isə öz vətəndaşlıq borcunu dərhal yerinə yetiriblər.

Bu hadisənin yanlış anlaşılmasına görə böyük təəssüf hissi keçirir və vəziyyəti anlayışla qarşılayan hər kəsə təşəkkürümüzü bildiririk. Qəhrəman şəhidlərimizin xatirəsinə daim hörmətlə yanaşmağa davam edəcəyik!”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Noyabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri