Yeməkdən dərhal sonra diş fırçalamaq zərərlidir? Stomatoloqdan AÇIQLAMA
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Stomatoloq Maqomed-Rasuloviç Xəlilbəyovun sözlərinə görə, gündəlik vərdişlər diş sağlamlığına zərər verə bilər.
Redaktor.az xəbər verir ki, o, aif.ru saytına verdiyi müsahibədə diş minasına şəkərdən daha tez zərər verən amilləri sadalayıb.
Mütəxəssis qeyd edib ki, yeməkdən sonra ağızda turşuluq artır və bu da dişlərin qoruyucu təbəqəsini həssas edir. Onun sözlərinə görə, bu zaman hətta adi fəaliyyətlər belə zərərli olur. Yeməkdən dərhal sonra dişləri fırçalamaq və ya turş içkilər içmək mineralların yuyulmasını sürətləndirir və mikro çatların inkişafına səbəb olur.
"Yeməkdən dərhal sonra diş minası zəifləyir və istənilən mexaniki təsir zərər verə bilər."
O əlavə edib ki, diş çöplərindən, sərt ağız yaxalayıcılarından istifadə və dişlər arasındakı qida qalıqlarına məhəl qoymamaq əlavə risklər yaradır.
Həkim yeməkdən sonra ağzınızı su ilə yaxalamağı və yeməkdən 30-60 dəqiqə sonra dişlərinizi fırçalamağı məsləhət görüb. O, həmçinin qida qalıqlarını təmizləmək üçün diş ipi və ya xüsusi fırça istifadə etməyi məsləhət edib.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 24 Aprel 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















