Yəmən ordusu paytaxtın azad edilməsi üçün əməliyyata başlayıb
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi paytaxt Sənanın və digər ərazilərin azad edilməsi üçün husilərə qarşı genişmiqyaslı əməliyyatın başladığını elan edib.
525.az xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.
“Dövlət institutlarının bərpası, paytaxt Sənanın azad edilməsi və husilərin terrorçu üsyanına son qoyulması məqsədi daşıyan ‘Yəmən şəfəqi’ əməliyyatı başlayıb”, - ölkə lideri bildirib.
Yəmən ordusunun rəsmi nümayəndəsi, polkovnik Macid ən-Nuzeyli də sosial şəbəkə hesabında Yəmən Silahlı Qüvvələrinin paytaxtı husilərindən azad etmək məqsədilə strateji hücum əməliyyatına başladığını yazıb: “Silahlı qüvvələrimiz Sənaya strateji hücum əməliyyatına başlayıb”.
Öz növbəsində, husilərə məxsus "Al Masirah" telekanalı şəhərə Səudiyyə aviasiyasının hava zərbələri endirdiyini bildirib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 05 Oktyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















