Yəməndə 324 strateji hədəf vuruldu
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası Yəmən ordusunun husilərə qarşı başlatdığı əməliyyata hava dəstəyi verib.
Turkustan.az xəbər verir ki, koalisiyanın sözçüsü, briqada generalı Turki əl-Maliki “Yəmənin Şəfəqi Əməliyyatı” çərçivəsində 100 döyüş təyyarəsinin iştirak etdiyini və əməliyyatın başlanğıcından indiyədək 324 strateji hədəfin məhv edildiyini açıqlayıb.
Maliki bildirib ki, koalisiya Yəmən Silahlı Qüvvələrinin quru əməliyyatlarına 24 saat ərzində hava dəstəyi göstərir. Onun sözlərinə görə, Bab əl-Məndəb boğazında hava örtüyü təmin edilir və hərəkətdə olan hədəflərə qarşı zərbələr davam etdirilir.
Bu arada, Yəmən ordusu Taizdəki Bab əl-Məndəb və Zübab hava limanına nəzarəti ələ keçirdiyini açıqlayıb. Husilər isə bu iddianı təkzib edib.
Aytən Yaşar / Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 05 Oktyabr 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















