Icma.az
close
up
RU
Yeməyi bu formada bişirəndə kanserogen maddə yaranır Diqqət!

Yeməyi bu formada bişirəndə kanserogen maddə yaranır Diqqət!

Icma.az, Milli.az saytına istinadən bildirir.

Sobanın içində yaranan qurumuş yağ qatı və his yalnız estetik problem deyil, həm də sağlamlıq üçün risk yaradır.

Milli.Az xəbər verir ki, bunu açıqlamasında Rusiya Texnoloji Universitetinin (RTU MIREA) biotexnologiya və sənaye farmasiyası kafedrasının dosenti, farmasevtika elmləri namizədi Mariya Zolotaryova bildirib.

Onun sözlərinə görə sobanın divarlarında yaranan naqar və his bişirmə zamanı sıçrayan yağ və ətin şirəsindən əmələ gəlir. Bu maddələr yüksək temperaturda parçalanaraq mürəkkəb kimyəvi reaksiyalara girir və nəticədə çətin təmizlənən qat əmələ gətirir.

"Bu qat qalınlaşdıqca sobanın istiliyi bərabər paylanmır, yemək tam bişməyə bilər və bu da mikroorqanizmlərin qalmasına, nəticədə qida zəhərlənməsinə səbəb ola bilər", - deyə ekspert izah edib.

Zolotaryova əlavə edib ki, naqar mikroblar üçün əlverişli mühit yaradır. Bişirmə zamanı istilik onların çoxunu məhv etsə də, sobadan çıxarılan yeməklə təmas zamanı yenidən qidaya keçə bilərlər.

Bundan başqa, sobada yanan yağ və qida qalıqları nəticəsində akrilamid, heterosiklik aminlər və polisiklik aromatik karbohidrogenlər kimi maddələr yaranır. Bu birləşmələr heyvanlar üzərində aparılan tədqiqatlarda bəzi xərçəng növləri ilə əlaqələndirilib və şərti kanserogenlər hesab olunur. Mütəxəssis qeyd edib ki, nadir hallarda belə qida qəbul etmək ciddi təhlükə yaratmasa da, davamlı şəkildə belə yemək yemək tövsiyə olunmur.

Bundan əlavə, yanmış yağdan əmələ gələn akrolein maddəsi nəfəs yollarını qıcıqlandıra bilər. "Akrolein buxarlarını udmaq göz, burun və boğazın selikli qişasında yanma hissi yaradır. Xüsusilə astması və allergiyası olan insanlarda bu, vəziyyətin pisləşməsinə səbəb ola bilər," - deyə Zolotaryova xəbərdarlıq edib.

Mütəxəssis sobanın müntəzəm və diqqətli təmizlənməsini zəruri adlandırıb. Bişirmədən sonra sobanı təmizləmək daha asan olur və bu, zərərli birləşmələrin yığılmasının qarşısını alır. "Təmizlik üçün xlorlu və çox güclü qələvi vasitələrdən istifadə etmək məsləhət deyil, çünki onlar nəfəs yollarını qıcıqlandıra bilər və qalıqları qidaya keçə bilər. Sobanı yuduqdan sonra səthləri təmiz su ilə yaxalamaq və cihazı havalandırmaq lazımdır," - deyə ekspert əlavə edib.

İsmayıl
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Oktyabr 2025 07:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see218

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see207

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see205

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see202

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see194

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see193

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see191

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see186

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see185

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see182

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see181

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see177

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see173

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see173

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see173

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see172

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see169

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see169

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri