Icma.az
close
up
RU
Yeməyimizə zəhər qatan kimlərdir? Kütləvi qırğı silahı kimi qida...

Yeməyimizə zəhər qatan kimlərdir? Kütləvi qırğı silahı kimi qida...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ötən gün Şəmkirdə baş verən kütləvi zəhərlənmə hadisəsi narahatlıqları artırıb. Məlumata görə, 20 nəfər eyni kafedə yedikləri dönərdən zəhərləniblər. Aralarında yeniyetmələrin də olduğu şəxslərin bəziləri müayinədən sonra evə buraxılsa da, bir neçəsinin müalicəsi davam etdirilir.

Bundan əvvəl Tovuzda da dönərdən zəhərlənmə halları qeydə alınıb. Həmçinin zaman-zaman ölkənin müxtəlif yerlərində bənzər hadisəyə rast gəlinir.

Bunun qarşısının alınması üçün nə kimi tədbirlər görülməlidir? Dönərxanalara nəzarət və yoxlama işləri həyata keçirilmir?

Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov deyib ki, qida zəhərlənmələri, xüsusilə də dönərdən qaynaqlanan hallar, əsasən soyuq və isti qida zəncirinin qorunmaması, ətin düzgün bişirilməməsi və saxlanma şəraitinin standartlara cavab verməməsi səbəbindən baş verir:

“Ət məhsullarının mənşəyi və baytar nəzarəti sertifikatının olub-olmaması mühüm şərtdir. Müəssisənin ətləri hansı yolla əldə etməsi də önəmlidir – ya öz nəqliyyatı ilə isti zəncirdə, ya da soyuducu ilə təchiz olunmuş maşınlarda (soyuq zəncirdə).

Ağa Salamov

Çiy ət, toyuq və balıq kimi riskli məhsullar yalnız soyuducu vasitələrlə daşınmalı, müəssisəyə həmin qaydada təqdim olunmalıdır. Təqdimat zamanı ət dərhal bişirilməli və ya soyuducuda saxlanmalıdır. Dönərxanalarda soyuducu avadanlığının olması, emal otaqlarının temperaturunun normaya uyğunluğu, şişə taxılma prosesinin vaxtında aparılması əsas tələblərdəndir. Ən ideal halda dönər müəssisələri əti artıq şişə taxılmış vəziyyətdə almalıdır. Bununla yanaşı, gətirilən məhsulların sertifikatla təsdiqlənməsi mütləqdir ki, sonradan problem yarandıqda Qida Təhlükəsizliyi Agentliyi məhsulun mənbəyini asanlıqla yoxlaya bilsin”.

Ekspert qeyd edib ki, zəhərlənmələrin digər səbəbi isti zəncirdə emal zamanı yarana bilər:

“Müştəri sıxlığı zamanı dönərin tam bişmədən verilməsi nəticəsində, xüsusilə toyuq dönərində, Salmonella bakteriyasının çoxluğu səbəbindən zəhərlənmə riski yüksəlir.

Bundan əlavə, çarpaz çirklənmə də böyük təhlükədir. Dönərxanada səthlərin və avadanlıqların təmizlənməməsi, bıçağın dezinfeksiya olunmadan həm çiy, həm də bişmiş ətə toxunması, soyuducuda toyuq və mal ətinin birlikdə saxlanması qida təhlükəsizliyini ciddi şəkildə pozaraq zəhərlənmələrə yol açır”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Avqust 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri