Yeni 100 manatlıqlar gəlir
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub.
“Yeni Sabah” xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib.
O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hansı dəyişiklik barədə ictimai məlumatlandırma onların tədavülə buraxılma tarixindən öncə Mərkəzi Bankın rəsmi internet səhifəsi və sosial media səhifələri vasitəsilə təşkil olunur: Toyuqlu pizza
"Son dəyişikliklərdən biri ötən ilin dekabr ayında yenilənmiş 50 manatlıq pul nişanının tədavülə buraxılması olub. Cari ildə 15 iyul tarixində isə yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub.
Təhlillərə əsasən, saxtalaşdırma üsullarının əksər hallarda primitiv üsullardan (rəngli surətçıxarma və ya skaner) istifadə edilməklə həyata keçirildiyi müşahidə olunur. Belə saxta pullar bank əməkdaşları və ya avadanlıqlar tərəfindən asanlıqla müəyyən olunur. Milli pul nişanlarının yüksək texniki göstəriciləri və təhlükəsizlik elementlərinin etibarlılığı nəticəsində milli pul nişanlarının saxtalaşdırılma səviyyəsi dünyanın aparıcı valyutaları və qonşu dövlətlərin valyutaları ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı hesab olunur".
Baxış sayı:107
Bu xəbər 03 İyul 2026 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















