Icma.az
close
up
RU
“Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 cü ildönümü: bir qərinədə bir əsrə bərabər inkişaf yolu” mövzusunda tədbir keçirilib

“Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 cü ildönümü: bir qərinədə bir əsrə bərabər inkişaf yolu” mövzusunda tədbir keçirilib

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AMEA Naxçıvan Bölməsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü: bir qərinədə bir əsrə bərabər inkişaf yolu” mövzusunda tədbir keçirilib. Tədbirdə ölkənin ictimai-siyasi həyatında dərin iz qoymuş bu tarixi hadisənin mahiyyəti, Ulu Öndər Heydər Əliyevin siyasi irsi və Partiyanın formalaşdırdığı inkişaf strategiyası ətraflı şəkildə müzakirə edilib.

Bölmədən “Xalq” qəzetinə bildirilib ki, tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında Azərbaycanın 1990-cı illərin əvvəllərində üzləşdiyi mürəkkəb vəziyyəti, dövlətçilikdə çətin ictimai-siyasi şəraitin hökm sürdüyü bir dövrdə xalqın Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını qətiyyətlə dəstəkləməsinin tarixi zərurət olduğunu qeyd edib. Akademik 1992-ci il 21 noyabr tarixinin, yəni Yeni Azərbaycan Partiyasının təsis olunduğu günün — müasir siyasi tariximizdə mühüm dönüş nöqtəsi kimi əhəmiyyətindən danışıb, Ulu Öndərin həmin konfransda partiyanın sədri seçilməsinin Azərbaycan dövlətçiliyi və siyasi sabitliyi üçün həlledici qərar olduğunu vurğulayıb. O, həmçinin YAP-ın yaradılması ərəfəsində baş verən ictimai-siyasi hadisələr və tarixi proseslər barədə geniş məlumat verib. 

Akademik İsmayıl Hacıyev həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı islahatların əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq siyasi sabitlik yaradıb, sosial-iqtisadi inkişafı təmin edib, dövlətçiliyi möhkəmləndirib, Azərbaycanı regional liderə çevirib, iqtisadiyyatın dayanıqlı inkişafını sürətləndirib və ordu quruculuğunda mühüm nailiyyətlər əldə edib. 

AMEA Naxçıvan Bölməsində YAP ərazi təşkilatının sədri, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva “Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdı” adlı məruzəsində YAP-ın təsis konfransının 1992-ci il 21 noyabr tarixində məhz Naxçıvanda keçirilməsinin səbəblərindən bəhs edib, həmin dövrdə Naxçıvanda mövcud olan sabitlik və siyasi mühitin bu qərarı şərtləndirdiyini qeyd edib. Alim bildirib ki, Partiyanın yaranması cəmiyyətin bütün təbəqələrinin — ictimai mənşəyindən, yaşından və sosial vəziyyətindən asılı olmayaraq,  ümummilli mənafedən çıxış etməsi ilə səciyyələndirib. Zeynəb Quliyeva, həmçinin 2005-ci ilin 26 mart tarixində İlham Əliyevin YAP-a sədr seçilməsinin Partiyanın idarəçilik strategiyasında yeni mərhələ açdığını xüsusi vurğulayıb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Yeni Azərbaycan Partiyasının azərbaycançılıq və multikulturalizm prinsipi” mövzusunda məruzə edib. O, məruzəsində Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” fikrini xatırladaraq YAP-ın azərbaycançılıq ideologiyasının əsas daşıyıcısı olduğunu bildirib. Aygün Orucova Partiyanın müasir dövrün tələblərinə uyğun olaraq qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiyini, multikultural dəyərlərin qorunması və inkişafında mühüm rol oynadığını qeyd edib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun kiçik elmi işçisi Səfər Əliyev “Yeni Azərbaycan Partiyası və gənclər siyasəti” mövzusunda çıxış edərək YAP-ın gənclərə yönəlik dövlət strategiyasında xüsusi yer tutduğunu, onların siyasi fəallığının artırılması və idarəetmədə iştirak imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini diqqətə çatdırıb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Ülviyyə Aslanova “Azərbaycan qadınlarının inkişafında Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda məruzə etmişdir. O, ölkənin ictimai-siyasi həyatında qadınların rolunun güclənməsində YAP-ın həyata keçirdiyi siyasətin mühüm payı olduğunu bildirib, Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar, mədəni və sosial sahələrdəki fəaliyyəti barədə məlumat verib.

Tədbirdə səsləndirilən məruzələr YAP-ın yaranma zərurətindən başlayaraq bu günə qədər keçdiyi inkişaf yolunu, həyata keçirdiyi siyasi islahatları, cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən geniş fəaliyyət spektrini elmi-nəzəri baxımdan əsaslandırıb. Tədbir iştirakçıları Partiyanın 33 illik fəaliyyətinin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, demokratiyanın inkişafına, sosial-iqtisadi tərəqqiyə və milli həmrəyliyin gücləndirilməsinə verdiyi mühüm töhfələri yüksək qiymətləndiriblər.

Səbuhi HƏSƏNOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see287

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see236

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see214

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see205

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see179

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see174

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see153

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see150

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see129

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri