Icma.az
close
up
RU
Yeni “Core 5” təşəbbüsü: Qlobal güc balansı dəyişir?

Yeni “Core 5” təşəbbüsü: Qlobal güc balansı dəyişir?

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Dünya nizamında yeni siyasi və iqtisadi mərkəzlərin formalaşdığı bir vaxtda ABŞ-nin G7-yə alternativ kimi “Core 5” - ABŞ, Çin, Rusiya, Hindistan və Yaponiyanı bir araya gətirən format yaratmaq ideyası beynəlxalq çevrələrdə böyük rezonans doğurub. Bu təşəbbüsün qlobal güc bölgüsünə təsiri, regionlararası rəqabəti necə dəyişdirəcəyi, həmçinin böyük dövlətlərin maraqlarını necə uzlaşdıracağı hələlik sual altındadır.

Bir tərəfdən Vaşinqton bu platforma ilə yeni geosiyasi idarəetmə çərçivəsi qurmağa çalışır, digər tərəfdən isə ABŞ-Çin, ABŞ-Rusiya kimi kəskin ziddiyyətlərin belə bir formatda necə harmonizə ediləcəyi müəmmalıdır. Məhz bu səbəbdən “Core 5” ideyası həm mühüm, həm də çətin reallaşacaq geosiyasi layihə kimi qiymətləndirilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, bu təşəbbüsün arxasında ilk növbədə Vaşinqtonun qlobal liderliyi qorumaq cəhdləri dayanır. Onun sözlərinə görə, ABŞ anlayır ki, G7 artıq dünya nizamına təsir etmək üçün kifayət etmir və yeni güc mərkəzləri prosesdən kənarda qalır. “Core 5” ideyası həm Çinin iqtisadi çəkisini, həm Hindistanın yüksəlişini, həm də Rusiyanın hələ də strateji aktor olduğunu nəzərə alan daha geniş format yaratmaq məqsədi daşıyır:

“Vaşinqton bu yolla həm rəqiblərini, həm tərəfdaşlarını eyni masa arxasına toplayaraq qlobal böhranların birgə idarə edilməsinə nail olmaq istəyir. Bundan əlavə, ABŞ parçalanmış beynəlxalq sistemdə koordinasiya mexanizmlərinin çatışmazlığını doldurmaq niyyətini də nümayiş etdirir. Bu platforma həm də çoxqütblü dünyanın qaçılmaz olduğunu qəbul etməyin siyasi etirafı kimi görünür”.

“Çin və Rusiya kimi ABŞ ilə rəqabət edən dövlətlərin eyni formatda yer alması nə dərəcədə real görünür” sualını cavablandıran politoloqa görə, bu, təşəbbüsün ən çətin hissəsidir, çünki Çin və Rusiya ilə ABŞ arasında strateji münaqişə dərinləşməkdədir. Dediyinə görə, həm Pekin, həm də Moskva Vaşinqtonun dominant olduğu heç bir platformada balanssız mövqe qəbul etmək istəmir:

“Bununla belə, qlobal iqtisadi sabitlik və regional böhranların idarə olunması bu ölkələri müəyyən dərəcədə əməkdaşlığa məcbur edə bilər. Çin xüsusilə ticarət və enerji təhlükəsizliyi səbəbindən belə platformaları diqqətlə izləyir. Rusiya isə Qərbin yaratdığı təcrid şəraitində çoxşaxəli diplomatik imkanlar əldə etməyə çalışa bilər. Amma real mexanizm qurmaq üçün tərəflərin qarşılıqlı etimad problemi hələ uzun müddət ciddi maneə olaraq qalacaq”.

Züriyə Qarayeva:  “Core 5” işlək mexanizmə çevrilsə, bu, dünya nizamında yeni güc arxitekturası demək olar

 “Core 5” formatının gündəliyində Yaxın Şərq məsələsinin birinci yerdə olmasına gəlincə, Z.Qarayeva bildirib ki, bu, ABŞ-nin ın bölgədə artan xaosun nəzarətdən çıxmasından ciddi narahat olduğunu göstərir. Vaşinqton anlayır ki, Yaxın Şərqin gələcəyi həm enerji təhlükəsizliyi, həm də qlobal münaqişələrin dinamikasına birbaşa təsir edir. Çin bölgədə iqtisadi layihələrini qorumaq, Hindistan enerji marşrutlarını sabit saxlamaq, Yaponiya isə təhlükəsizlik risklərini azaltmaq istəyir. Rusiya isə Suriyada hərbi mövcudluğu və İranla yaxın əlaqələri səbəbindən prosesin əsas oyunçularından biridir. Buna görə də, ABŞ müxtəlif maraqlara malik bu ölkələri ortaq masada toplamaqla Yaxın Şərqdə idarəolunan sabitlik modeli yaratmağa çalışır. Lakin bu dövlətlərin bölgədəki ziddiyyətli mövqeləri platformanın effektivliyinə ciddi təsir göstərə bilər.

“Əgər “Core 5” işlək mexanizmə çevrilsə, bu, dünya nizamında yeni güc arxitekturası demək olar” deyən həmsöhbətimiz hesab edir ki,  G7, BRICS və BMT Təhlükəsizlik Şurası kimi qurumlar balans funksiyalarını müəyyən dərəcədə itirə bilər. Onun sözlərinə görə, bu format həm Qərb, həm Asiya, həm də Avrasiyanın əsas aktorlarını birləşdirərək daha çevik siyasi koordinasiya yarada bilər:

“Eyni zamanda, təşəbbüsün uğuru çoxqütblü sistemə keçidi sürətləndirə və beynəlxalq münasibətlərdə yeni diplomatik normalar formalaşdıra bilər. Amma əks halda, “Core 5” yalnız konseptual ideya kimi qalacaq və ölkələr arasındakı ziddiyyətlər platformanı daha başlanğıc mərhələsində bloklaya bilər. Hər iki halda, təşəbbüs dünya siyasətində gedən dərin transformasiyanın göstəricisidir və bütün aktorları mövqelərini yenidən düşünməyə məcbur edir”.

Zülfü Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Dekabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri