Icma.az
close
up
RU
Körfəzdə güc balansı dəyişir: Qlobal Cənubun yüksəlişi sürətlənəcək

Körfəzdə güc balansı dəyişir: Qlobal Cənubun yüksəlişi sürətlənəcək

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

ABŞ Səudiyyə Ərəbistanı ilə strateji müttəfiq oldu

Son onilliklər ərzində Yaxın Şərq beynəlxalq münasibətlər sisteminin ən mürəkkəb coğrafiyası olaraq diqqət mərkəzində qalsa da, son illər bölgədə tamam yeni bir siyasi dinamizm formalaşır. Artıq qlobal təhlükəsizlik arxitekturasının sərhədləri dəyişir, dünya güclərinin təsir məkanları yenidən qurulur. Bu proses həm yeni riskləri, həm də yeni təhlükəsizlik ittifaqlarını doğurur. Məhz belə həssas bir mərhələdə Səudiyyə Ərəbistanı ilə ABŞ arasında imzalanmış strateji müdafiə və təhlükəsizlik müqaviləsi regional siyasi-hərbi balansı dəyişdirən əsas hadisələrdən biri kimi dəyərləndirilir. Bu müqavilə təkcə hərbi əməkdaşlıq sənədi deyil - bir çox siyasi mütəxəssislər sənədi Yaxın Şərqdə yeni güc düzəninin formalaşmasına təkan verən çoxvektorlu bir siyasi konsepsiyanın başlanğıcı kimi qiymətləndirir.

Yeni müqavilə, yeni müttəfiqlik...

Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl-Səudun Vaşinqtona səfəri çərçivəsində keçirilən görüş zamanı ABŞ prezidenti Donald Tramp ölkəsinin Səudiyyə Ərəbistanına Vaşinqtonun NATO-ya üzv olmayan əsas müttəfiqi statusu verdiyini və krallıqla strateji müdafiə müqaviləsi imzaladığını açıqlayıb. “Sizə məmnuniyyətlə bildirmək istəyirəm ki, Səudiyyə Ərəbistanını rəsmi olaraq NATO-ya üzv olmayan əsas müttəfiq kimi qəbul etməklə hərbi əməkdaşlığımızı yeni səviyyəyə qaldırırıq. Bu, onlar üçün çox vacibdir. Bunu sizə indi deyirəm, çünki bu kiçik sirri bu gecəyə qədər saxlamaq istədim”.

“Bu, sizin üçün bu gün daha bir qələbədir”, - deyə Tramp vəliəhdə müraciət edərək bildirib. ABŞ prezidenti, həmçinin qeyd edib ki, iki tərəf “tarixi əhəmiyyətli strateji müdafiə müqaviləsi imzalayıblar”. O, təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, ABŞ “Major Non-NATO Ally” (MNNA) statusunu müəyyən ölkələrə verir - bu, tam NATO üzvlüyü deyil, amma ölkələr arasında hərbi və strateji əməkdaşlıq üçün xüsusi üstünlüklər yaradır. Nümunə üçün qeyd edək ki, bu sırada İsrail, Yaponiya, Cənubi Koreya, Avstraliya və başqa dövlətlər var. Ərəb dünyasında da bu sırada olan ölkələr rast gəlinir. Belə ki, Misir, Küveyt və başqa dövlətlər də ABŞ-ın NATO-dan kənar strateji müttəfiqi sayılır. Vaşinqtonun NATO-ya üzv olmayan əsas müttəfiqləri arasında digər ölkələrin də yer alması ABŞ-ın onlarla hərbi əməkdaşlığını asanlaşdırır. Bu status qarşılıqlı müdafiə öhdəliklərini əhatə etmir.

Səudiyyə Ərəbistanı, həmçinin ABŞ-a investisiyaları təxminən 1 trilyon dollara çatdırmağı öhdəsinə götürüb. Krallıq üçün böyük hərbi alışlar, o cümlədən “F-35” qırıcı təyyarələrinin və təxminən 300 Amerika tankının potensial tədarükü barədə razılığa da gəlinib.

Ər-Riyad qlobal aktora çevrilir...

Verilən qərar, imzalanan sənəd Yaxın Şərq tablosuna yeni ştrixlər əlavə edir. Görünən budur ki, ABŞ-ın Yaxın Şərq siyasəti əvvəlki dövrlərdən fərqli olaraq daha məqsədyönlü və daha uzunmüddətli təhlükəsizlik prioritetlərinə əsaslanır. Eyni zamanda, ərəb dünyası, xüsusilə də Səudiyyə Ərəbistanı yeni beynəlxalq reallıqda passiv müşahidəçi yox, prosesləri yönləndirən əsas aktorlardan birinə çevrilməkdədir. Ər-Riyadın iqtisadiyyat, enerji və hərbi sahədə atdığı addımlar onu regional liderlikdən qlobal güc mərkəzi statusuna doğru yaxınlaşdırır. ABŞ-la imzalanan yeni strateji müqavilə isə bu yüksəlişin ən ciddi dayaqlarından biri kimi çıxış edir. Səudiyyə Ərəbistanının hərbi potensialı bu əməkdaşlığın əsas elementlərindən biridir. Ər-Riyad son illər dünyanın ən böyük hərbi büdcəyə malik on ölkəsindən biri olaraq mövqeyini möhkəmləndirib. Səudiyyə Ərəbistanının illik hərbi xərcləri 70-80 milyard ABŞ dolları civarındadır. Bu göstərici onu NATO-dan kənar ən güclü hərbi sərmayəçi dövlətlərdən birinə çevirir. Ordu modernizasiya proqramı, hava hücumundan müdafiə sistemlərinin yenilənməsi, pilotsuz uçuş aparatları strategiyasının genişləndirilməsi, raket və kosmik texnologiyalara sərmayələr Səudiyyə Ərəbistanının bölgədə hərbi çəkisini artırır. Bu fonda ABŞ-la yeni təhlükəsizlik əməkdaşlığı Səudiyyə Ərəbistanın mövcud gücünü yalnız qüvvətləndirir və onu regionun aparıcı təhlükəsizlik dayağına çevirir.

Hərbi təhlükəsizlik, modernləşmə və yeni inkişaf xətti...

Beləliklə, Səudiyyə Ərəbistanı ilə ABŞ arasında imzalanmış strateji müdafiə müqaviləsi təkcə iki ölkənin yaxınlaşması deyil; bu, Yaxın Şərqdə yeni siyasi-hərbi arxitekturanın başlanğıcı, yeni təhlükəsizlik modelinin əsasıdır. Bu dəyişiklik həm regional güc mərkəzlərinin mövqelərinə təsir göstərir, həm də qlobal təhlükəsizlik sisteminin gələcək konturlarını müəyyənləşdirir. İmzalanmış strateji müdafiə müqaviləsi mahiyyət etibarilə ikitərəfli təhlükəsizlik zəmanəti, hərbi-siyasi əməkdaşlıq və modern hərbi texnologiyalara çıxış prinsiplərinə əsaslanır. Müqavilənin əsas komponentləri hava hücumundan müdafiənin gücləndirilməsi, raket təhlükəsinə qarşı kollektiv müdafiə sistemi, kəşfiyyat məlumatlarının birgə istifadəsi, ABŞ-ın qabaqcıl silah sistemlərinin Səudiyyəyə verilməsi və ABŞ ordusunun regionda Səudiyyə ilə koordinasiya olunmuş mövcudluğudur.

Bu əməkdaşlıq Səudiyyəyə bir neçə fundamental üstünlük qazandırır. Birincisi, ölkə uzun illərdir qarşılaşdığı ballistik raket və PUA təhdidlərinə qarşı daha effektiv müdafiə mexanizmi əldə edir. İranın bölgədəki hərbi-siyasi ekspansiyası, Yəməndə Husi hərəkatının raket hücumları, Liviya və Suriya kimi münaqişə zonalarından yayılan qeyri-ənənəvi təhlükələr Ər-Riyad üçün ciddi risklər yaradır. ABŞ-la strateji təhlükəsizlik müqaviləsi isə bu təhdidlərin qarşısının alınmasında institusional zəmanət rolunu oynayır.

İkincisi, müqavilə Səudiyyə üçün texnoloji tərəqqiyə çıxış açır. ABŞ-ın ən modern hava hücumundan müdafiə sistemləri - Patriot, THAAD, yüksək dəqiqlikli raketlər, qabaqcıl PUA-lar, dəniz təhlükəsizliyi platformaları - artıq Səudiyyə ordusunun arsenalının əsas hissəsi olacaq. Bu isə Səudiyyənin regionda yalnız müdafiəçi yox, həm də stabil güc təminatçısı kimi rolunu artırır.

Üçüncüsü, müqavilə Səudiyyə Ərəbistanını qlobal enerji təhlükəsizliyinin əsas dayağı kimi qoruyur. Körfəz regionunda neft infrastrukturları daim hücum riski altındadır və ABŞ-ın bu müqavilə çərçivəsində Səudiyyə Ərəbistanı enerji obyektlərinin müdafiəsində iştirak etməsi dünya enerji bazarlarının sabitliyi baxımından da mühüm əhəmiyyət daşıyır.

Beləliklə, müqavilənin mahiyyəti Səudiyyə Ərəbistanının təhlükəsizlik konsepsiyasını yeniləyir, ona yeni güc resursları qazandırır və gələcək təhdidlərin qarşısının alınmasında strateji zərurət rolunu oynayır.

Yeni siyasi mənzərə

Müqavilənin imzalanması yalnız ikitərəfli münasibətlərin dərinləşdirilməsi deyil - Yaxın Şərqdə siyasi balansın köklü dəyişməsi deməkdir. Uzun illər ərzində bölgədə ABŞ-ın əsas müttəfiqləri İsrail, İordaniya, BƏƏ kimi ölkələr olubsa, indi Səudiyyə Ərəbistanının rəsmi şəkildə bu siyahıya daxil edilməsi bölgənin bütün güc arxitekturasını yeniləyir. Səudiyyə Ərəbistanı Yaxın Şərqdə ən böyük iqtisadi və siyasi nüfuza malik ərəb dövlətidir. Onun ABŞ-la müttəfiqlik modelinə keçməsi ərəb coğrafiyasında güc mərkəzlərini yenidən formalaşdırır. Bu addım regionda yeni bir təhlükəsizlik xətti yaradır və ABŞ-ın regionali təhdidlərin zərərəsizləşdirilməsinə qarşı effektiv blok qurmasına şərait yaradır. Ər-Riyadın bu formatda iştirakçı olması həm regional təhdidlərə qarşı tədbirləri gücləndirir, həm də Yaxın Şərqdə balanslaşdırılmış güc sisteminin yaradılmasına töhfə verir.

Bu həm də ümumilikdə qlobal siyasi nizam üçün yeni bir mərhələnin başlanğıcını yaradır. Bu əməkdaşlıq Qlobal Cənub adlandırılan geniş ölkələr blokunun beynəlxalq münasibətlər sistemində daha aktiv rol almasına şərait yaradır. Əgər əvvəllər Qlobal Cənub daha çox passiv izləyici mövqeyində idisə, indi bu coğrafiya qlobal qərarların qəbulunda daha təsirli aktora çevrilmək imkanına malikdir.

Beləliklə, müqavilə Səudiyyə Ərəbistanına həm hərbi, həm siyasi, həm də iqtisadi üstünlüklər qazandırır. Ər-Riyad artıq yalnız enerji gücü deyil, həm də qlobal təhlükəsizlik sisteminin aparıcı sütunlarından birinə çevrilir.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Noyabr 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri