Yeni direktor təyin edilən Oqtay Gözəlovun DOSYESİ
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib.
Modern.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.
Əmrə əsasən, Oqtay Gözəlov mərkəzin direktoru vəzifəsinə gətirilib.
Qeyd edək ki, səhiyyə sahəsində 30 ildən artıq təcrübəyə malik Oqtay İsmət oğlu Gözəlov peşəkar fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib.
Beynəlxalq Qızıl Xaç Komitəsi, “Sərhədsiz Həkimlər” və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində, həmçinin KfW İnkişaf Bankının maliyyələşdirdiyi layihələrdə ekspert və rəhbər vəzifələrdə çalışıb.
2008-ci ildən Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) müxtəlif rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərib. ÜST-nin İsveçrənin Cenevrə şəhərindəki Baş Qərargahında, Avropa, Yaxın Şərq və Qərbi Sakit Okean regionlarında, o cümlədən Danimarka və Özbəkistanda çalışıb. Son illərdə ÜST-nin Ukrayna Ölkə Ofisində komanda rəhbəri vəzifəsində fəaliyyət göstərib.
TƏBİB-dən bildirilib ki, O.Gözəlov səhiyyə sistemlərinin idarə olunması və gücləndirilməsi, tibbi xidmətlərin təşkili, ictimai səhiyyə proqramlarının idarə olunması, strateji planlaşdırma, fövqəladə vəziyyətlərdə səhiyyənin təşkili və beynəlxalq əməkdaşlıq sahələrində təcrübəyə malikdir.
Baxış sayı:81
Bu xəbər 06 Oktyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















