Icma.az
close
up
RU
Yeni dönəm, yeni format

Yeni dönəm, yeni format

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasında yeni mövsümdə 12 komanda mübarizə aparacaq. AFFA İcraiyyə Komitəsi fevralın 19-da çempionatın formatını da təsdiqlədi. Buna qədər 10 komandalı, 2 dövrəli oyunlar sistemi artıq 3 dövrəli formatla əvəzlənəcək.

Yeni format:

“Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün formatı müzakirə edilib. Qərara alınıb ki, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olsun. III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək. Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq”.

İdman prinsipləri qorundu

İdman prinsiplərinin qorunması və sonuncunun elitanı tərk etməsi yerində, düzgün qərardır. Bu, çempionatda mövsümün qalan hissəsi üçün rəqabəti daha artıracaq. Buna qədər elita savaşı verən klublarda nisbi rahatlıq hökm sürürdü – pley-off gözləntisi var idi. Lakin yeni qərarlar klubların bir növ arxayınlığına son qoydu. Autsayderlər qrupunda yer alan “Səbail”, “Kəpəz”, “Şamaxı” üçün bundan sonrası ölüm-dirim mübarizəsi, hər xal “qızıl”a bərabər olacaq. Eyni zamanda sonuncu dövrənin oyunlarının püşk əsasında müəyyənləşdirilməsi də ədalətli seçimdir. Bu mövsüm çempionatda 36, növbətidə isə 33 tur olacaq. Oyun sayının cüzi azalması komandaların sıx qrafik narazılığının qarşısını almayacaq. İnkişaf, rəqabət istənilən yerdə oyun sayı da çox olmalı məqamlardandır.

I və II Liqa klubları üçün həvəsləndirici qərarlar

İcraiyyə Komitəsinin qərarlarında I və II Liqa ilə bağlı qərarlar verilib. Maraqlı məqam isə I Liqadan 1 komandanın düşəcəyi, II Liqadan 3 komandanın yüksəlişidir:

“2024/2025-ci illər mövsümündə I Liqada sonuncu yeri tutmuş klub II Liqaya düşəcək, II Liqadan isə ilk 3 yeri tutmuş komanda birbaşa I Liqaya yüksələcək. I Liqada 9-cu yeri və II Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı keçiriləcək. Qalib komanda I Liqada mübarizə aparmaq hüququ qazanacaq. Qeyd edək ki, cari mövsümün sonunda I Liqadan Premyer Liqaya 3 komanda yüksələcəyindən, belə bir sistem tətbiq olunacaq”.

Premyer Liqada daha çox bölgə təmsil olunacaq

Hazırda I Liqadan elitaya vəsiqə üçün əsas namizədlər “Qəbələ”, “Karvan” və “İmişli”dir. Ötən il Premyer Liqa ilə vidalaşan “qırmızı-qaralar” hazırda şəriksiz liderdir və onların çempion kimi elitaya yüksəlməsi böyük ehtimaldır. Digər iddialılar “Karvan” və “İmişli” isə şərait, infrastruktur baxımından favoritlərdəndir. Lakin “Mingəçevir”, “Zaqatala” kimi bölgə klublarını da indidən siyahıdan silmək olmaz. Yeni sponsor tapan “Mingəçevir” üçün də vəziyyət müsbət məcrada davam edə bilər. Çempionatın indiki autsayderi olan bölgə təmsilçisi 9-cu “Qaradağ Lökbatan”dan 1, 8-ci “Difai”dən 3 xal geri qalır.

I Liqa kimi II Liqadan da üç komandanın üst liqaya yüksəlməsi müsbət qərarlardandır. Futbol coğrafiyasının genişləndirilməsi ölkə futbolunun inkişafına töhfələrini verəcək. Hazırda II Liqada “Şahdağ Qusar”, “Şəfa” və “Şimal” “üçlük”də yer alıb. Bu komandalar I Liqa üçün əsas namizədlərdəndir.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 Fevral 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri