Icma.az
close
up
RU
Yeni dönəmin adı: Türk XXI əsri!

Yeni dönəmin adı: Türk XXI əsri!

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Böyük türk coğrafiyasında yeni tarixi reallıqlar yaşanır. Uzun illərdir Türkiyə üçün əsas bəla olan PKK problemi görünən odur ki, artıq həll edilir. "Terrorsuz Türkiyə" başlığı ilə başlanan prosesin sonunda PKK silahı yerə qoyduğunu bəyan etdi. Beləliklə, PKK-nın BMT müşahidəsi altında silahlarını təhvil verməsi ilə Türkiyənin 40 illik milli təhlükəsizlik problemi öz həllini tapmağa başlayır".

Bunu Oxu.Az-a açıqlamasında politoloq Aqil Məmmədov bildirib.

Onun sözlərinə görə, PKK-nın BMT nəzarəti altında silahı təhvil verməsi əgər tam həyata keçirilərsə, bu, Türkiyə üçün 1980-ci illərdən bəri mövcud olan daxili təhlükə mənbəyinin neytrallaşdırılması deməkdir:

"Bu hadisə:

- Türkiyə ordusunun yükünü ciddi şəkildə azaldacaq,

- Türkiyənin bölgələrinin iqtisadi və sosial inkişafına yeni imkanlar yaradacaq,

- Ankara ilə Qərb arasında dialoqda yeni səhifə açacaq,

- Daxili siyasətdə millətçi-mühafizəkar blokun reytinqini yüksəldəcək və strateji dividendlər qazandıracaq.

Bu hadisə təkcə Ankara üçün deyil, bütövlükdə türk dünyası üçün simvolik və strateji dönüş nöqtəsidir. Əslində, bu hadisə son illərdə ardıcıl şəkildə türk coğrafiyasında baş verən geostrateji hadisələrin kulminasiyasıdır.

2023-cü ildə Azərbaycanın suverenliyini tam bərpa etməsi və qondarma rejimin tarixin zibilliyinə göndərilməsi türk dünyası üçün önəmli geostrateji hadisə oldu. Bakı bu qələbə ilə bütün region dövlətlərinə göstərdi ki, ərazi bütövlüyü prinsipial dəyər təşkil edir və bu prinsip uğrunda bütün imkanlar səfərbər ediləndə nəticə əldə oluna bilər.

Yenə də türk coğrafiyası içərisində ciddi qarşıdurmalardan biri olan Qırğızıstan və Tacikistan arasında sərhəd mübahisəsinin razılaşma ilə həll olunması, Orta Asiyada sabitliyin, iqtisadi inteqrasiyanın və regional ticarət yollarının inkişafı üçün zəmin yaradır".

"Bu proseslərin hamısı bir tendensiyanı göstərir: Türk coğrafiyası parçalanmaqdan uzaqlaşır, inteqrasiya və sabitlik fazasına keçir. Bu da yeni mərhələdə:

- Ticarət və logistika layihələrinin (Zəngəzur dəhlizi, Orta Dəhliz, Transxəzər) önəmini artırır,

- Birgə müdafiə mexanizmləri və təhlükəsizlik əməkdaşlığı genişləndirir

Türk dünyasında son üç ildə baş verən bu transformasiyalar regionda Qərb, Rusiya və Çin kimi güclərin yarışdığı platformada türk blokunun yeni aktor kimi formalaşmasını göstərir. Bu, yalnız simvolik deyil, enerji, nəqliyyat və təhlükəsizlik müstəvisində türk dünyasını praktik gücə çevirir.

PKK-nın silahı yerə qoyması, Azərbaycanın torpaq bütövlüyünü bərpa etməsi, Orta Asiyada sərhəd mübahisələrinin aradan qalxması türk dünyasında tarixi post-konflikt dövrün başlanmasını ifadə edir. Artıq prioritet inkişaf, inteqrasiya və birgə güc siyasətidir. Yeni dövrün adı: Türk XXI əsridir", - deyə politoloq qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 May 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri