Icma.az
close
up
RU
XXI ƏSR MƏSULİYYƏT ƏSRİ OLMALIDIR!

XXI ƏSR MƏSULİYYƏT ƏSRİ OLMALIDIR!

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Sadiq QURBANOV, millət vəkili

21-ci əsr insanlıq tarixində texnoloji sıçrayışların ən sürətli, təsir dairəsi baxımından isə ən geniş olduğu mərhələ kimi səciyyələnir. Süni intellekt, biotexnologiya, rəqəmsal kommunikasiya və qlobal informasiya şəbəkələri insanın təbiətə, cəmiyyətə və öz gələcəyinə müdaxilə imkanlarını misilsiz səviyyəyə çatdırmışdır.

Lakin bu inkişaf texniki imkanların artması ilə yanaşı insanın özünə, məsuliyyət anlayışına və mənəvi mövqeyinə yenidən baxmasını zəruri edir. Bu baxımdan dövrümüzün əsas çağırışı texnoloji yeniliklərlə yanaşı, yeni bir məsuliyyət anlayışı formalaşdırmaqdır.

Bildiyimiz kimi, elm - tarixən insanın bilmədiyi şeyləri anlamağa və izah etməyə çalışması ilə yaranıb. Müasir dövrdə isə elm dünyanı formalaşdıran gücə çevrilmişdir desək, yanılmarıq. Belə ki, genetik müdaxilələr həyatın başlanğıc nöqtəsinə toxunur, süni intellekt qərarvermə proseslərinə daxil olur, məlumat texnologiyaları insan davranışını proqnozlaşdırmaq imkanına malikdir. Belə bir şəraitdə elmin yalnız gücünün tanıması, qəbul edilməsi bəs etmir. Bununla yanaşı onun sərhədlərinin də dərk edilməsi zəruri şərtə çevrilməlidi.

Praktika göstərir ki, sərhədsiz güc məsuliyyətsizliyə, məsuliyyətsizlik isə sosial və mənəvi fəlakətlərə aparan ən qısa yoldur. Bu məqamda ümummilli lider Heydər Əliyevin “Bilik məsuliyyətlə müşayiət olunmadıqda, o, tərəqqiyə yox, təhlükəyə xidmət edir” fikrini xatırlatmaq istərdim. Bu fikir elmin etik çərçivədə dərk olunmasının zəruriliyini konseptual şəkildə ifadə edir və böyük fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatçısı Anri Berqsonun aşağıdakı fikri ilə üst-üstə düşür: “XIX əsr texniki kəşflər sahəsində misli görünməmiş tərəqqi ilə xarakterizə olunduğuna görə bir qayda olaraq belə hesab olunurdu ki, bu kəşflər maddi nemətlərin sadə artımı ilə yanaşı həmçinin bəşəriyyətin mənəvi səviyyəsinin də yüksəlməsi ilə nəticələnməlidir. Əldə olunmuş təcrübə isə əksinə, sübuta yetirirdi ki, texnologiyanın inkişafı cəmiyyətdə yaşayan insanların mənəviyyatının avtomatik yüksəlişi demək deyildir və əgər mənəvi sahədə uyğun nailiyyətlər əldə olunmursa, bəşəriyyətin malik olduğu maddi nemətlər hətta təhlükə təşkil edə bilər”.

Danılmaz faktdı ki, müasir siyasətlər getdikcə daha çox texniki idarəetmə mexanizmləri üzərində qurulur. İnsani düşüncə və ölçülər arxa plana keçir, əvəzində effektivlik, sürət və güclü nəzarət əsas meyar kimi ön plana təqdim olunur. Halbuki siyasət güc balansı olmaqla, uzunmüddətli sabitliyin və legitim idarəetmənin əsas şərti olan empatiya bacarığı üzərində qurulmalıdır. Çünki insan talelərini nəzərə almayan siyasət nə qədər səmərəli görünməsindən asılı olmayaraq, mənəvi dayaqsızdır və cəmiyyətin etimadını zəiflədir.

Bu mənzərədə təhsilin də rolu xüsusi əhəmiyyət kəsb edir. Müasir təhsil sistemi bilik ötürülməsini əsas məqsəd kimi qəbul edir, eyni zamanda bilikdən necə istifadə olunacağı məsələsini ikinci plana keçirir. İnformasiya bolluğu içində yetişən nəsil nəyi bildiyini artırır, lakin niyə bilməli olduğunu hər zaman soruşmur. Əlbəttə ki, təhsil yalnız faktların və bacarıqların ötürülməsi ilə məhdudlaşmamalıdır. Eyni zamanda vicdan və əxlaqi dəyərlərin formalaşdırılmasını özünün fundamental vəzifəsi hesab etməlidir. Dəyərlərdən məhrum edilmiş bilik potensial təhlükə mənbəyinə çevrilə bilər.

Düşünürəm ki, gələcək nəsillərə yönələn əsas mesaj dünyanı dəyişmək istəyi ilə yanaşı, onu anlamaq cəsarətini qorumaqdan ibarət olmalıdı. Bu da bir həqiqətdir ki, müasir dövr dərin sualları çox zaman kənara itələyərək sürətli cavabları təşviq edir. Dəyişmək sürət tələb etsə də, anlamaq və qavramağın səbrə böyük ehtiyacı var. Unutmaq olmaz ki, hər yeni kəşfin və texnoloji irəliləyişin insan həyatına nə verdiyini soruşmaq inkişafın keyfiyyət göstəricisi olmalıdı. Bu mənada cənab Prezident İlham Əliyevin vurğuladığı “Bu gün verdiyimiz qərarlar sabahkı nəslin həyat şəraitini müəyyənləşdirir” fikri çox böyük aktuallıq kəsb edərək məsuliyyət anlayışını zamanlararası ölçüyə çıxarır.

Müasir dövrdə texnologiya və güc münasibətinin etik çərçivədə qurula biləcəyini göstərən real nümunələr də mövcuddur. Məsələn, Azərbaycanın 44 günlük müharibə zamanı müasir texnologiya və dəqiq silahlardan istifadəsi genişmiqyaslı dağıntı yaratmaq məqsədi daşımamış, əksinə gələcək təhlükələri aradan qaldırmaq və uzunmüddətli sabitliyi təmin etmək hədəfinə yönəlmişdir. Əməliyyatların məhdud zaman çərçivəsində aparılması və mülki əhalinin qorunmasına yönəlmiş yanaşma göstərdi ki, müasir müharibə şəraitində belə etik məsuliyyət mümkündür. Bu təcrübə texnologiyanın nəzarətsiz şəkildə dağıdıcı gücə çevrildiyi bir çox münaqişələrlə kəskin ziddiyyət təşkil edir.

Beləliklə, belə nəticəyə gəlmək olar ki, insanı böyük edən təkcə onun gücü, biliyi və texnoloji imkanları deyil. Onu həqiqətən böyük edən bu güclə nə etdiyini dərk etməsi və verdiyi qərarların nəticələrini üzərinə götürə bilməsidir. XXI əsr texnologiya əsri olmaqla yanaşı, məsuliyyət əsri də olmalıdır. Əks halda tərəqqi zahiri sürət qazansa belə, mənəvi dayaqdan məhrum qalaraq öz-özünü inkar edən bir prosesə çevriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Mart 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri