Icma.az
close
up
RU
Yeni dövlət rüsumları...

Yeni dövlət rüsumları...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Rüsumlar biznes və bir sıra təsərrüfat sahələrində səmərəliliyin artırılması məqsədi daşıyır

“Dövlət rüsumu” haqqında qanuna növbəti dəyişikliklərin edilməsi nəzərdə tutulur. Milli Məclisin iclasının gündəliyinə daxil edilmiş dəyişikliklər layihəsinə əsasən, yeni dövlət rüsumları müəyyənləşir. Onlardan biri rüsumsuz ticarət mağazasının (RTM) yaradılmasına icazənin verilməsinə görə, 100 manat cərimənin tətbiqi ilə bağlıdır. Qeyd edək ki, rüsumsuz ticarət mağazası (Duty Free Shop) mallardan gömrük rüsumları, vergilər alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən Azərbaycanın gömrük ərazisində (beynəlxalq hava və dəniz limanları və digər yerlər) gömrük nəzarəti altında satılmasından ibarət gömrük rejimidir. Bu rejim altında yerləşdirilən mallar bilavasitə RTM-lərdə satılır. RTM-lər gömrük rejimi altında yerləşdirilmiş malların yalnız Azərbaycan ərazisindən kənara çıxan fiziki şəxslər üçün pərakəndə satışını həyata keçirir.

“Duty Free Shop”lar icazə üçün 100 manat ödəyəcək

Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Nazirlər Kabinetinin müvafiq qərarı və Gömrük Məcəlləsi ilə tənzimlənir. Bu cür mağazalar idxal gömrük rüsumları və vergilər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq edilmədən xüsusi gömrük proseduru altında yerləşdirilmiş və şəxsi istifadə üçün nəzərdə tutulan malların satış obyektidir. Mağazanın ərazisi (ticarət zalları, köməkçi otaqlar və anbarlar) gömrük nəzarəti zonası hesab edilir və həmin ərazidə yerləşdirilən mallar gömrük nəzarəti altında olur. Mağazanın fəaliyyətinə nəzarət onların yaradıldığı ərazi üzrə gömrük orqanı tərəfindən həyata keçirilir. Mağazanın yaradılmasına icazə Dövlət Gömrük Komitəsi tərəfindən verilir. Həmin şəxslərin VÖEN-i, xüsusi bank hesabı, mağazanın yerləşdiyi yer barədə reyestr məlumatları olmalıdır. Mağazanın yaradılmasına icazənin verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemində əks etdirilməsi vacibdir. Son illərdə uçot və vergi nəzarəti tədbirlərinə uyğun olaraq, rüsumsuz ticarət mağazalarına nəzarətin təşkilində gömrük orqanları ilə bərabər, vergi orqanlarının iştirakı da təmin edilib. Bu sahədə indiyədək rüsumların tətbiqinin olmaması uçotla bağlı bir sıra problemlər yaradırdı. Ona görə də, yeni rüsum bu sahədə fəaliyyəti tənzimləyəcək və əlavə yığımlara səbəb olacaq.

Normadan artıq elektrik enerjisi istehsalına görə...

“Dövlət rüsumu” haqqında qanuna təklif edilən digər dəyişiklik su elektrik stansiyaları və biokütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən stansiyalarda verilən icazələrə görə rüsumlarla bağlıdır. Bu dəyişikliklər isə “Elektroenergetika haqqında” qanundan irəli gələn müvafiq tələblərə əsaslanır. Həmin qanunda müxtəlif fiziki və hüquqi şəxslər üçün elektrik enerjisi istehsalı fəaliyyətinə icazələrin hədləri müəyyən olunub. Ancaq həmin icazəyə görə, indiyədək heç bir ödəniş və rüsum olmayıb. Yeni dəyişikliklə bu sahələr də rüsumlaşdırılır. Belə ki, elektrik stansiyalarında 500 kilovatdan, digər stansiyalarda 150 kilovatdan çox elektrik enerjisi istehsalına görə  icazənin verilməsi üçün 150 manat rüsum tələb olunacaq.

Sənaye parkı, məhəlləsi və aqroparkın rezidentləri üçün...

2025-ci il yanvarın 1-dən tətbiq ediləcək başqa bir rüsum sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə, 70 manatın ödənilməsi ilə bağlıdır. Sənaye parkı və məhəllələrinin, aqroparkların rezidentləri qeydiyyatdan keçmək üçün təqdim etdiyi ərizəyə və ona əlavə edilən sənədlərə uyğun olaraq qeydiyyat şəhadətnaməsi əldə edirlər. Bu, sahibkarlıq və biznes fəaliyyətinin növü kimi təsnifatlaşdırılıb. Həmin şəhadətnamə Dövlət Xidmətləri Portalında qeydiyyatdan keçməklə əldə edilir, yeni ildən bu xidmətdən qeydiyyat üçün 70 manat ödənilməlidir. Eləcə də, texnologiyalar parkının və biznes inkubatorunun üzvləri də qeydiyyat şəhadətnaməsinin verilməsinə görə, 70 manat ödəyəcəklər. “İxrac nəzarəti haqqında” qanuna əsasən, ixrac nəzarətinə düşən malların və xidmətlərin ixracı, idxalı və tranziti üçün icazələrə görə isə 100 manat rüsum müəyyənləşib.  Yaxud da, ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi üçün 100 manat rüsum ödəniləcək.

“Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişikliklərə əsasən, həmçinin qazın istehsalına və emalına icazə üçün 200 manat, qazın nəqlinə görə, 150 manat, qazın paylanmasına icazənin verilməsi üçün 50 manat, sənaye qaz qurğusunun istismarına icazənin verilməsi üçün 100 manat, neft və qaz yataqlarının kəşfiyyatına, işlənməsinə və hasilatına icazənin verilməsi üçün 150 manat rüsum müəyyən edilib.

Ümumilikdə, bütün rüsumlar qeyd edilən biznes və fəaliyyət, təsərrüfat sahələrinin inkişafına yönəldilməklə, bu strukturlarda səmərəliliyin artırılması məqsədi daşıyır.

ELBRUS

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Dekabr 2024 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri