Icma.az
close
up
RU
Yeni dövlət rüsumları müəyyənləşir

Yeni dövlət rüsumları müəyyənləşir

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Yeni dövlət rüsumları müəyyənləşir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin dekabrın 13-də keçiriləcək iclasının gündəliyinə təqdim olunan “Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı yeni dövlət rüsumları müəyyən edilir:

– Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi 100 manat.

– Su elektrik stansiyaları və biokütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi – 150 manat.

– Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi – 150 manat.

– Elektrik enerjisinin paylanmasına icazənin verilməsi – 150 manat.

– Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi – 150 manat.

– Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.

– Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.

– Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.

– “İxrac nəzarəti haqqında” qanuna əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi – 100 manat.

– İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi – 100 manat.

– Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi – 200 manat;

– Qazın nəqli üçün icazənin verilməsi – 150 manat.

– Qazın paylanmasına icazənin verilməsi – 50 manat.

– Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi – 150 manat.

– Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi – 100 manat.

– Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi – 150 manat;

– Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi – 150 manat;

– Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi – 150 manat.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see328

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see267

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see243

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see209

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see207

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see163

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see148

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see137

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see129

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see127

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see125

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see125

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see124

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see123

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see122

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri