Icma.az
close
up
RU
Yeni dövr başlayır: Trampın hakimiyyəti dünyaya, Qafqaza və Azərbaycana necə təsir edəcək?

Yeni dövr başlayır: Trampın hakimiyyəti dünyaya, Qafqaza və Azərbaycana necə təsir edəcək?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Respublikaçılar Partiyasından Donald Tramp ABŞ-də prezident seçkisində qələbəsini elan edib. O, seçkinin nəticələrini "ABŞ tarixində əvvəllər görünməmiş siyasi qələbə" adlandırıb. Tramp vəd edib ki, onun hakimiyyəti ABŞ tarixində "qızıl dövr" olacaq.

Trampın siyasi xəttinin demokratlardan bir çox istiqamətlərdə fərqləndiyini nəzərə alsaq, onun hakimiyyəti illərində xeyli dəyişikliyin, fərqli proseslərin şahidi olacağıq. Bəs belə olan halda, Trampın prezidentliyi dövründə dünya, eləcə də Cənubi Qafqaz və xüsusən də Azərbaycan üçün nələr dəyişə bilər?

Oxu.Az mövzunu yerli və xarici ekspertlərə araşdırıb.

Siyasi şərhçi Turab Rzayev bildirib ki, Trampın hakimiyyətdə olduğu dövrdə dünya fərqli istiqamətdə irəliləyəcək:

"Çünki onun Rusiya-Ukrayna müharibəsinə, Çinə, İrana və digər qlobal məsələlərə baxışı tamamilə fərqlidir. Bu baxımdan, onun dövrü Rusiya üçün daha rahat ola bilər, xüsusilə də Ukrayna müharibəsi məsələsində. Çünki Tramp həm Rusiyaya, həm də Ukraynaya təzyiq göstərərək müharibəni bitirəcəyinə söz verib. Amma bunu yerinə yetirmək elə də asan olmayacaq. Çünki ABŞ dövləti, sadəcə, prezidentin verdiyi qərarlarla idarə edilmir. Bu istiqamətdə ona müqavimət göstərənlər çox olacaq. Ancaq biz istənilən halda Rusiya-Ukrayna müharibəsinin daha da qızışdırılmamasının şahidi ola bilərik".

"Digər tərəfdən, Trampın idarəçiliyi İran və Çin üçün daha çətin olacaq. Çünki Tramp İran-İsrail qarşıdurmasında açıq şəkildə həmişə İsrailin tərəfini tutub. Bu baxımdan, münaqişənin intensivləşdiyi bir vaxtda İsrailin dəstəklənəcəyini görəcəyik. Üstəlik, Tramp Tehranla istənilən yaxınlaşmanın tamamilə əleyhinədir. Digər tərəfdən, bu dövrdə ərəb ölkələri ilə də münasibətlər müəyyən qədər sərtləşə bilər. Tramp məcbur edəcək ki, həmin ölkələr silahlanmaya daha çox pul xərcləsin və ABŞ-nin bölgə siyasəti ilə hesablaşsınlar. Trampın əsas hədəfi isə həmişəki kimi, Çin olacaq və Pekin düşmən elan ediləcək. Habelə, Çinə edilən siyasi təzyiqlərlə yanaşı, iqtisadi təzyiqlərin də şahidi ola bilərik. Tramp hesab edir ki, xeyli sayda istehsal müəssisəsi Çindən çıxarılıb ABŞ-yə daşınmalı və Çinin iqtisadi olaraq böyüməsinin qarşısı alınmalıdır", - deyə şərhçi əlavə edib.

Onun sözlərinə görə, bu dövrdə Avropa İttifaqı (Aİ) ilə də münasibətlər tamamilə pozulacaq:

"Çünki Tramp Aİ-ni ABŞ-nin üzərində əlavə yük hesab edir, düşünür ki, Aİ öz hərbi və digər xərclərini özü ödəməlidir və ABŞ onu qorumağa borclu deyil".

"Bu dövrdə Türkiyə ilə bağlı da müəyyən mülayimlik müşahidə olunacaq. Düzdür, Pentaqon hərbi məsələdə əsas qərarverici orqan olduğu üçün Tramp PYD terror təşkilatına dəstəyi tam olaraq kəsə bilməyəcək, amma bunun əvəzində Türkiyə ilə münasibətləri yaxşılaşdıra və Ankaraya qarşı silah satışı qadağasını aradan qaldıra bilər. Azərbaycanla münasibətlər isə normallaşacaq. Çünki Demokratlardan fərqli olaraq, Respublikaçılarla ölkəmizin münasibəti daha yaxşı olub. Respublikaçıların həm neft sahəsinə, həm də silah satışına daha yaxın olduğunu, Azərbaycanın da ABŞ ilə əsas əməkdaşlığının hərbi təhlükəsizlik, terrorçuluqla mübarizə və Avropanın enerji təhlükəsizliyi ilə bağlı olduğunu nəzərə alsaq, Bakının Respublikaçılarla münasibətinin hər zaman müsbət məcrada irəlilədiyini görə bilərik. Bu siyasət yenə də davam edəcək. Bir sözlə, Demokratların dünyada apardığı siyasətə tamamilə zidd siyasət görəcəyik", - analitik fikrini yekunlaşdırıb.

Türkiyəli tarixçi-alim, siyasi şərhçi Mehmet Perinçek isə hesab edir ki, Amerika Birləşmiş Ştatları siyasətinin mühüm məqamlarından biri artıq çoxqütblü dünyanın qurulması və təkqütblü dünyanın sona çatmasıdır:

"ABŞ-nin çoxqütblü dünya prosesini qəbul etdiyi bir dövr başlayıb. Tramp dünyaya nizam vermək və Amerika siyasətini dünya hegemonluğuna xərcləmək əvəzinə, daxili problemlərinə yönəlməyi üstün tutur. Təbii ki, bu strategiyanın dərhal tam mənimsənilməsi mümkün deyil, amma qarşıdakı dövrdə ABŞ artıq reallıqları, yəni çoxqütblü dünyanı qəbul etməyə başlayacaq".

"Ancaq təbii ki, burada inkişaf etməkdə olan və əzilən ölkələrin alacağı mövqe önəmlidir. İnkişaf etməkdə olan və ABŞ-nin təcavüzkarlığından əziyyət çəkən ölkələr öz dövlətlərini nə qədər möhkəm tutarlarsa, daxildə nə qədər birlik təmin edərlərsə, beynəlxalq arenada NATO-ya alternativ Şanxay Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatları kimi qurumlarda bir araya gələrlərsə, ABŞ-nin çoxqütblü dünyanı qəbul etmə prosesi sürətlənəcək. Amma "Tramp gəldi, ABŞ artıq təhlükə mənbəyi deyil" kimi bir yanaşma sayıqlığı azaldacaq və bu da Vaşinqtonu növbəti təcavüzlərə təhrik edəcək", - ekspert vurğulayıb.

Onun sözlərinə görə, Qlobal Cənub və inkişaf etməkdə olan ölkələr öz daxili strukturlarını möhkəmləndirdiyi, beynəlxalq ittifaqlarda təmsil olunduğu, milli maraqlarını və regional inkişafı təmin etdikləri zaman dünyada sülhü təmin etmək imkanına da sahib olacaqlar:

"Digər tərəfdən, bütün amerikalılar artıq ABŞ-nin "dünyanın hamisi" rolunda olmasını istəmir, bunun mümkün olmadığını da görürlər. Bu da neoliberal, qlobalçı dairələr üçün, təkcə ABŞ deyil, bütün dünya üçün bir dərs olmalıdır".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see250

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see238

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see237

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see185

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see175

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see163

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see154

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see152

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri