Icma.az
close
up
RU
Yeni dövr şanlı qələbələrlə başlayıb, möhtəşəm uğurlarla davam edir

Yeni dövr şanlı qələbələrlə başlayıb, möhtəşəm uğurlarla davam edir

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının XI konfransı keçirilib.Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Konfransda YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev hesabat məruzəsi ilə çıxış edib. O, müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən ətraflı danışıb. R.Əliyev bildirib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kursun Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz misilsiz nailiyyətlər əldə edib.Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional inkişaf proqramlarının Yevlaxda uğurla icra olunduğunu bildirib. O, partiya fəallarının bu istiqamətdə görülən işlərə mühüm töhfələr verdiklərini diqqətə çatdırıb.Milli Məclisin deputatı Əli Hüseynli çıxışında Azərbaycanın əldə etdiyi tarixi qələbələrə, ölkəmizdə hüquqi dövlət quruculuğu və demokratik inkişaf istiqamətində həyata keçirilən islahatlara diqqəti cəlb edib. Millət vəkili qeyd edib ki, müasir dövrdə əldə olunan misilsiz nailiyyətlər dövlətimizin qüdrətinin və ölkəmizin inkişaf potensialının göstəricisidir. O, bu strateji inkişaf xəttinin uğurla həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının vahid ideoloji platforma kimi mühüm rol oynadığını bildirib.Milli Məclisin deputatı İlham Məmmədov ölkəmizdə formalaşmış xalq-iqtidar birliyindən bəhs edib. O, dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasətin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini, əldə olunan mühüm nəticələrin dayanıqlı inkişafı və milli həmrəyliyi daha da gücləndirdiyini qeyd edib. Millət vəkili Yeni Azərbaycan Partiyasının cəmiyyətin etimadını qazanan aparıcı siyasi qüvvə kimi ölkənin inkişaf prosesində fəal rol oynadığını vurğulayıb.YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev çıxışında partiyada yüksək səviyyəli nizam-intizamın və gənclərin siyasi proseslərə cəlb olunmasının əhəmiyyətini vurğulayıb. O, “Yevlax rayon təşkilatının fəalları dövlətçilik prinsiplərinə sadiqlik nümayiş etdirir”, - deyə vurğulayıb.Konfransda YAP Yevlax rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Sentyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri