Icma.az
close
up
RU
Mediaya rəqib olan auditoriya: Yeni dövrdə jurnalist necə olmalıdır? DETALLAR

Mediaya rəqib olan auditoriya: Yeni dövrdə jurnalist necə olmalıdır? DETALLAR

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Yeni nəsil jurnalistika artıq təkcə xəbəri ötürmək deyil, onu düzgün təqdim etmək, kontekstlə izah etmək və ictimai məsuliyyətlə yanaşmaq anlamına gəlir.

Rəqəmsal medianın inkişafı informasiya axınını sürətləndirsə də, bu, həm də etik prinsiplərə sadiq qalmağı, peşəkarlığı qorumağı və oxucu ilə emosional bağ qurmağı daha vacib hala gətirib.

Bugünkü media mühitində jurnalist yalnız məlumat daşıyıcısı deyil, eyni zamanda ictimai dəyərləri formalaşdıran, empatiya qurmağı bacaran, sosial məsuliyyət daşıyan bir şəxsdir.

Artıq jurnalistika bir peşədən çox, cəmiyyətə təsir edən güclü bir platformadır.

Bəs bu yeni dövrdə jurnalist olmaq nə deməkdir?

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan “Report” Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu bildirib ki, texnoloji yeniliklərin belə sürətlə yayılması hələ 15-20 il öncə jurnalistikada mövcud olan təsəvvürləri xeyli dəyişib:

“Bu gün hamı tələsir, jurnalist də, bloqçu da, oxucu da. Media informasiya yayımında illərdir əlində saxladığı hegemon mövqeni itirməkdə davam edir. Qəribə vəziyyət yaranıb: jurnalistin hazırladığı məhsul nə operativlik, nə də dolğunluq, nə də obyektiv olmaq baxımından heç də digər xəbər paylayıcılarından üstün deyil.

Hər bir internet istifadəçisi həm də məlumat ötürücüsüdür. Onun heç də media resurslarından nəsə bir xəbər əldə etmək öhdəliyi yoxdur. Gördüsə, kimdənsə eşitdisə, o dəqiqə sosial mediada yaya bilər. Jurnalist əziyyət çəkib iri həcmli, sanballı bir material hazırlaya bilər, amma oxucusunun bunu dərindən oxumağa zamanı yoxdur. Birindən kəsib doğrayaraq onlarla qısa xəbər paylaşa bilər.

Bu yeni dövrdə jurnalistin manevr şansı çox daralıb. Auditoriya belə medianın rəqibidir. Mətbuatdan çıxan materiallar bəzən elə halda paylaşılır ki, ilkin versiya ilə yerlə göy arasındakı qədər fərq yaranır. Cəmiyyət jurnalistdən peşəkar olmağı tələb edir. Media nümayəndələri də mütləq etik normaların gözləməlidirlər, çünki elə jurnalisti qeyri-jurnalistdən fərqləndirən cəhət müəyyən qaydalara riayət etməsidir. Özünə şərti olaraq bloqçu deyən şəxs isə istədiyini edə bilər. Onun fəaliyyətini tənzimləyən qanun yoxdur.Mövcud şərait medianın işini xeyli çətinləşdirir”.

İ.Rafiqoğlunun fikrincə, yeni dövrdə jurnalist olmaq, bir tərəfdən qeyri-peşəkar kütlə ilə, digər tərəfdən isə süni intellektlə rəqabətə girmək anlamına gəlir:

“Həm qayda-qanun gözləməlisən, həm cəld olmalısan, həm də hər bir texnoloji yenilikdən baş çıxarmalısan. Bu gün heç də jurnalistdən geri qalmayan və keyfiyyətli xəbər hazırlayan sistemlər artıq fəaliyyət göstərir.

Tərcümə işində süni intellekt gün-gündən püxtələşir. Mətbuatda tərcümə xəbər hazırlayan müxbirlər də tədricən sıradan çıxmaqdadır. Bu gün biz jurnalistin gələcəkdə bu texnoloji sistemdə nə kimi iş görəcəyi barədə düşünməliyik”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 İyul 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri