Icma.az
close
up
RU
Yeni dövrün yeni hədəfləri: “Ölkənin gələcəyi, sabitliyi və inkişafı...”

Yeni dövrün yeni hədəfləri: “Ölkənin gələcəyi, sabitliyi və inkişafı...”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Fevralın 24-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə keçirilən “Suverenliyin bərpası: Siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masanı yüksək qiymətləndirirəm”.

Bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, tədbirdə ölkənin siyasi inkişafı, yeni reallıqlar və qarşıdakı hədəflər ətrafında əhəmiyyətli müzakirələr aparılması ciddi dönüş nöqtəsi ola bilər:

“Azərbaycanın tam suverenliyinin bərpası təkcə ərazi bütövlüyünün təmin olunması ilə yekunlaşmır. Bu, həm də siyasi müstəvidə yeni yanaşmaların formalaşdırılmasını, siyasi qüvvələr arasında daha sağlam dialoq və əməkdaşlıq mühitinin yaradılmasını tələb edir. Son illərdə Azərbaycanda siyasi münasibətlər sistemində ciddi keyfiyyət dəyişiklikləri müşahidə olunur və bu proses davam etdirilməlidir".

Razi Nurullayev vurğulayıb ki, bu gün ölkənin gündəlik həyatında siyasi institutların gücləndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və demokratik dəyərlərin inkişafı üçün real addımlar atılır:

"Bizim əsas vəzifəmiz bu dəyişikliklərin dayanıqlı olmasına nail olmaq, siyasi partiyalar arasında sağlam rəqabət mühitinin formalaşmasını təşviq etməkdir. Çünki ölkənin gələcəyi, sabitliyi və inkişafı məhz güclü siyasi institutlar və vətəndaş cəmiyyətinin aktiv iştirakı ilə mümkündür.

Siyasi dialoqun davam etdirilməsi, açıq və şəffaf müzakirələrin aparılması həm iqtidar, həm də müxalifət partiyalarının qarşılıqlı anlaşmasını möhkəmləndirəcək. Çünki demokratik cəmiyyətin əsas göstəricilərindən biri müxtəlif siyasi qüvvələrin bir masa arxasında oturub ölkənin gələcəyinə dair ortaq müzakirələr aparmasıdır.

Bu kimi tədbirlər siyasi münasibətlərin yeni keyfiyyət mərhələsinə keçidini göstərir. Milli Cəbhə Partiyası olaraq biz bu prosesdə aktiv iştirak edəcək, ölkənin siyasi sisteminin təkmilləşdirilməsi üçün təkliflərimizi irəli sürməyə davam edəcəyik. 

Azərbaycanın yeni dövrə uyğun daha güclü, demokratik və şəffaf siyasi model qurması istiqamətində bütün tərəflərin üzərinə mühüm məsuliyyət düşür və bu yolda birgə fəaliyyət vacibdir".

Səbinə Uğur
"Cebheinfo.az"

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Fevral 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri