Icma.az
close
up
RU
Yeni dövrün hədəfləri: Sülh və təhlükəsizliyin təşviqi

Yeni dövrün hədəfləri: Sülh və təhlükəsizliyin təşviqi

Icma.az, Sia Az saytına istinadən bildirir.

Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə, xüsusilə dövlətimizin 2024-cü ildə əldə etdiyi nailiyyətləri və ölkənin inkişafına yönəlmiş yeni strategiyaları əks etdirir. Beynəlxalq platformalarda Azərbaycanın mövqeyini gücləndirən mühüm hadisələrdən biri də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ölkəmizin uğurla ev sahibliyi etməsidir. Ötən ilin noyabr ayında Bakı şəhərində keçirilən bu mötəbər tədbir dövlətimizin yaşıl inkişaf strategiyasını və iqlim dəyişikliklərinə qarşı mübarizədə qlobal əməkdaşlıq səylərinə verdiyi töhfəni bir daha nümayiş etdirib. Cənab İlham Əliyev müsahibədə COP29-un Azərbaycanın mövqeyinə müsbət təsirini geniş şəkildə vurğulayıb. Dövlətimizin başçısı qeyd edib: “Bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi: “Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi. Əlbəttə, biz tam dərk edirdik ki, Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib deyil və bu işdə dünyanın bir araya gəlməsində mühüm rol oynaya bilməz. Lakin hesab etdik ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət bizə körpülər qurmaqda yardımçı olacaq...”.

COP29 iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi dövlətimizə yüksək etimadın göstəricisidir. Bu konfransa qədər Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanmışdır. COP29 Azərbaycanın siyasi və iqtisadi gücünü artıran bir addım olaraq dəyərləndirilir. Konfransın təşkilində əldə edilən tarixi nailiyyətlər dövlətimiz üçün bu mötəbər tədbirin qlobal arenada daha geniş nüfuz qazanmaq, strateji hədəflərə çatmaq və ölkənin tanıdılması üçün müstəsna bir platforma olduğunu göstərir. Azərbaycan COP29-da özünün yaşıl inkişaf və ekoloji siyasəti ilə beynəlxalq aləmə nümunə olduğunu nümayiş etdirmişdir. Həmin nailiyyətlər Azərbaycanın diplomatik fəaliyyətinin daha da gücləndirilməsi, eləcə də regionda və dünyada yeni əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətli bir mərhələdir. Beləliklə, COP29 konfransına ev sahibliyi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır.

Müsahibədə, həmçinin Ermənistanın silahlanma yarışının yaratdığı təhdidlər və bununla bağlı Azərbaycanın qarşılaşa biləcəyi yeni təhlükələrə qarşı mövqeyinə dair fikirlər də diqqət mərkəzində olub. Prezident İlham Əliyev Azərbaycanın hərbi və təhlükəsizlik məsələlərinə verdiyi önəmi bir daha vurğulayıb. Dövlətimizin başçısı qeyd edib: “Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar...”.

Revanşizm meyilləri, birinci növbədə, Ermənistanın özünə ciddi təhlükə yaradır, çünki bu siyasət ölkəni uzunmüddətli gərginliklərə və daxili münaqişələrə sürükləyir. Silahlanma yarışına daxil olmaq Ermənistanın iqtisadi resurslarını daha çox hərbi xərclərə yönəltməsinə səbəb olur və bu da ölkənin inkişafını əngəlləyir, vətəndaşların gündəlik həyatını çətinləşdirir. Revanşist siyasət, eyni zamanda, onsuz da zəif olan sosial vəziyyəti daha da ağırlaşdırır, çünki erməni xalqı iqtisadi və sosial tərəqqi arzulayır, amma müharibə təhlükəsi yalnız narazılıqları artırır. Həmin siyasət beynəlxalq aləmdə Ermənistanın təcrid olunmasına və mövcud müttəfiqlərinin dəstəyini itirməsinə yol açacaq, bu da ölkənin gələcəkdə daha da çətin vəziyyətə düşməsinə səbəb olacaq. Bu meyillər yalnız Ermənistanın daxilində deyil, həm də regiondakı digər dövlətlərin təhlükəsizlik maraqlarını da təhdid edir. Belə addımlar birmənalı şəkildə Cənubi Qafqazda mövcud olan təhlükəsizlik mühitinə ciddi təhlükə yaradır. Nəticə etibarilə, revanşizm siyasətinin davam etməsi Ermənistanın daxili və xarici arenada təhlükə altında olmasına gətirib çıxaracaq.

Azərbaycanın prinsipial və ədalətli mövqeyi həm də beynəlxalq aləmdə bu məsələnin ciddiyyətini açıq şəkildə nümayiş etdirir. Dövlətimizin strateji hədəfləri sülhün bərqərar olması üçün hər cür diplomatik təşəbbüsləri dəstəkləməkdədir, bununla yanaşı, hərbi hazırlıq və mübarizə şəraitinə də hazırdır. Beləliklə, bu yanaşma, eyni zamanda, Azərbaycanın regionda ədalətli və davamlı sülhün təmin olunmasına yönündə həyata keçirdiyi ardıcıl siyasətin ifadəsidir.

Dövlət başçısının müsahibəsində diqqət çəkən digər bir mühüm məsələ isə Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsidir. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı verdiyi açıqlamalar Azərbaycanın bu bölgələrin yenidən qurulması istiqamətində ciddi addımlar atdığını göstərir. Azad edilmiş ərazilərdə keçmiş köçkünlərin qayıdışı üçün geniş imkanlar yaradılıb və bu, həmçinin yerli əhalinin iş yerləri ilə təmin olunması və sosial rifahının yüksəldilməsi məqsədini daşıyır. Atılan addımlar regionda uzunmüddətli sabitlik və inkişafın təmin edilməsi baxımından mühüm bir mərhələni təşkil edir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyalar dövlətimizin gücünü və strateji əhəmiyyətini beynəlxalq aləmdə daha da artıracaq.

Nurlan Həsənov

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Yanvar 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri