Icma.az
close
up
RU
Yeni dünya düzəni və Türkiyənin strateji mövqeyi

Yeni dünya düzəni və Türkiyənin strateji mövqeyi

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Regional müharibələr regional ittifaqların yaranmasına səbəb olub. Misal üçün Rusiya – Ukrayna müharibəsi Minsk Moskva ilə yanaşı Pekinlə də ittifaqı gücləndirməyə qərar verib. 

Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvadan dərhal sonra Pekinə səfər etdi və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə maraqlı olduğunu söylədi”.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, bunun nəticəsi olaraq Çin və Belarusun hava-desant qoşunları Çinin mərkəzində yerləşən Hubey əyalətində “Swift Eagle 2026” adlı birgə hərbi təlimlərə başlayıb:

“Təlimlər çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat, ərazilərin ələ keçirilməsi və mühafizəsi, eləcə də hücum və müdafiə əməliyyatları üzrə hazırlıq keçirilir. Təlimlərin əsas diqqət mərkəzində şəhər şəraitində birgə antiterror əməliyyatlarının həyata keçirilməsi dayanır.

Məqsəd Çin və Belarus hərbçilərinin terrorla mübarizə missiyalarını birgə həyata keçirmək imkanlarını və döyüş qabiliyyətini artırmaqdır. Bu gün iqtisadi dəhlizlər, texnoloji tərəfdaşlıqlar, davamlı təchizat zəncirləri və strateji əlaqə regionun gələcəyini yenidən müəyyənləşdirir.

Oxşar durum Yaxşın Şərqdə yaranıb. Bu bölgənin geosiyasi mənzərəsi artıq yalnız hərbi ittifaqlar və ya dəyişən güc balansları ilə formalaşmır. Bu gün iqtisadi dəhlizlər, texnoloji tərəfdaşlıqlar, davamlı təchizat zəncirləri və strateji əlaqə regionun gələcəyini yenidən müəyyənləşdirir.

Bu transformasiyanın mərkəzində ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail rol oynayır, Pakistanla Hindistan da mövcud proseslərdə fəallıqlarını artırıblar.

Hindistanın Rusiya ilə enerji sahəsində əməkdaşlığını artırmasına baxmayaraq, Vaşinqton Yeni Dehli ilə tərəfdaşlıq münasibətlərinin səviyyəsini azaltmayıb. ABŞ-da dəyişən administrasiyalar Hindistanı Çinin artan təsiri fonunda balanslaşdırıcı ölkə kimi dəyərləndirirlər”.

Onun sözlərinə görə, Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı yenicə formalaşıb:

“Ankara Misirin hesabına bu ittifaqın genişlənməsinə çalışır. Ancaq Səudiyyə Ərəbistanı fərqli mövqedən çıxış edir, Misirin ittifaqa qoşulmasına razı deyil. Ər-Riyad Misirin Səudiyyə Ərəbistanının regional rəqibi olan Birləşmiş Ərəb Əmirlikləri ilə sıx əlaqələrindən narazıdır:

“Hindistan hazırda İsrailin ən böyük müdafiə tərəfdaşlarından biri olaraq qalır. Digər istiqamətdə ABŞ – İsrail - Birləşmiş Ərəb Əmirlikləri - Hindistan ittifaqı formalaşıb. Bu ittifaqda ABŞ lider, İsrail innovasiyaların tətbiqi, Birləşmiş Ərəb Əmirlikləri investisiyalar, Hindistan isə artan iqtisadi çəkisi ilə rol oynayır.

Bu ittifaqı formalaşdıran əsas amillərdən biri Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) layihəsidir. Vaşinqton regional sabitliyi qorumaq üçün etibarlı tərəfdaşlar axtararkən, ittifaqda yer alan dövlətlərlə ikitərəli əlaqələri gücləndirmək siyasəti həyata keçirir.

Vaşinqton İsraillə Hindistan və Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlığı da təşviq edir. İsraillə Hindistan arasında əməkdaşlıq hərbi müstəvini aşaraq kəşfiyyat paylaşımı, kibertəhlükəsizlik, kənd təsərrüfatı, su idarəçiliyi, süni intellekt, kosmik texnologiya, səhiyyə innovasiyası və startap ekosistemlərinə qədər genişlənib”.

Politoloq əlavə edib ki, Hindistan İsrailin ən böyük müdafiə tərəfdaşlarından biri olaraq qalır, İsrail şirkətləri isə getdikcə Hindistanın texnologiya sektorunu sadəcə başqa bir ixrac bazarı deyil, birgə inkişaf platforması kimi görürlər:

“Dehlinin İsraillə səx əməkdaşlığa baxmayaraq, Yeni Dehli Körfəz ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə də tərəfdaşlığını gücləndirib. Yeni Dehlinin əsas hədəflərindən biri Səudiyyə Ərəbistanını Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinə cəlb etməkdir.

Ər-Riyad layihədə İsrailin iştirakına görə qərar verməyə tələsmir. Çünki, İsrail bu arxitekturada mühüm mövqe tutur. Onun Aralıq dənizi limanları Körfəz ticarətini Avropa bazarları ilə birləşdirən qapılar olmaq potensialına malikdir və bu da İsrailin Asiya, Yaxın Şərq və Avropanı birləşdirən logistika mərkəzi kimi rolunu gücləndirir. Səudiyyə Ərəbistanın bu layihəyə qoşulması üçün İsrailin Fələstin probleminə mövqeyi dəyişməlidir”.

Əhməd
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Avqust 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri