Icma.az
close
up
RU
YENİ DÜNYA DÜZƏNİNİN AYAQ SƏSLƏRİ... Starmer və Mertsin bağladığı saziş Rusiyaya hansı siqnalı verir?

YENİ DÜNYA DÜZƏNİNİN AYAQ SƏSLƏRİ... Starmer və Mertsin bağladığı saziş Rusiyaya hansı siqnalı verir?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Hər kəsə məlumdur ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Rusiyanın Ukraynaya təcavüzü beynəlxalq hüquqa ziddir və bu, hamı tərəfindən birmənalı şəkildə qəbul edilən dövlətlərin suveren ərazisinin toxunulmazlığı prinsipinin pozulması üçün presedent yarada bilər. Düzdür, ərazi iddiaları və başqasının torpağına soxulmaq hallarına öncələr də rast gəlinib, lakin beynəlxalq təhlükəsizliyin tənzimlənməsi üçün vacib sayılan müddəalara məhəl qoymayan Rusiyanın Ukraynada başlatdığı müharibə öz xarakterinə görə qlobal təlatümlərə və ümumi nizam sisteminin yenilənməsinə yol açacaq hadisədir.

Avropanın mərkəzində Kremlin yürütdüyü təcavüzkar siyasətə qarşı ABŞ başda olmaqla Qərbin göstərdiyi zəif reaksiya Rusiyanın müharibəni davam etdirməsinə şərait yaradıb. ABŞ Prezidenti Donald Trampın NATO ölkələri ilə bağlı səsləndirdiyi ittihamlardan anlaşılır ki, Vaşinqton öz müttəfiqlərinin təhlükəsizlik yükünü daşımaq fikrində deyil. ABŞ ilk növbədə öz geostrateji maraqlarını güdür və elə bu səbəbdən də Avropa Birliyi ilə Rusiya arasında yerləşən Ukraynadakı münaqişə ocağını hamını öz təsir dairəsində saxlmaq üçün bir fürsət kimi görür.

Avropanın böyük dövlətləri olan Almaniya, Fransa və Böyük Britaniya ABŞ-nin niyyətlərini yaxşı anlayırlar və ona görə də planetar miqyasda baş verən sürətli dəyişikliklər fonunda gələcək müqəddəratlarını riskə atmamaq üçün vaxtaşırı müzakirələr aparır, birgə xüsusi tədbirlər planı hazırlayırlar. Bu baxımdan Avropanın avanqard ölkələri Britaniya və Almanya yaxın günlərdə öz aralarında mühüm razılaşmaya imza atıblar. Böyük Britaniyanın Baş naziri Kir Starmerin və Almaniya kansleri Fridrix Mertsin Londonun Viktoriya və Albert muzeyində bağladıqları 23 səhifəlik “dostluq haqqında müqavilə” 1945-ci ildən indiydək Avropadakı ölkələr arasında ən vacib saziş kimi dəyərləndirilməlidir.

Sözügedən sənəddə başlıca diqqət müdafiəyə və ticarət münasibətlərinin genişlənməsinə yönəlir. Bu sazişə əsasən ölkələrin hər hansı birinə qarşı hücum olduğu təqdirdə digəri öz üzərinə qarşılıqlı müdafiə öhdəliyi götürür. Avropalılar Donald Trampın bir-birini təkzib edən siyasi gedişlərindən və bəyanatlarından bərk narahatdırlar və onlar Vaşinqtonun sadiqliyinə əvvəlkitək inanmırlar. Donald Trampın yürütdüyü siyasət avropalıları tədbirli davranmağa vadar edir və elə bu sazişin imzalanması da yeni gerçəkliklərin diktəsinin əyani təcəssümüdür.

Bu müqavilənin meydana gəlməsində sözsüz ki, Rusiyanın aqressiyası xüsusi yer tutur. Həm də ki, Avropa iqtisadi nəhəng olmaqla yanaşı bunu hərbi sferaya da daşımaq niyyətindədir. Rusiyanın Ukraynaya təcavüzü və Baltik ölkələrinə hücum ehtimalının yüksək olması, eləcə də Trampın ikibaşlı siyasəti Berlin və Londonu hərəkətə gətrib. Həmin sazişdə on il ərzində uzun mənzilə sahib yeni raket sistemlərinin istehsalı nəzərdə tutulur və burada əsas məqsəd Amerikadan asılılığın tam aradan qaldırılmasıdır.


Hazırlanacaq yeni raketlərin uçuş radiusu 2000 kilometri ötəcək və çox güman ki, bu sistemlər təkcə Britaniya və Almaniyanın deyil, eləcə də bütün Avropanın təhükəsizliyi üçün çox vacib rol oynayacaq. Bundan başqa, hər iki tərəf texnoloji tərəqqinin yeni nailiyyətlərinin tətbiqini də yaddan çıxarmayacaqlar. Britaniya və Almaniya mütəxəssisləri kvant texnologiyası, süni intelektin imkanlarından da yararlanacaqlar.

Tərəfdaşlıq təkcə hərbi sahə ilə yekunlaşmayacaq, imzalanmış sənədə görə, iqtisadiyyat, aviasiya, qaçaqmalçılıqla və qeyri-qanuni miqrasiyayla mübarizədə də birgə əməkdaşlığa gediləcək. Həmçinin ölkələr arasındakı əlaqələrdə mövcud olan bir çox əngəllər ortadan qaldırılacaq. Məsələn, Almaniya vətəndaşlarının Britaniyaya girişi sadələşdiriləcək. İndi Britaniyaya gedən almanlar xüsusi vərəqəni doldurmalı və 20 avro vergi ödəməlidir. Britaniya və Almaniya müştərək kommersiya layihələrinə sərmayə yatırmağı planlayırlar. Almaniyanın “Stark” müdafiə-texnologiya şirkəti İngiltərədə PUA-lar istehsal edən zavadun tikiləcəyini bildirib.


Məlumdur ki, Almaniya ilə Britaniya iki dünya müharibəsində düşmən olublar. Britaniya bu müharibələrdən ABŞ-nin köməyi ilə qalib çıxıb. Dünya nizamının mövcud şərtlərinə əsasən ABŞ ilə Avropa ümumi geostrateji maraqlar kontekstində əməkdalıq edirlər. ABŞ həmçinin Avropanın ən önəmli ticarət tərəfdaşı sayılır. Bildiyimiz kimi, ABŞ-nin səyləri və istəyi nəticəsində NATO-nun böyüməsi prosesi Avropa İttifqanın genişlənməsi ilə paralel gedib və beləliklə, Avro-Atlantika məkanı vahid hərbi-siyasi arena kimi planetin ən güclü geostrateji birliyi halına gəlib.

Lakin indi görürük ki, bu birliyin nüvəsi olan ABŞ Avropanın ortasında Rusiyanın Ukraynaya təcavüzünə qarşı ciddi tədbir görməkdən yayınır. Bir çox analitiklərin fikrinə görə, ABŞ Avropa ilə Rusiyanın bütün sərhəd perimetri boyunca münaqişə ocaqlarından öz məqsədləri naminə istifadə etmək istəyir. Əgər bu belədirsə, deməli, NATO-nun bir hərbi -siyasi alyans kimi Avropa qitəsi üçün müsbət mənada önəmi qalmır. Almaniya və Fransa birlikdə hərəkət etməyə məhkumdurlar. Böyük Britaniya öz tarixi boyunca həmişə çoxcəhətli siyasi kombinasiyalara əl atıb və indiki mürəkkəb məqamda Almaniya və Fransayla tərəfdaşlıq siyasəti həyata keçirmək qlobal müstəvidə Londona yaxşı imkanlar aça bilər.


Bildiyimiz kimi, Almaniya İkinci Dünya Müharibəsindən sonra hərbləşməyə getməyib və uzun illər ərzində təhlükəsizlik baxımından ABŞ-nin himayəsinə sığınıb və buna görə də döyüş qabiliyyətli ordu yaratmağa ehtiyac duymayıb. Ancaq bundan sonra vəziyyətin köklü şəkildə dəyişəcəyi və Almaniyanın güclü hərb maşınına sahiblənəcəyi gözlənilir.

Belə olacağı təqdirdə təbii sual yaranır: Avropanın aparıcı ölkələri öz hərbi imkanlarını lazımı səviyyəyə çatdırarlarsa, onda NATO-nun taleyi necə olacaq? Belə anlaşılır ki, gec-tez Avropa müstəqil qlobal oyunçuya çevriləcək. Məhz həmin andan sonra dünyanın geostrateji və iqtisadi quruluşuna format verləcək. Əlbəttə, hələ ki, avropalılar alyansın 5-ci bəndində nəzərdə tutulmuş müddəalara söylənərək özlərini güvəndə hiss edə bilərlər, lakin zaman və şərtlər çox tez dəyişir. NATO öz aktuallığını gec-tez itirəcək.

Beləliklə, Almaniya və Britaniya arasındakı əməkdaşlıq müqaviləsi yeni dünya düzəninin ayaq səsləri kimi dəyərləndirilməlidir. Avropa nəhayət ABŞ-nin yedəyindən qurtulub, özündə güc taparaq müstəqil şəkildə qlobal çağırışlara cavab verməlidir, əks təqdirdə onun tarixin kandarına itələnmək təhlükəsi var. Elə bu səbəbdən də bu saziş Avropanın yeni dünya nizamındakı yerini müəyyənləşdirmək istiqamətində atılan mühüm addımdır.

Vaqif Nəsibov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 İyul 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see330

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see254

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see208

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see171

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see140

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see127

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri