Icma.az
close
up
RU
Yeni dünya nizamında orta güclər

Yeni dünya nizamında orta güclər

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

13 mart 2025-ci il tarixində Bakıda keçirilən XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyev çıxışı zamanı müasir dünyanın qarşılaşdığı əsas problemləri, həmçinin enerji təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf mövzularını müzakirə edib. Forumun əsas mövzusu olan “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” çərçivəsində dövlət başçısı Azərbaycanın bu proseslərdə oynadığı roldan geniş bəhs edib. XII Qlobal Bakı Forumu dünya siyasətinin aktual məsələlərinin müzakirə olunduğu vacib beynəlxalq platformadır. Prezident İlham Əliyevin çıxışı forum iştirakçıları tərəfindən maraqla qarşılanıb və Azərbaycanın qlobal proseslərdə fəal rol oynadığı bir daha təsdiqlənib.

Çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın enerji sahəsindəki strateji rolunu vurğulayaraq, ölkənin enerji təchizatı baxımından heç bir qıtlıqla üzləşmədiyini bildirib. O, Azərbaycanın enerji ehtiyatlarının şaxələndirilməsi və dayanıqlı enerji strategiyası sayəsində regionda və dünyada etibarlı enerji tərəfdaşı olduğunu qeyd edib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə gündən-günə artır. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya çatdırılması enerji böhranının yumşaldılmasına mühüm təsir göstərib. “Biz enerji sahəsində tərəfdaşlarımızla uzunmüddətli əməkdaşlıq qurmuşuq və bu, təkcə iqtisadi deyil, həm də siyasi sabitliyin təmin edilməsinə xidmət edir” – deyə Prezident vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığını xüsusi qeyd edərək, ölkənin təkcə enerji sahəsində deyil, digər qlobal problemlərin həllində də mühüm rol oynadığını bildirib. O, Azərbaycanın BMT, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlarla aktiv əməkdaşlıq etdiyini vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizə və bərpa olunan enerji mənbələrinə investisiyalar sahəsində də ciddi addımlar atır. Xüsusilə Xəzər dənizində külək enerjisi layihələrinin inkişaf etdirilməsi Azərbaycanın yaşıl enerji keçidinə verdiyi önəmi göstərir.

Prezidentin vurğuladığı kimi, çağırışları fürsətə çevirmək üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi və uzunmüddətli strateji tərəfdaşlıqların qurulması zəruridir. Azərbaycanın bu istiqamətdəki addımları isə ölkənin təkcə regional deyil, qlobal miqyasda da nüfuzunu daha da artırır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri