Icma.az
close
up
RU
Yeni İlə köhnə yeni vergi ilə ŞƏRH

Yeni İlə köhnə yeni vergi ilə ŞƏRH

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Maliyyə naziri Sahil Babayevin sözlərinə görə, Qanuna dəyişiklik edilməsəydi, 2 500 manata qədər gəlir 14%-lə, 2500 manatdan artıq gəlir isə 25%-lə vergiyə cəlb ediləcəkdi: “Lakin Azərbaycan hökuməti yenə də özəl və qeyri-neft-qaz sektorunun inkişafını, bu sektorun ehtiyacını nəzərə alaraq növbəti böyük güzəştli rejim tətbiq edir, 14%-lik vergini 7 %-ə salırıq. Özü də bunu tədricən edirik”.
Xatırladım ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid ödəyicilərdə çalışan fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri üzrə vergi dərəcələrinə güzəşt 2019-cu ildə tətbiq edilmiş və çox səmərəli nəticələr vermişdi. Ötən müddət ərzində ölkə üzrə əmək müqavilələrinin sayı 2 dəfəyədək, əməkhaqqı fondu isə 2 dəfədən çox artmış, sosial ödənişlər sahəsində də minimum pensiya 2.9 dəfə artaraq 320 manata, ortaaylıq pensiya isə 2.6 dəfə artaraq 540 manata yüksəlmişdir.
Ümumiyyətlə, ölkədə 2018-ci ildən bəri sosial müavinət və təqaüd ödənişlərində 5 dəfəyə qədər artım əldə olunub ki, bu da xərclərin 400 milyon manatdan 2026-cı ildə 2 milyarda gəlib çıxacağı deməkdir.
Sosial ödənişlər demişkən, qeyri-neft-qaz və dövlət sektorunda çalışanlar əks sektorda olanlar kimi təkcə gəlir vergisi deyil, 10% DSMF-a ayırmalar, 2% icbari tibbi, 0,5% işsizliyə görə sığorta haqqı da ödəyirlər. Və bunların sırasında ən yüksək ödənişi göründüyü kimi DSMF-a ayırma təşkil edir. Halbuki, 7 il öncə bu rəqəm cəmi 3% idi. Yəni 2019-cu ildə özəl sektorda gəlir vergisi üzrə güzəşt tədbiq edilərkən məcburi dövlət sosial sığorta - DSMF-a ayırma dərəcəsi də 3%-dən 10%-ə qaldırıldı. Vəsaitin toplanması işi isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olundu. Bütün bunların sayəsində də DSMF-in gəlirləri artdı.
Lakin bir nüans var. Məsələ bundadır ki, qeyri neft-qaz və dövlət sektorlarında çalışanların aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqının tutulmasına dair də dəyişikliklər ediləcəyi gözlənilir. 2019-cu il yanvarın 1-dən 7 il müddətinə sözügedən kateroyaya aid şəxslərin aylıq gəliri 200 manata qədər olduqda məcburi dövlət sosial sığorta haqqı sığortaolunanın gəlirindən 3%, sığortaedənin vəsaitindən 22%, 200 manatdan çox olduqda isə sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10%-i, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15%-i qədər sosial sığorta haqqı tutulur.
Sözügedən dəyişikliklərin isə hansı istiqamətdə olacağını qeyd edə bilməsəm də, əsas məqsədin məhz sosial sığorta ödəyicilərinin sayını artırmaq, ayırmaların faiz dərəcəsini yüksəltmək və sistemin maliyyə sabitliyini uzunmüddətli əsasda təmin etmək olduğu aydın məsələdir.
Odur ki, məsələn, DSMF-a ayırmanın da dərəcəsi əgər qaldırılarsa o zaman bu, özəl sektorda işçinin üzərinə düşən vergi yükünün heç də azalacağı yox, artacağı mənasına gələcək.

Pərviz Heydərov
Azvision.az üçün
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azvision.az
archiveBu xəbər 31 Dekabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri